Ölkə futbolu
Vladimir Kazaçonok: “Azərbaycanla oyun mənim üçün revanş xarakteri daşıyır” (Müsahibə)
Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci beynəlxalq turnirdə bu gün Azərbaycan millisi ilə qarşılaşacaq Sankt-Peterburq komandasının baş məşqçisi Vladimir Kazaçonok Futbolxeber.az saytının Sankt-Peterburqa ezam olunmuş əməkdaşına müsahibə verib.
- Turnirin ikinci mərhələsinin ilk turu çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaqsınız. Azərbaycan yığması barədə hansı məlumatlara sahibsiniz?
- Azərbaycanın əvvəlki 2 oyununa baxmışam. Bütün gücümüzlə oyuna hazırlaşırıq. Amma hazırlaşmaq və rəbiqin oyununu izləmək hələ heç nə demək deyil. Hər şey meydanda bilinəcək. Kimin necə görsəndiyi qarşılaşmada məlum olacaq.
- D qrupunun qalibinin Slovakiya deyil, Sankt-Peterburq olması bir qədər gözlənilməz oldu. Komandanızın qrup qalibi olmasını siz də gözlənilməz hesab edirsiz?
- Futbolda hər şey olur. Yaxşı yadımdadır, 3 il əvvəl biz hamını udduq, amma Azərbaycan millisinə uduzduq. Halbuki həmin vaxt komandanız turnirdə sonuncu yeri tutmuşdu.
- Deməli, budəfəki oyun bir növ sizin üçün revanş xarakteri daşıyacaq?
- Bəli.
- Yarışda komandanızın məqsədi nədir?
- Biz hər oyunda qələbə qazanmaq haqda düşünürük. Turnirin formatı da bunu tələb edir. Biz ilk turda yunanlarla heç-heçə oynadıq. Halbuki həmin görüşdə uduzsaydıq belə, yenə də Slovakiya ilə oyuna yalnız qələbə üçün çıxacağdıq. Azərbaycana qarşı keçirəcəyimiz oyun da heç nəyi həll etmir. Əsas olan bütün matçların yekununda istədiyin nəticəni qazanmaqdı.
- Azərbaycan millisinin bu turnirdəki hər iki oyununa baxmısınız. Hansı üstün cəhətləri qeyd edə bilərsiniz?
- Azərbaycanlı futbolçuların güclü tərəfi yaşlarından tez böyümələridir.
- Nəyə işarə edirsiniz?
- Mən heç nəyə işarə etmirəm. Nə var, onu deyirəm. Bu sözlərim tək Azərbaycana aid deyil. Yunanların heyətində də belə futbolçular var. Ötən il yarışa İran millisi qatılmışdı. Onların heyətində elə futbolçu var idi ki, demək olar mənimlə eyni yaşda idi (gülür).
- Bəs sizin komandada?
- Bizdə elə futbolçular yoxdur.
- Baxdığınız oyunlara əsasən Azərbaycan millisinin heyətində hansı futbolçuları fərqləndirə bilərsiniz?
- Mən bu yaşda heç vaxt heç kimi fərqləndirmirəm. Çünki bu qorxuludur. Azca tərifləndikdən sonra həmin futbolçu “itir”. Yığmanızın heyətində 5-6 futbolçu var ki, onların keyfiyyətləri gələcəkdə güclü klublarda oynamağa imkan verir. Əsasən də texnika və sürət baxımından. Amma futbolçuya qiymət vermək iki cür olur. Ya onun oyununa baxıb danışırsan, ya da birgə işləyirsən. İkinci halda daha dəqiq proqnoz vermək mümkündür.
- Komandamızın əksər futbolçuları “Zenit”in formasını geyir. Bunu sizin üçün üstünlük hesab etmək olar?
- İndi “Zenit”dən olan futbolçularımız çox deyil. İstənilən halda bunun müsbət və ya mənfi cəhət olduğunu söyləmək çətindir. Hazırki heyətin üzvləri 2 məktəbdən yığılıb. Hər halda Sankt-Peterburqda futbol eynidir. Fərdi olaraq sizin futbolçular bizdən güclüdürlər. Bunun danmaq olmaz.
- “Zenit”in yetirməsi olan Ramil Şeydayev necə futbolçudur?
- Mən Ramil Şeydayevin baş məşqçisi olmamışam. Amma 3 ildir ki, onun oyununu yaxından izləyirəm. Ramil Sankt-Peterburqda nadir futbolçulardandır ki, daim inkişaf edir. Şeydayev daha əvvəl “Zenit-2” də oynayırdı. Bu komandanın yaradılması onun üçün çox faydalı oldu. Özü də sonra illər Ramil çox sıx qrafikdə oynayırdı. Həm Rusiyanın U-19, həm U-21, həm “Zenit-2”də, həm də “Zenit”in əvəzedicilərində forma geyirdi. Son zamanlar isə əsas komandanın heyətində görünür. Çoxları düşünür ki, bu müsbət məqamdır. Amma mən bir qədər fərqli düşünürəm. Şeydayevə hazırda əsas komandaya cəlb olunub, ehtiyatda qalıb və bəzi oyunlarda 15-20 dəqiqə meydanda olmaq lazım deyil. İndi o daim oynamalıdır. Ramil anlamalıdır - o, 3 ildir inkişaf edir. Əgər dayansa, gələcəkdə irəli getməsi çətindi. Yox, bu tempdə də davam etsə, güclü futbolçu olacaq.
- Ramilin hansı ölkənin millisinin formasını geyəcəyi hələ də sual altındadır. Çoxları düşünür ki, Şeydayev Rusiyanı deyil, Azərbaycanı seçsə, bu, “Zenit”dəki karyerasına mənfi təsir edə bilər. O, legioner sayılacaq və heyətə düşməkdə problemlə üzləşəcək. Həqiqətən belədir?
- “Zenit”in əsas heyətinə düşmək üçün Şeydayevin hansı millinin formasını geyməsi əhəmiyyətsizdi. İnkişaf etmək, güclü futbolçu olmaq üçün indi o, daim oynamalıdır. Azərbaycanı seçməsinin Ramil üçün problem yaradacığını düşünmürəm. Yəni, “Zenit” üçün onun Rusiya və ya Azərbaycanı seçməsi əhəmiyyətsizdir. Yaxşı futbolçu olsa, “Zenit”in əsas heyətinə düşəcək. Əsas odur ki, klubuna fayda versin.
- “Zenit” və Moskva “Dinamo”sunun heyətində SSRİ çempionatlarında uzun illər çıxış etmisiz. “Neftçi”yə qarşı keçirdiyiniz oyunları necə xatırlayırsız?
- “Neftçi” hamıdan çox məndən zərər görüb (gülür). Çünki bu komandaya xeyli sayda qol vurmuşam. Ümumilikdə, karyeram ərzində “Neftçi”yə oyunlarda 10 dəfə fərqlənmişəm. Amma bu elə də asan olmayıb. “Neftçi”nin heyətində daim yaxşı futbolçular olub. Ümumiyyətlə, SSRİ çempionatı çox maraqlı birincilik idi. Burada xeyli sayda yüksək səviyyəli komanda mübarizə aparırdı
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























