Ölkə futbolu
Qurban Qurbanov: “Həmin epizoda 40 dəfə təkrar baxmışam” (Müsahibə)
“Qarabağ”ın baş məşqçisi “REGİON PLUS”a müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- İlk olaraq sizi Avroliqadakı uğurlu çıxış etdiyinizə görə təbrik edirik. Yəqin təbriklər çox olub?
- Sözün düzü, biz işimizlə məşğul oluruq. Azərbaycanı Avropada yaxşı təmsil etməyə çalışdıq. Son matçda qələbə qazanmaq istəyirdik, amma alınmadı.
- Dövlət başçısı İlham Əliyev “Qarabağ”ı qəbul edən zaman uğurlarınızı yüksək qiymətləndirdi. Prezidentlə görüş yəqin ki, böyük stimul olacaq.
- Vaxt tapıb komandanı qəbul etdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Dövlət başçısından xoş sözlər eşitmək hər birimiz üçün çox sevindiricidir. Cənab prezident “Qarabağ”ın oyunlarını izlədiyini və nəticələrdən xəbərdar olduğunu söylədi. Prezident həm sevincli idi, həm məyus idi. Son matçda vurduğumuz qolun sayılmamasına görə məyus olmuşdu. Qəbul zamanı dövlət başçısı bizi “İnter” üzərində qələbə münasibətiylə təbrik etdi. O dedi ki, hakimlər saymasa belə, “Qarabağ” bu görüşdə qalibdir. Prezidentin komandanı qəbul etməsi futbolçuları daha da həvəsləndirəcək. Dövlət başçısının diqqəti sayəsində ölkədə idman inkişaf edir. Biz də çalışmalıyıq ki, futbolumuz daha böyük uğurlar qazansın. Çox xoş hisslərlə ayrıldıq görüşdən. Cənab prezidentlə görüşümüz bizim məsuliyyəti də artırır. Biz uğurlarımızı davam etdirməliyik.
- Ölkədə hələ də “Qarabağ” - “İnter” matçından danışırlar. Riçard Almeydanın qolu, hakimin onu hesaba almaması - bu anları unutmaq üçün nə qədər vaxt lazımdır?
- Dəqiq söyləmək çətindir. Mən hələ unutmamışam. Oyundan sonra matçın bütöv videoyazısına baxmışam. Qol epizoduna gəlincə bəlkə 40 dəfə təkrar baxmışam. O hisslər barədə danışmaq çətindir. Həmin anı yenidən yaşamaq istəməzdim, eyni zamanda o hissləri sözlə ifadə etmək çətindir.
- Həmin epizoda baxmısınız deyirsiniz, əminliklə söyləmək olar ki, qol idi? Şəxsən biz orada təmiz qol olduğunu gördük..
- Matçdan sonra “İnter”in futbolçuları da yaxınlaşıb söylədi ki, Almeydanın qolu qaydalar çərçivəsində idi. Təkrar layiqli qol vurduğumuzu göstərir. Amma bizim nəsə deməyimiz mənasızdır. Artıq qərar verilib. Həmin anda baş hakim məsuliyyəti üzərinə götürməliydi.
- Deməli “Qarabağ”ın layiqli qələbəsini “oğurladılar”. 34 min azarkeşin sevinci əlindən alındı...
- “Qarabağ” gərək o oyunu unutsun. Yoxsa gələcəkdə bizə problem yarada bilər. Azarkeşlərimizin hər birinə sizin vasitənizlə təşəkkür edirəm. Cari mövsüm bizi heç vaxt tək qoymadılar. Bütün oyunlarda sona qədər dəstək oldular. Heç vaxt istəməmişəm ki, onların qarşısında komandam uduzsun. Azarkeşlərimiz ən böyük qələbələrə layiqdir. Hər zaman demişəm ki, doğma meydanda “Zalsburq” üzərində 2-1 hesablı qələbəmizdə onların payı böyükdür. Həmin matçda azarkeşlərimiz bizə möhtəşəm dəstək oldu. “İnter”lə oyunda sona qədər ümidimiz var idi, lakin sonda alınmadı. Çox istəyirdik ki, xalqımızı sevindirək.
- Həmin gün dünya üzrə bukmeyker kontorlarında “Qarabağ”ın qələbəsinə 251 milyon pul qoyuluşu edilmişdi. Bu hal oyuna təsir edə bilər? Eyni zamanda UEFA-nın Rusiya - Ukrayna hadisələrinə görə ikincilərə dəstək olduğu deyilir...
- Hakim səhv etdi deyə bilmirəm. Çünki epizodu görürdü. Yan xətt hakimi və qapının arxasındakı köməkçi hər şeyi görürdü. Bizim əlimizdə fakt yoxdur. Belə halda danışmaq çətindir. Həmin an baş hakim məsuliyyəti üzərinə götürməliydi. Amma o bunu edə bilmədi. Qolun qaydalar çərçivəsində vurulduğunu bütün komandamız təkrarlayırdı. Hakim qərarında qəti oldu. Bəlkə də belə olmalı idi.
- Demək olar ki, 14 saniyə biz 1/16 finalın həyəcanını yaşadıq. Bu anlarda hamı düşünürdü ki, qol vurmuşuq və qalib “Qarabağ”dır.
- Bu saniyələrdə 1/16 final haqda düşünmürdük. Hamı qələbəni fikirləşirdi. Biz “İnter”ə qalib gəldiyimiz üçün sevinirdik. Təəssüf ki, sonradan hər şey dəyişdi. Biz çox üzüldük. Son olaylara görə toparlanmaq vacibdir. Uzun müddət həmin oyun azarkeşlərin və futbolçuların yaddaşında olacaq.
- Amma “Qarabağ” tarixi uğura çox yaxın idi. Növbəti mövsüm belə imkan olmaya bilər...
- Futbolda hər bir nəticə mümkündür. Hakim qərarı qəbul edib. İndi bu barədə təhlil aparmaq nəticəsizdir. UEFA hakim səhvlərinə görə nəticəni dəyişmir. Futbolçular düşünə bilər ki, bu mərhələyə yenə gəlməyəcəyik. Amma unutmaq lazımdır. Yalnız bu halda uğurlu çıxışı davam etdirmək olar.
- 2014-cü ili ümumilikdə “Qarabağ” üçün uğurlu saymaq olar. Başa çatan ili necə qiymətləndirirsiniz?
- Məncə pis alınmadı. Uzun fasilədən sonra “Qarabağ” çempionluq sevinci yaşadı. Avroliqada əsas məqsəd qrup mərhələsinə vəsiqə qazanmaq idi. Sevindirici haldır ki, məqsədimə çatdıq. Son oyuna kimə 1/16 final mərhələsinə adlamaq şansımız var idi. Şansımızı sona qədər saxlamaq yaxşı haldır. Çempionatda da liderliyi davab etdiririk. Komandamız fasiləyə birinci pillədə yollanıb. Bu mənada 2014-cü ili uğurlu saymaq olar.
- Azərbaycan millisi üçün bu ili uğurlu saymaq olmaz. Yeni seçmə mərhələdə bütün oyunlarda məğlub olmuşuq.
- Milli üçün həm müsbət, həm də mənfi məqamlar var. İl ərzində yaxşı oyunlarımız da var idi. Məğlubiyyət də oldu. Əsas odur ki, 2015-ci il uğurlu olsun. Yeni baş məşqçiyə uğur arzulayıram. Biz hamımız Azərbaycan millisinin uğur qazanmasını istəyirik.
- Gələcəkdə Qurban Qurbanovu Azərbaycan millisində görmək imkanımız olacaq?
- (gülür) “Qarabağ”da olduğum zaman da millinin uğurları üçün çalışırıq. Hər bir klubumuz çalışır yığmaya hazır futbolçu versin. Hazırda bütün fikrim “Qarabağ”la bağlıdır.
- “Qarabağ” bu uğurları 2015-ci ildə də davam etdirə biləcək?
- Azarkeşlər bizdən hər zaman qələbə istəyir. Onlar başa düşür ki, qələbə qazanmağa imkan var və ona görə belə tələb irəlis sürür. Bu il həm “Qarabağ”, həm də “Neftçi” Avroliqada pley-offda çıxış etdi. Bu hal ölkə futbolunun irəlilədiyini göstərir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bizi dəstəkləyir. İnanıram ki, bu uğurları təkrarlamaq mümkündür. Daha da irəli getmək olar. Sadəcə işləmək və çalışmaq lazımdır. Biz gərək bu ilki uğurları unudaq. Yeni mövsümdə də Azərbaycan çempionatı və avrokuboklar var. “Qarabağ” adi komanda deyil. Bu komandada işləmək böyük məsuliyyətdir.
Sənan Şəfizadə, REGİON PLUS
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
18:38
"Gəncə"dən iki yeni transfer
-
17:43
“Qarabağ”ın sabiq futbolçusu I Liqa klubunda
-
17:29
"Beşiktaş"da yeni hücumçu
-
16:54
Millimizin üzvü klubu ilə müqavilə müddətini uzadıb
-
16:12
Avropa birinciliyində 15 medal qazanan atletlər Vətənə qayıdıblar
-
16:00
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
-
15:41
Prezident İlham Əliyev “Sabah” klubuna 5 milyon manat ayırdı
-
14:26
"Fənərbaxça"nın qapıçısı "Barselona"da
-
13:57
"Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
-
13:05
Azərbaycan stolüstü tennisçiləri "Euro Mini Champs" turnirində iştirak edəcəklər
-
12:38
"Qarabağ" - "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq
-
11:23
Azərbaycan "Böyük Dəbilqə"də 14 cüdoçu ilə təmsil olunacaq
-
10:49
Mbappenin het-triki "Real"a qələbə qazandırdı VİDEO
-
10:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Fənərbaxça" 18 ildən sonra ÇL-in əsas mərhələsində VİDEO
-
09:30
"Qarabağ" "Tvente" ilə cavab oyuna çıxır
-
18:43
“Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır”
-
18:29
“Tvente”nin baş məşqçisi: “Sabah bizim son şansımızdır”
-
17:56
Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq
-
17:12
“Şəfa”ya texniki məğlubiyyət verildi
-
16:35
Perin “Yuventus”dan getdi
-
16:04
Vaqif Cavadov Bakıda "Tvente"ni ziyarət edib
-
15:41
“Mançester Siti”dən növbəti transfer
-
15:27
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
-
14:58
"İmişli" 1 ay əvvəl transfer etdiyi futbolçu ilə yolları ayırdı
-
14:00
Qurban Qurbanov: “Təhlükə bizim hesabda öndə olmağımızdır”
-
13:13
“Sabah” artıq 20 milyon avrodan çox qazanıb
-
12:39
"Neftçi" Kurçi ilə yollarını ayırdı
-
12:26
Kişi boksçulardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışı keçəcək
-
11:42
"Karvan-Yevlax"dan növbəti transfer
-
11:05
Prezident İlham Əliyev "Sabah"ı təbrik etdi
-
10:54
Millimizin sabiq baş məşqçisi işsiz qaldı
-
10:31
Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoydu
-
10:17
"Gəncə" amerikalı basketbolçunu heyətinə cəlb edib
-
10:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
23:21
“Sabah” ÇL-in Liqa mərhələsində!
-
20:57
“Turan Tovuz” azarkeşlərindən Rəhim Həsənova etiraz: #baximvariniza FOTOLENT
-
20:22
"Sabah" - "Hapoel": Heyətlər açıqlandı
-
19:38
I Liqada 2 turun oyun cədvəli açıqlandı
-
18:16
Yeniyetmə stolüstü tennisçilər Şəkidə təlim-məşq toplanışında
-
17:54
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
17:21
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq millilərimizin heyəti
-
16:43
Azərbaycanın iki ağırlıqqaldıranı Avropa birinciliyində 5-ci və 6-cı yeri tutub
-
16:30
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
-
16:15
Valentin Buliçev Bakıda məşqçilərlə növbəti görüş keçirib
-
15:59
Badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
-
15:27
"Xankəndi" də legioner transfer etdi
-
15:02
"Qarabağ"dan zədəlilərlə bağlı açıqlama: "Əməliyyat olunacaq"
-
14:48
Üzgüçülük Federasiyası beynəlxalq eksperti əməkdaşlığa cəlb edib
-
14:36
Cüdo millimiz Vətənə iki medalla qayıdıb
27.08.2026
26.08.2026
25.08.2026
























