28 Avqust 2026, Cümə
"Neftçi" Kurçi ilə yollarını ayırdı
“Sabah” ÇL-in Liqa mərhələsində!
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi

Ölkə futbolu

AFFA “Qəbələ”nin qapıçısını 3 oyunluq cəzalandırıb, hakimlər haqda ölçü götürülməsini tələb etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, 21 dekabr 2014-cü il, 2014/2015 mövsümündə, XXIII Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” - “İnter” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 87-ci dəqiqəsində “İnter” klubunun 10 №-li futbolçusu Elvin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirib. Bu hakimin gözündən yayınıb. Oyunun videoyazısın izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

 1. Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalanıb, klub 3000 manat cərimə olunub.

2.Matçın hakimləri haqqında Hakimlər komitəsi lazımi tədbirlər görüb İntizam Komitəsinə bildirsin.

 

 


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31