Ölkə futbolu
2014-cü ildə Azərbaycan futbolunda seçilənlər
2014-cü ilin bitməsinə sayılı günlər qalıb. Bir neçə gündən sonra “at”ı “qoç” əvəz edəcək. Başa çatmaqda olan ili Azərbaycan futbolu üçün tam olmasa da, uğurlu hesab etmək olar. Çünki tarixdə ikinci dəfə təmsilçimiz Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. Üstəlik, bu il Azərbaycan Avro-2020-yə ev sahibliyi etmək hüququna sahib çıxdı. Başa çatmaqda olan 2014-cü ilə nəzər salmağın vaxtıdır.
İLİN KOMANDASI - “QARABAĞ”
2014-ü Ağdam klubunun tarixində ən uğurlu il hesab etmək olar. Komanda ilk öncə uzun illərdən sonra yenidən Azərbaycan çempionu adını qazandı. Daha sonra isə son illər üzləşdiyi pley-off sindromuna son qoyan “Qarabağ” nəhayət, Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı. “Qarabağ”a qədər “Neftçi” də bu mərhələdə iştirak etmişdi. Amma etiraf edək ki, Ağdam təmsilçisi “flaqman”dan fərqli olaraq, daha inamlı təsir bağışladı. Püşkatmadan sonra çoxları “Qarabağ”ın qrupda heç üçüncü yer uğrunda mübarizə apara bilməyəcəyini proqnozlaşdırsalar da, komanda sona kimi qrupdan çıxmaq şansını özündə saxladı. Hətta layiq olduğu halda, Avroliqanın 1/16 finalına da yüksəldi. Amma... Sonrasını hamımız bilirik. “Qarabağ” həm də Avroliqanın qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan klubu kimi tarixə düşdü.
İLİN MƏŞQÇİSİ - QURBAN QURBANOV
İlin komandasının “Qarabağ” olması necə şübhə doğurmursa, məşqçi məsələsində də vəziyyət eynidir. Hər kəsə bəllidir ki, “Qarabağ”ın qazandığı uğurlarda ən böyük pay sahibi məhz Qurban Qurbanovdur. Təcrübəli mütəxəssis Ağdam klubunu çempionluğa daşıdıqdan sonra Avrokuboklarda da tarix yazdı.
İLİN FUTBOLÇUSU - QARA QARAYEV
İlin komandasını, məşqçisini seçmək asan olsa da, eyni sözləri ilin futbolçusu haqda demək mümkün deyil. İlin ən yaxşısı kimi komandanın kapitanı Rəşad Sadıqovu göstərmək olardı. Amma təcrübəli futbolçunun müəyyən vaxtlarda zədəli olması, mövsüm boyu tez-tez oyun buraxması onun ilin futbolçusu seçilməsinə mane olur. Rəşad Sadıqov özü də mətbuata açıqlamasında ilin ən yaxşı futbolçusu adına komanda yoldaşları - Qara Qarayev və ya Bədavi Hüseynovun daha layiq olduğunu qeyd edib. Mövsüm boyu stabil çıxışı nəzərə alaraq, Qara Qarayevi ilin ən yaxşısı hesab etmək mümkündür.
İLİN LEGİONERİ - REYNALDO SİLVA
İlin ən yaxşı legionerini də seçmək asan deyil. Bu ada 2 layiqli namizəd var - Reynaldo Silva və Riçard Almeyda? Həqiqətən də hər iki futbolçu qalib olmağa layiqdir. “Qarabağ”ın qazandığı uğurlarda həm Reynaldonun, həm də Riçard Almeydanın böyük rolu var. Amma fakt budur ki, daim hücumçular, qol vuran futbolçular, məhsuldar ötürmə müəlliflərindən daha üstün hesab olunurlar. Həm Premyer Liqanın 2013/14-cü illər mövsümünün bombardiri olması, həm də Avroliqada vurduğu qollar Reynaldonu Riçard Almeydadan az da olsa üstün edir.
İLİN HADİSƏSİ - AVRO-2020-NİN 4 OYUNUNUN BAKİYA VERİLMƏSİ
“Qarabağ”ın Avroliqanın qrup mərhələsinə yüksəlməsi, orada layiqli mübarizə aparması təqdirəlayiq hal olsa da, Azərbaycan futbolu üçün ilin ən yaddaqalan və mühüm hadisəsi Avro-2020-nin oyunlarının Bakıya verilməsidir. UEFA-nın qəbul etdiyi qərara əsasən, 6 ildən sonra keçiriləcək qitə birinciliyinin 4 oyunu Bakıda təşkil olunacaq. Bu matçlardan 3-ü qrup, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır. Bakının Avro-2020-yə ev sahibliyi edəcəyi gözlənilən olsa da, paytaxtımıza qrup oyunları ilə yanaşı 1/4 matçının verilməsi bir qədər sürpriz oldu. Çünki əksəriyyət 1/8 qarşılaşmasına ümid edirdi.
İLİN FUTBOL ADAMI - RÖVNƏQ ABDULLAYEV
Bakının Avro-2020-yə ev sahibliyi etməsi ilin futbol hadisəsidirsə, AFFA prezidenti Rövnəq Abdullayev də ilin futbol adamı olmalıdır. Düzdür, bu uğurda baş katib Elxan Məmmədovun da böyük rolu var. Amma reallıq budur ki, qurumun rəhbəri Rövnəq Abdullayevdir. Deməli ilin futbol adamı da məhz o, seçilməlidir.
İLİN İTKİSİ - ƏLƏKBƏR MƏMMMƏDOV
2014-cü il Azərbaycan futbolunda böyük itki ilə yadda qaldı. Veteran futbolçu, AFFA İcraiyyə Komitəsinin üzvü Ələkbər Məmmədov iyulun 28-də dünyasını dəyişdi. Ən pisi isə o idi ki, Məmmədovun cəsədi 3 gün evində qaldı və bundan heç kimin xəbəri olmadı. Məmmədov daim “Milan”a 1 oyunda 4 qol vurması ilə xatırlanacaq.
İLİN “İTKİSİ” - BERTİ FOQTS
2014-cü ildə Azərbaycan futbolu həm də Berti Foqtsu “itirdi”. Amma Ələkbər Məmmədovdan fərqli olaraq, Berti Foqtsun “itkisi”nə üzülənlərin sayı sevinənlərdən qat-qat az idi. Çünki alman son illər yığma komandamızı yarıtmaz hala salmışdı. Yığma ötən mərhələdə rekord xal yığmasına baxmayaraq, komanda oyun sərgiləyə bilmədi. Avro-2016-nın seçmə mərhələsində qarşısına qrupdan çıxmaq (ən azı üçüncü yeri tutmaq - İ.) tapşırığı qoyulan Foqts, işinin alınmadığını görüncə dərhal aradan çıxdı.
İLİN İSTEFASI - BÖYÜKAĞA HACIYEV
Böyükağa Hacıyevin “Neftçi”dən budəfəki gedişi gözlənilməz oldu. Ötən mövsümün ortasında komandaya qayıdan Hacıyev, “ağ-qaralar”a həm ölkə kubokunu qazandırdı, həm də gümüş medalları. Avroliqada komanda mübarizəyə ikinci təsnifat mərhələsindən başladı. İlk oyunda Bakıda “Koper”ə 1:2 hesablı məğlubiyyətdən sonra Hacıyevə qarşı tənqidlər və təzyiqlər başladlı. Amma Hacıyevin komandası nəinki “Koper”i mübarizədən kənarlaşdırdı, hətta pley-offa kimi irəlilədi. Burada isə bəxtsizlik “Partizan”ı keçməyə əngəl yaratdı. Çempionatda yarımcan heyətlə “Araz Naxçıvan”a uduzduqdan sonra, “Neftçi” ardıcıl iki qələbə qazandı. Belədə, Hacıyevin istefasının gözlənilməzlikdən başqa adı yoxdur. Azərbaycan futbolu bu qədər inkişaf edib ki, Avroliqada komandanı pley-offa çıxaran məşqçini işindən göndərirlər?
İLİN BİABIRÇILIĞI - “ARAZ NAXÇIVAN”IN ÇEMPİONATDAN İMTİNASI
Ötən mövsüm birinci divizionda qalib olan “Araz Naxçıvan” Premyer Liqaya vəsiqə qazandı. Naxçıvan təmsilçisinin yüksək liqada mübarizə aparması təqdirəlayiq hal idi. Ən azından futbolun kütləviləşməsi baxımından. Komandanın ilk turda “Neftçi”ni darmadağın etməsi də “Araz Naxçıvan”ın çempionata rəng qatacağının göstəricisi idi. Lakin növbəti turlarda Naxçıvan təmsilçisi ümidləri doğrultmadı. Komandanın ard-arda aldığı məğlubiyyətlər klub rəhbərliyinin səbrini daşırdı və 10-cu turda “Qarabağ”a qarşı baş tutan oyundan sonra Naxçıvan təmsilçisi çempionatda mübarizəni davam etdirməkdən imtina etdi. PFL rəhbərliyi Naxçıvan təmsilçisini fikrindən daşındırmaq üçün çox çalışsa da, xeyri olmadı. Bunu ilin biabırçılığı hesab etmək lazımdır. Hər kəs ölkə futbolunun, Premyer Liqanın günü-gündən inkişaf etdiyini iddia etdiyi bir vaxtda belə bir biabırçılığın yaşanması futbolumuza zərbədir.
İLİN MÜƏMMASI - ÖLKƏ SUPERKUBOKU UĞRUNDA OYUN
Ötən il Naxçıvanda baş tutan Superkubok oyunu ilə PFL bu ənənəni yenidən bərpa etmiş oldu. Təəssüf ki, geridə qalan müddətdə hələ ki, PFL yenidən Superkubok oyununu təşkil edə bilmir. 2013/14-cü illər mövsümü çoxdan yekunlaşsa da, çempion “Qarabağ”la kubokun qalibi “Neftçi” heç cüz üz-üzə gələ bilmirlər. Əvvəlcə görüşün avqustda Qəbələdə baş tutacağı bəyan olundu. Sonradan oyun təxirə salındı. Daha sonra məlum oldu ki, PFL Superkubok oyununu yanvarda Antalyada keçirəcək. Amma bu istək də baş tutmadı. Nə qədər qəribə olsa da, həlledici görüşün nə vaxt keçiriləcəyi hələ də bilinmir.
İLİN ÜMİDİ - ROBERT PROSİNEÇKİ
Berti Foqtsun gedişindən sonra yığma komandamız Robert Prosineçkiyə tapşırıldı. Ona ümidlər böyükdür. Ən azından gəldiyi ilk gündən işinə ciddi yanaşması, mütəmadi olaraq Premyer Liqa matçlarına, eləcə də aşağı yaş qrupları üzrə keçirilən çempionat oyunlarına baxması, vaxtının böyük hissəsini Azərbaycanda keçirməsi, ailəsini yanına gətirməsi – bütün bunlar həm Prosineçkinin Azərbaycana pul iyinə gəlmədiyini göstərir. Bir sözlə, xorvat mütəxəssisə ümidlər böyükdür. İnanaq ki, Foqtsun bərbad hala saldığı yomandanı Prosineçki “ağ gün”ə çıxaracaq.
İLİN KƏŞFİ - NURLAN NOVRUZOV
“Bakı”nın gənc hücumçusu Nurlan Novruzov buna kimi də tanınırdı. Amma cari mövsüm onun üçün olduqca uğurlu alınır. 2014/15-ci illər mövsümündə ilk 2 dövrədən sonra Novruzov vurduğu 9 qolla Premyer Liqanın bombardiridir. Komandasının rəqib qapılarından keçirdiyi 13 qoldan 9-unu məhz Nurlanın vurması “Bakı” üçün necə önəmli futbolçu olduğunu göstərir.
İLİN KAPRİZİ - MUSTAFA DƏNİZLİ
“Xəzər Lənkəran”a gəlişindən sonra istənilən nəticə əldə edilmədiyini görən klub rəhbərliyi Mustafa Dənizli ilə yollarını ayırmaq qərarına gəldi. Əvvəlcə türk mütəxəssis istefanı verdiyini açıqlasa da, sonradan əməlli-başlı dirəniş göstərməyə başladı. Bir neçə gün davam edən kaprizdən sonra nəhayət, Lənkəran klub istəyinə çatdı və Dənizlidən canını qurtara bildi. Amma bu onlara böyük məbləğdə kompensasiya hesabına başa gəldi.
İLİN MƏYUSLUĞU - YIĞMA KOMANDA
Klub səviyyəsində 2014-cü il Azərbaycan futbolu üçün uğurlu olsa da, təəssüf ki, eyni sözləri yığma komandamız haqda deyə bilməyəcəyik. Yığma Avro-2016-nın seçirdiyi 4 görüşdə xala həsrtə qalmaqla, Avropada ən pis nəticə göstərən 3 komandadan biridir. Avro-2016-dakı uğursuzluq komandamızın FİFA reytinqindəki mövqeyinə də təsir göstərdi. Belə ki, ili 135-ci yerdə başa vurmaqla yığma sıralamada Lixtenşteyn, Filippin, Aruba, Lüksemburq, Burundi kimi ölkələrdən geri qaldı.
İLİN HAQSIZLIĞI - “QARABAĞ”IN QƏLƏBƏSİNİN ƏLİNDƏN ALINMASI
Dekabrın 11-də keçirilən Avroliqanın qrup mərhələsinin son turu çərçivəsində keçirilən “Qarabağ” – “İnter” oyununda baş verən hakim ədalətsizliyini bütün dünya gördü. Çex hakim Miroslav Zelinkanın ədalətsiz qərarı “Qarabağ”ın halal qələbəsini əlindən aldı, Azərbaycan futbolu tarixində ən yeni tarix yazılmasını əngəllədi, milyonlarla azərbaycanlının sevincini gözündə qoydu. Amma “Qarabağ” qalibdir, könüllərin qalibi. Çünki bütün dünya Ağdam təmsilçisinin layiq olduğu qolu vurduğunun şahidi oldu. Amma hakimlərin ədalətsizliyi hər şeyi korladı.
"Het-trik news” qəzeti
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
-
23:09
"Dinamo"nun qələbəsi VİDEO
-
22:31
Daha üç cüdoçumuz veteranlar arasında dünya çempionatında medal qazanıb
-
21:40
Tahir Gözel tarixi vərəqlədi: “Elə olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib”
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
22.09.2026
21.09.2026
20.09.2026
























