2 Aprel 2025, Çərşənbə
II Liqada XIX tura start verildi
“Neftçi”, sabaha saxlama!
Kubok üçün hakim təyinatları
“Zirə” “Şamaxı”ya qalib gəldi

Ölkə futbolu

Qurban Qurbanov: “Biz özümüz də onun Türkiyə superliqasında oynamasını istəyirik”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçusu Muarem Muaremin Türkiyənin "Eskişehirspor" klubuna mümkün keçidi barədə fikirlərini bildirib. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis "Split"ə qarşı yoxlama matçından (1:3) sonra jurnalistlərlər söhbətində danışıqların hələlik dayandığını deyib: "Hər şeyə yaxın günlərdə aydınlıq gələcək. Transferin rəsmiləşməsinə mane olan bəzi məsələlər var. Biz özümüz də onun Türkiyə superliqasında oynamasını istəyirik. Amma Muaremin komandamız üçün necə vacib futbolçu olduğunu da bilirik. Əsas heyətin oyunçusunu itirmək bizim üçün xoş deyil, ancaq Muarem yalnız iki klub arasında razılıq əldə olunacağı halda gedə bilər".

Q.Qurbanov yeni oyunçularla da maraqlandıqlarını söyləyib: "Maraqlarımız uyğun gəlsə, minumum bir futbolçu transfer etməyə çalışacağıq ".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30