Ölkə futbolu
Tuyqun Nadirov: “Stabillik olmayan yerdə nədən danışmaq mümkündür?” (Müsahibə, II HİSSƏ)
Klublar Komitəsinin rəhbəri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovun Futbolxeber.az saytına verdiyi müsahibənin ikinci hissəsini təqdim edirik. Bu hissədə T.Nadirov vitse-prezidenti olduğu “Xəzər Lənkəran” haqda sualları cavablandırıb.
- Oğuz Çətinin istefa verdiyi doğrudur?
- Bu gün (söhbət dünən olub-red.) səhər klubda yekun iclas keçirildi. Daha sonra özü klub prezidentinə dedi ki, gedirəm. Klub rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirdi. Yazılı şəkildə istefa ərizəsini təqdim etdi. İstefanın qəbul olunub-olunmayacağı hələ bilinmir. Amma böyük ehtimalla, qəbul olunacaq. Yekun qərarı klub prezidenti qəbul edəcək.
- “Xəzər Lənnkəran”ın yeni baş məşqçi Yunis Hüseynov olacaq?
- Yunis Hüseynov “Xəzər Lənkəran”a idman direktoru kimi gəlib. O, öz postunda qalacaq. Oğuz Çətinin istefası qəbul edilsə belə, yeni baş məşqçi Yunis Hüseynov olmayacaq. O, əsas komandanın deyil, klubun idman direktorudur və bu vəzifədə onsuz da kifayət qədər işi var.
- Artıq Oğuz Çətini əvəzləyə biləcək hansısa namizəd var?
- Öz adımdan deyə bilərəm ki, mən bu istefaya hazır deyildim. Baş məşqçi ilə vidalaşmağı düşünmədiyimizdən hər hansı bir axtarışdan söhbət gedə bilməz. Amma açıq etiraf edək ki, baş məşqçinin istədiyi bütün futbolçular transfer edildi - həm yerli, həm də əcnəbi. Avrokuboklarda oynamamasına baxmayaraq, komanda yayda Avropada hazırlıq keçdi. Geridə qalan müddətdə komandadan istədiyimizi ala bilmədik. Məşqçi kluba gəlib və üzərinə öhdəlik götürüb.
- Bu vaxta kimi qış fasiləsi ilə bağlı planlar açıqlanmayıb...
- Bizim hazırlıqla bağlı planlarımız daha əvvəldən bəlli idi. Amma hər bir məlumatı vaxtında açıqlamaq lazımdı. Komanda yanvarın 6-da bir araya gələcək. Təlim-məşq toplanışı yanvarın 26-ına kimi davam edəcək. Komanda ayın 27-də vətənə qayıdacaq. Bu müddətdə təbii ki, yoxlama oyunları da olacaq. Hələ ki rəqiblərin adları tam dəqiqləşmədiyindən bu haqda nəsə deyə bilmərəm
- Komandanızın iki futbolçusu - Dejan Blajevski və Qalin İvanov düşərgəni tərk ediblər. Onların səsləndirdikləri iddialarla tanışsınız. Məvaciblərinin gecikməsi ilə bağlı dedikləri nə dərəcədə doğrudur?
- Heç kim deyə bilməz ki, “Xəzər Lənkəran”da maaşlar gecikir. Vaxtından tez verilə bilər, amma gec yox. Futbolçuların sözləşmələrində bütün detallar göstərilir. Gecikmə yalnız bir halda ola bilər. Əgər, maaş günləri bayrama təsadüf etsə. Bir ayın maaşının digər aya keçməsi bizim kluba qeyri-mümkündür. Hər kəs bilir ki, “Xəzər Lənkəran”ın sponsoru hansı şirkətdi. Futbolçuların müqavilələrində yazılıb ki, ay başa çatdıqdan sonra növbəti ayın 1-dən 15-nə kimi maaşlar ödənilməlidir. Noyabrın məvacibini biz ayın dekabrın 5-də ödədik. Səhv elədik? Gərək ayın 14-ü verərdik? Ayın 14-də versək də, bu gecikmə sayılmayacaq. Bu, məsələnin bir tərəfi. İkinci tərəfi odur ki, Blajevskinin getməsi sırf ailə məsələsinə görədir.
Qalin İvanova gəldikdə isə o, vətənində bir klubdan təklif alıb. Amma bu ona ixtiyar vermir ki, düşərgəni özbaşına tərk etsin. İvanovun bu hərəkəti bizim üçün gözlənilməz oldu. Çünki o, mədəniyyəti, peşəkarlığı ilə fərqlənən futbolçu idi. İndi isə heç kimə bir söz demədən özbaşına vətəninə yollanıb. Onun komandanı çətin vəziyyətdə qoyması bizə pis təsir edib.
- “Xəzər Lənkəran”ın ilk 2 dövrədəki çıxışı haqda nə deyə bilərsiz?
- Geridə qalan müddətdə “Xəzər Lənkəran” bəzən layiqli oyun nümayiş etdirsə də, nəticə heç də ürəkaçan deyil. Komanda bəzən özündən həm büdcəsinə, həm də heyətinə görə qat-qat zəif olan komandalarla oyunlarda xal itirdi. Klub rəhbəri olaraq nəticə məni qane etmədi. Amma bu o demək deyil ki, baş məşqçi istefa verməlidir. Heyətin kefi istəyəndə yaxşı oynayır, kefi istəyəndə yox? Komandada ilk növbədə stabillik olmalıdı. Stabillik olmayan yerdə nədən danışmaq mümkündür?
- Mətbuatda komandada gəncləşdirmə siyasəti aparılacağı, bir neçə aparıcı futbolçunun gedəcəyi haqda da xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Bu, baş məşqçinin qəbul edəcəyi bir qərardı. Oğuz Çətin postunda qalsa, ya da yeni baş məşqçi gəlsə, heyətlə bağlı qərarları o qəbul edəcək. Kim lazım olmasa göndəriləcək.
- Yəni, “Xəzər Lənkəran” yenə də iddialı olacaq?
- Əlbəttə. Bizim iddiamız hər zaman olub, bundan sonra da olacaq. Eyni vaxtda bütün futbolçuları komandadan göndərə bilmərik ki.
- Komandanın 10 illik yubileyi ilə bağlı tədbiri nə vaxt keçirəcəksiniz?
- 10 illik yubileylə bağlı yazı müsabiqəsi, eləcə də müxtəlif aksiyalar keçirdik. Bu dəqiqə ayrıca tədbir keçirməyi məqsədəuyğun saymadıq. Tədbiri sırf tədbir keçirmək xatirinə təşkil etmək düzgün deyil.
- “Xəzər Lənkəran”ın bəzi futbolçuları uğursuz oyunlardan sonra mətbuata verdikləri açıqlamalarda komanda yoldaşlarının ünvanına sərt ittihamlar səsləndirirlər. Klub rəhbəri olaraq bu məsələyə münasibətiniz necədir?
- Belə məsələlər üçün kodeks var. Əslində futbolçu icazəsi olmadan müsahibə verməməlidir. Hərə bir şeydən danışsa, necə olar? Biz demirik ki, mətbuatla ünsiyyətə qadağa qoyulsun. Əsla. Sadəcə, jurnalistlərlə görüş mətbuat xidmətinin rəhbəri ilə razılaşdırılmalıdır. Bir neçə gün əvəvl futbolçulardan biri avtobusa 10 dəqiqə gecikdi. Buna görə də 200 manat həcmində cərimələndi. Amma biz belə məsələləri hər dəfə mətbuata çıxarmaq istəmirik. Futbolçu kodeksi pozduğu halda cərimələnir ki, bu da normal haldı. Maaşlarını alanda orada qeyd olunur ki, bu tarixdə hansı səbəbdən futbolçu cərimələnib və həmin məbləğ maaşdan tutulur.
QEYD: Müsahibənin ilk hissəsini buradan oxuya bilərsiz - http://www.futbolxeber.az/news/country/18782
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























