21 Mart 2026, Şənbə
Yuri Vernidub: “Borcumuzu qaytarmalıydıq”
“Neftçi”nin hücumçusu mükafatlandırıldı
Azər Bağırovdan qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı

Ölkə futbolu

“İnter” “Kayrat”, “Kasımpaşa” və “Metallist”lə qarşılaşacaq

"İnter" qış fasiləsində hazırlıqlarını Türkiyənin Antalya mahalında keçirəcək. Futbolxeber.az-ın “bankirlər”in rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda bu gün qardaş ölkəyə yollanacaq. Yanvarın 3-dən etibarən məşqlər start götürəcək. Toplanış çərçivəsində 6 yoldaşlıq matçı keçiriləcək. Rəqiblər də artıq məlumdur. "İnter" yanvarın 8-də "İnegölspor" (Türkiyə), yanvarın 13-də "Enerji” (Almaniya), yanvarın 14-də "Kayrat" (Qazaxıstan), yanvarın 17-də "Kasımpaşa" (Türkiyə), yanvarın 20-də isə "Metallist" (Ukrayna) komandasıyla qarşılaşacaq. Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Rəqib hələlik bilinmir.

Xatırladaq ki, "İnter" yanvarın 24-də vətənə qayıdacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31