Ölkə futbolu
Azərbaycan futbolunda 2014-cü ilin yaddaqalan 10 hadisəsi
2014-cü ilin başa çatmasına sayılı günlər qalıb. Bir neçə gündən sonra 2015-ci ilə qədəm qoyacağıq. Geridə qalan ili Azərbaycan futbolu üçün uğurlu hesab etmək olar. Futbolumuzun tarixində ikinci dəfə Avroliqada qrup mərhələsi həyəcanını yaşadıq. Ən əsası isə məhz bu il UEFA Bakıya AVRO-2020-nin 4 oyununa ev sahibliyi etmək hüququ verdi. Beləliklə, Futbolxeber.az saytı ilin yaddaqalan 10 futbol hadisəsini təqdim edir:
10. AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlar
Dekabrın 3-də keçirilən AFFA İcraiyyə Komitəsinin son iclasında bir sıra mühüm qərarlar qəbul edildi. Onlardan ən çox diqqətçəkəni Klublar və Məşqçilər Komitəsinin yaradılması idi. Hər iki komitə artıq bir müddətdir ki, fəaliyyətə başlayıb. Özü də ilk gündən komitə üzvləri fəallıq nümayiş etdirirlər. Xüsusən də Klublar Komitəsini fərqləndirmək olar. “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun rəhbəri seçildiyi qurumun artıq 2 iclası baş tutub ki, burada Premyer Liqada mübarizə aparan klubları narahat edən bir çox məsələlər müzakirəyə çıxarılıb. Komitə rəhbərinin verdiyi açıqlamalardan da görünür ki, həqiqətən də Klublar Komitəsi formal olaraq fəaliyyət göstərmir. Burada bir çox məsələlər müzakirəyə çıxarılır və hər klub rahat şəkildə öz istəyini dilə gətirir.
9. U-17 və U-19-un Elit Raunda vəsiqə qazanması
Bəlkə də U-17 və U-19-un seçmə mərhələni uğurla adlaması ciddi uğur sayılmır. Amma nəzərə almaq lazımdır ki, böyük uğurlara həsrət qalan Azərbaycan futbolunda 1 ildə həm U-17-nin, həm də U-19-un eyni zamanda seçmə mərhələni uğurla adlayıb, Elit Raunda vəsiqə qazanmasına tez-tez rast gəlmirik. Bu, futbolumuzun tarixində ikinci belə haldr. Buna kimi yalnız 2007-ci ildə həm U-19, həm də U-17 eyni ildə seçmə mərhələni uğurla adlayaraq, Elit Raunda vəsiqə qazanmışdı.
8. 2 KLUBUMUZUN AVROLIQADA PLEY-OFF HƏYƏCANI YAŞAMASI
Cari mövsümə kimi yalnız “Neftçi” Avroliqanın qrup mərhələsində oynamaq imkanı qazanmışdı. Odur ki, cari mövsümdə eyni zamanda 2 klubumuzun Avroliqada pley-off həyəcanı yaşaması da uğurdur. Bu hal daha əvvəl 1 dəfə yaşanıb. 5 il öncə həm “Bakı”, həm də “Qarabağ” pley-offa yüsəlmişdi. Amma 2014-cü ildən fərqli olaraq, 2009-cu ildə nə “zolaqlılar”, nə də Ağdam klubu pley-offu uğurla adlaya bilmişdi. Həmin vaxt “Bazel” “Bakı”nı, “Tvente” isə “Qarabağ”ı qrup mərhələsinə həsrət qoymuşdu. Amma bu dəfə “Qarabağ” tilsimi qıraraq, elə “Tvente”ni mübarizədən kənarlaşdıraraq, Avroliqanın qrup mərhələsində oynamaq imkanı qazandı.
7. “ARAZ NAXÇIVAN”IN ÇEMPİONATDAN YARIMÇIQ ÇIXMASI
2014-cü il Azərbaycan futbolunda təkcə uğurla deyil, uğursuzluqla da yadda qalıb. Ən biabırçı hal isə “Araz Naxçıvan”ın çempionatı yarımçıq tərk etməsi oldu. 2015-ci il gəlir, amma hələ də Azərbaycanda mövsümün ortasında çempionatdan yarımçıq çıxmaq eşqinə düşən klublar var. Bu cür hallar nə futbolumuza, nə də çempionatımıza başucalığı gətirir.
6. EMİL BALAYEVİN “AYNTRAXT”A TRANSFERİ
Bu gün ölkə xaricində oynayan azərbaycanlı futbolçuların sayı həddindən artıq azdır. Legionerlərimizin də böyük hissəsi Türkiyənin birinci liqasında çıxış edir. Belə olan halda, azərbaycanlı futbolçunun Almaniya Bundesliqasında çıxış edən kluba transfer olması böyük hadisədir.
5. “QARABAĞ”IN 21 İLDƏN SONRA ÇEMPİON OLMASI
Son illər Avropada inamlı təsir bağışlamasına baxmayaraq, “Qarabağ” heç cür ölkə çempionu ola bilmirdi. Nəhayət, 2014-cü ildə Ağdam klubu uğursuzluğa son qoydu. Qurban Qurbanovun komandası mövsümün sonuna 1 tur qalmış Azərbaycan çempionu adını rəsmiləşdirdi. “Qarabağ” bu çempionluğu 21 il idi ki, gözləyirdi.
4. ÖLKƏ BAŞÇISININ “QARABAĞ”I QƏBUL ETMƏSİ
Azərbaycan idmanının, futbolunun inkişafında ölkə prezidenti İlham Əliyevin böyük rolu var. Dövlət başçısı idman sahəsində əldə edilən uğurlara heç vaxt biganə qalmır. İlham Əliyevin Avroliqada inamlı çıxış edən “Qarabağ”ı qəbul etməsi də bu diqqət və qayğının göstəricisidir. Dövlət başçısı da “Qarabağ”ın Avroliqadakı çıxışına biganə qalmadı.
3. BERTİ FOQTSUN MİLLİMİZDƏN GEDİŞİ
Klublarımızın Avroliqada inamlı çıxışına baxmayaraq, eyni sözləri millimiz haqda demək olmaz. Yığmamız AVRO-2016-nın seçmə mərhələsində keçirdiyi 4 oyunun heç birində xal qazana bilməyib. Ardıcıl 3 yenilgi isə Berti Foqtsun millidən gedişi ilə nəticələndi. Daha əvvəl də millimiz uğursuz nəticələrlə üzləşmişdi. Amma Foqtsun yığmamızdakı postu yaxın gələcək üçün toxunulmaz görünürdü. Gözlənilmədən Xorvatiyadan alınan 0:6 hesablı yenilgidən sonra alman mütəxəssis postundan getdi. Onun bu qərarına isə ölkəmizdə sevinənlərin sayı məyus olanlardan qat-qat çox oldu.
2. “QARABAĞ”IN AVROLİQADAKI İNAMLI ÇIXIŞI
Son illər mütəmadi olaraq Avroliqada pley-offa kimi irəliləyən “Qarabağ”, nəhayət cari mövsümdə tilsimi qırdı. Ağdam klubu qrupda “İnter”, “Dnepr” və “Sent Etyen” kimi güclü klublarla üz-üzə gəlməsinə baxmayaraq, inamlı çıxış etməyi bacardı. “Neftçi”dən fərqli olaraq, “Qarabağ” qrup mərhələsində qələbə qazanmağı da bacardı. Hətta demək olar ki, çempionumuz qrup mərhələsini də adladı. Yalnız çex hakimlərin ədalətsizliyi “Qarabağ”ın layiq olduğu 1/16 finala adlamasına mane oldu.
1. AVRO-2020-NİN 4 OYUNUNUN BAKIYA VERİLMƏSİ
“Qarabağ” Avroliqada inamlı təsir bağışlasa da, Bakının AVRO-2020-nin oyunlarına ev sahibliyi etməsi daha böyük hadisədir. Çünki bu, ölkə futbolu tarixində ilkdir. Avropanın 19 şəhəri qitə birinciliyinə namizəd olsa da, UEFA 13 şəhəri seçdi ki, onlardan da biri məhz Bakıdır. Bakıya qrup mərhələsinin 3 oyununun verilməsini gözləmək olardı. Amma 1/4 final oyunlarından birinin də Bakıda keçirilməsi haqda qərar sürpriz oldu. Halbuki Avropanın bir çox şəhərləri buna iddia etsələr də, sonda 1/8 finalla kifayətləndilər. AVRO-2020-nin 4 oyununun Bakıya verilməsində isə AFFA rəhbərliyinin gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Bəlkə də çoxları indi Bakının qazandığı bu qələbənin əhəmiyyətini dərk etmirlər. Amma 2020-ci ildə UEFA-nın Bakıya necə böyük etimad göstərdiyinə hər birimiz şahid olacağıq.
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
03.11.2026
02.11.2026
























