Ölkə futbolu
Azərbaycan millisinin Sankt-Peterburqdakı yeddinci cəhdi
Yanvarın 3-də Sankt-Peterburqda FİFA-nın ilk vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ənənəvi turnir keçiriləcək. Son illər olduğu kimi yarışda Azərbaycanın U-19 millisi də çıxış edəcək. Bu turniri 2015-ci ildə Azərbaycan futbolunun ilk sınağı kimi də qələmə vermək olar.
Futbolxeber.az saytı bununla bağlı turnirin tarixi, əvvəlki qaliblər, eləcə də yığmamızın əvvəlki illərdəki çıxışı ilə bağlı yazı hazırlayıb.
TURNİRİN TARİXİ
FİFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş ilk turnir 1981-ci ildə Moskvada keçirilib. Yarışın ideyası FİFA-nın o zamankı prezidenti Joao Avelanja məxsus idi. Yarış futbol azarkeşləri və mütəxəssislər arasında böyük marağa səbəb olub. Turnirin oyunlarını izləyənlər arasında BOK-un prezidenti Xuan Antonio Samaranç da olub. Qalibə mükafatı isə Valentin Qranatkinin qızı Marina təqdim edib.
1983-cü ildə yarış indiki Sankt-Peterburq şəhərinə keçirilib. 1992-ci ilə kimi 12 turnir baş tutub.
Qranatkinin xatirəsinə həsr olunmuş turnir 2001-ci ildə yenidən bərpa olunub. İlk illərdə yarışda 8 komanda mübarizə aparırdı. Müxtəlif vaxtlarda turnirdə gələcəyin ulduzları oynayıblar. Onlar arasında Andreas Möller, Oliver Birhoff, Kirsten Yanker, Marsel Desayi, İqor Kolıvanov, Aleksandr Mostovoy və başqalarının adını çəkmək olar.
TURNİRİN BÜTÜN MÜKAFATÇILARI
İL I YER II YER III YER
1981 AFR SSRİ-1 İSPANİYA
1982 SSRİ-1 BRAZİLİYA SSRİ-2
1983 SSRİ-1 FRANSA ÇSSR
1984 AFR SSRİ-1 BELÇİKA
1985 SSRİ-1 FRANSA SSRİ-2
1986 SSRİ-1 AFR FRANSA
1987 SSRİ-1 SSRİ-2 FRANSA
1988 SSRİ-1 ÇİN SSRİ-2
1989 SSRİ-1 BELÇİKA SSRİ-2
1990 SSRİ-1 ÇİN AFR
1991 SSRİ-2 SSRİ-1 ÇİN
1992 AFR MBD-1 ÇİN
2001 RUSİYA ÇİN İRAN
2002 RUSİYA LİTVA UKRAYNA
2003 KOREYA ÇİN BELARUS
2004 RUSİYA POLŞA BELARUS
2005 RUSİYA UKRAYNA BELARUS
2006 ALMANİYA SLOVAKİYA RUSİYA
2007 BELARUS TÜRKİYƏ RUSİYA
2008 RUSİYA BELARUS UKRAYNA
2009 RUSİYA TÜRKİYƏ UKRAYNA
2010 RUSİYA UKRAYNA TÜRKİYƏ
2011 FİNLANDİYA ÇİN UKRAYNA
2012 İTALİYA FİNLANDİYA TÜRKİYƏ
2013 RUSİYA S-PETERBURQ UKRAYNA
2014 YAPONİYA RUSİYA SLOVAKİYA
AZƏRBAYCAN MİLLİSİ 7-Cİ DƏFƏ
Azərbaycan milli komandası turnirdə 7-ci dəfə çıxış edəcək. Millimiz ilk dəfə yarışda 2009-cu ildə mübarizə aparıb. Amma yığmamızın siftəsi uğursuz alınıb. Komandamız 8 kollektiv arasında yalnız Latviyanı qabaqlamaqla yeddinci olub.
2010-cu ildə isə millimiz indiyə qədər turnirdəki ən yüksək nəticəsinə imza atıb. Belə ki, futbolçularımız Özbəkistan, Belarus və Finlandiyanı qabaqlamaqla beşinci yeri tutub.
2011-ci ildə yenidən 8 komanda arasında 7-ci olan milli komandamız, 2012-ci ildə uğursuz çıxışla yadda qalıb. Belə ki, həmin vaxt turnirdə 12 komanda - millimizlə yanaşı İtaliya, Finlandiya, Türkiyə, Rusiya, Sankt-Peterburq, Çexiya, Ukrayna, Belarus, Litva, Yunanıstan və Latviya mübarizə aparırıb. Yekunda isə yığmamız bütün komandalardan geri qalmaqla, sonuncu olub.
2 il əvvəl turnir iştirakçılarının sayı 16-ya çatıb. Millimiz 1 il əvvəlki kimi yenə də 12-ci olsa da, bu dəfə Litva, Belçika, Latviya və Qazaxıstan millilərini qabaqlamağı bacarıb.
Ötən il də turnirdə 16 komanda mübarizə aparırıb. Yığmamız yalnız Belarus, Moldova və Latviyanı qabaqlamaqla 13-cü olub.
Göründüyü kimi, əvvəlki 6 yarışda millimiz ən yaxşı halda beşinci olmağı bacarıb. Həmin vaxt yığmamıza Bernhard Lippert başçılıq edib. İndi isə yığmamızın baş məşqçi postunda başqa bir alman - Nikolay Adam var. Ümid edək ki, Adam həmyerlisinin nəticəsini yaxşılaşdırmağı bacaracaq.
BUDƏFƏKİ YARIŞ 3 MƏRHƏLƏDƏN İBARƏT OLACAQ
Bu, sayca 27-ci turnir kimi tarixə düşəcək. Yarışda təvəllüdü 1997-ci ilə kimi və daha aşağı olan futbolçulardan ibarət 18 komanda mübarizə aparacaq.
Formata əsasən bu dəfə iştirakçılar 3 mərhələdə mübarizə aparacaqlar. İlk əvvəl iştirakçılar hər birində 3 komanda olmaqla 6 qrupa bölünüblər. Birinci mərhələ dairəvi sistemlə baş tutacaq və qrupda hər komanda iki oyun keçirəcək.
İkinci mərhələdə də komandalar hər birində 3 kollektiv olmaqla 6 qrupda yer alacaqlar. Amma bu zaman iştirakçıların ilk mərhələdəki nəticələri əsas götürüləcək. Belə ki, G qrupunda ilk mərhələdə A, B və C, H qrupunda isə ilk mərhələdə D, E və F qruplarının qalibləri olmuş komandalar yer alacaqlar. Bu iki qrupda yer alan kollektivlər ilk 6 yer uğrunda mübarizə aparacaqlar.
I qrupunda A, B və C, J qrupunda isə D, E və F qruplarında ikinci yeri tutmuş komandalar yarışacaq. Bu 6 komanda 7-12-ci yerlər uğrunda mübarizə aparmaq imkanı qazanacaq.
Nəhayət, K qrupunda А, В və С, L qrupunda isə D, E və F qruplarının üçüncüləri yer alacaqlar ki, bu komandalar da 13-18-ci yerlər uğrunda yarışacaqlar.
Sonuncu mərhələdə isə həlledici oyunlar baş tutacaq. Belə ki,
G və H qrupunun qalibləri birinci, ikincilər üçüncü, sonuncular isə beşinci yer uğrunda üz-üzə gələcəklər. Eyni qaydada İ və J qrupunun qalibləri 7-ci, ikinciləri 9-cu, sonuncuları isə 11-ci yer uğrunda meydana çıxacaqlar. Nəhayət, K və L qruplarının birinciləri 13-cü, ikinciləri 15-ci, üçüncüləri isə 17-ci yer uğrunda mübarizə aparacaqlar.
Qrupda 2 və ya 3 komanda eyni xal toplayarsa, bu zaman əlavə göstəricilər nəzərə alınacaq:
- bütün oyunlar nəzərə alınmaqla daha çox qələbə qazanan komanda;
- komandaların öz aralarındakı oyunun nəticəsi;
- bütün oyunlar nəzərə alınmaqla daha yaxşı top fərqinə malik olan komanda;
- bütün oyunlar nəzərə alınmaqla daha çox qol vuran komanda;
- bütün oyunlar nəzərə alınmaqla daha az cəzalanan (sarı vərəqə 1, qırmızı vərəqə 3 xal hesab olunacaq) komanda üstünlük qazanacaq.
Əgər bütün bu göstəricilər bərabər olsa, qalibin adını püşk müəyyənləşdirəcək.
Həlledici oyunlarda əsas vaxtda qalib aşkarlanmasa, qalibin adı birbaşa penaltilər seriyasında müəyyənləşəcək.
27-Cİ TURNİRİN İŞTİRAKÇILARI
A qrupu: Rusiya, Litva, Moldova
B qrupu: Belarus, Estoniya, Latviya
C qrupu: Bolqarıstan, Sloveniya, Qazaxıstan
D qrupu: Slovakiya, Sankt-Peterburq, Yunanıstan
Е qrupu: Moskva, Koreya Respublikası, Finlandiya
F qrupu: Yaponiya, Rusiya-2, Azərbaycan
İLK OYUNUMUZ ÇEMPİONA QARŞIDIR
Millimizin qrupunda ilk əvvəl Yaponiya və Albaniya milliləri yer almışdı. Lakin sonradan məlum oldu ki, Albaniya yığması turnirdə iştirak etməyəcək. Bu səbəbdən də avropalıları Rusiya-2 komandası əvəzləyib.
Millimizin qrupu heç də zəif deyil. Çünki Yaponiya millisi yarışın ötənilki qalibidir və bu il də titulunu qorumaq uğrunda mübarizə aparacaq. Millimiz ilk oyununu da elə yaponlara qarşı keçirəcək. Bu oyun yanvarın 3-də, yerli vaxtla 14:15-da keçiriləcək.
Millimizin əleyhinə olan digər məqam isə ardıcıl iki gün meydana çıxmasıdır. Belə ki, yanvarın 4-də yaponlar istirahət etdiyi halda, millimiz ilk oyun günündə istirahət edəcək Rusiya-2 komandası ilə üz-üzə gələcək. Bu oyun yerli vaxtda 15:30-da start götürəcək.
Turnirin formatından da göründüyü kimi, millimizin növbəti oyunlarının təqvimi ilk mərhələdə qrupda neçənci yeri tutmasından asılıdır.
Yanvarın 5-də millimiz istirahət edəcək. Qrupdakı rəqiblərimiz Yaponiya və Rusiya-2 komandaları üz-üzə gələcəklər. Yanvarın 6-da isə turnirdə ilk istirahət günüdür.
Yanvarın 7-də yarışda ikinci mərhələ start götürəcək. İlk mərhələni hansı yerdə başa vurmasından asılı olmayaraq, yığmamız həmin gün, yanvarın 8-də və 9-da meydana çıxacaq.
Növbəti gün turnirdə ikinci istirahət günüdür. Yanvarın 11-də isə həlledici oyunlar baş tutacaq. Həmin gün bütün oyunlar yekunlaşdıqdan sonra - 21:00-da turnirin rəsmi bağlanış mərasimi baş tutacaq. Turnirin açılış mərasimi isə yanvarın 3-də, yerli vaxtla 18:30-da keçiriləcək.
Futbolxeber.az
QEYD: Futbolxeber.az saytının əməkdaşı turnirboyu Sankt-Peterburqda olacaq. Odur ki, millimizin çıxışı, eləcə də yarışla bağlı ən son xəbərləri operativ olaraq Futbolxeber.az saytından əldə edə bilərsiniz.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
22.09.2026
21.09.2026
20.09.2026
























