Ölkə futbolu
Tuyqun Nadirov: “Hakimlər Komitəsi öz işinə son 6 aydakı kimi qeyri-ciddi yanaşsa...” (Müsahibə, I HİSSƏ)
Klublar Komitəsinin rəhbəri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Futbolxeber.az saytına müsahibə verib. Müsahibənin ilk hissəsini təqdim edirik. Bu hissədə T.Nadirov rəhbəri olduğu komitənin ikinci iclası barədə sualları cavablandırıb.
- Klublar Komitəsinin budəfəki iclasında heç də bütün klubların nümayəndələri iştirak etmirdilər. “Bakı” və “Simurq”un iclasdan kənarda qalmasının səbəbini təxmin etmək çətin deyil. Bəs “Qarabağ”dan niyə görüşə qatılan yox idi?
- “Simurq” - “Bakı” oyunu dünəndən bu günə keçirildiyindən hər iki klubun nümayəndələri toplantıya qatılmadılar. Amma Yaşar Seyidov və Anar Bəkirovla iclasın gedişində bir neçə dəfə əlaqə saxlayırdıq. İclasda iştirak etməsələr də, daha öncədən yazılı şəkildə fikirlərini bildirmişdilər. Odur ki, yoxluqları hiss olunmurdu. Tam şəkildə hər iki klubun maraqları təmin edildi. “Qarabağ” rəsmilərinin isə mühüm işləri olduğundan iclasdan kənarda qaldılar. Amma növbəti iclasda bütün klubların nümayəndələri iştirak edəcəklər.
- Əsasnamədə qeyd olunub ki, klubu toplantıda prezident, vitse-prezident, ya da icraçı direktor təmsil edə bilər. Mümkün deyildi ki, “Qarabağ”da kimsə toplantıya qatılsın?
- Biz ilk gündən demişik ki, Klublar Komitəsinin iclasına icraçılar, yəni iş görən adamlar qatılmalıdırlar. “Qarabağ”da isə belə şəxs 2 nəfərdi - Tahir Gözəl və Əmrah Çəlikəl. “Qarabağ” tərəfi ilə toplantının gedişində telefon danışığımız oldu. Onlar da öz fikirlərini bildirdilər. İnteraktiv olaraq “Qarabağ”ın da toplantıya qatıldığını söyləmək mümkündür. Həm də pis çıxmasın, klubların da marağındadır ki, iclaslara qatılsınlar. Bunu hər bir klub istəyir.
- Budəfəki iclasda hansı qərarlar qəbul edildi?
- Qəbul etdiyimiz qərarlardan biri “Bakı” klubu ilə bağlıdır. Klublar olaraq qərara aldıq ki, heç bir klub “Bakı”dan futbolçu qaçırmasın. Ən azı yaya kimi. Komandanın mövcud problemlərini nəzərə alaraq bu addımı atdıq. Onsuz da bir və ya iki futbolçu ilə heç kim çempion olmayacaq. Çox sevindirici haldır ki, bütün klublar bu məsələdə həmfikirdi. Bu da bizim “Bakı” klubuna bir köməyimizdi.
Digər qərar Topazla bağlıdı. Qərar qəbul olundu ki, Klublar Komitəsinin növbəti iclasında Topazın da rəhbər şəxslərindən qatılan olsun. Topaz çempionatın sponsoru olduğuna görə Peşəkar Futbol Liqasına pul ödəyir. Bu, ayrı məsələdir. Amma Topaz klubların adından da mərc oyunlarında istifadə edir.
Ümumiyyətlə, iclasda xeyli məsələ müzakirə olundu. Lakin biz qəbul olunan qərarlardan yalnız bir neçəsini ictimaiyyətə açıqlaya bilərik. Uşaq futbolu ilə bağlı da müzakirəmiz oldu. Hər bir komanda aşağı yaş qruplarında futbolçu yerişdirir. 50 futbolçu yetişirsə, onların hamısı əsas komandada oynaya bilməz. Bəziləri heyətə düşür, bəziləri başqa kluba keçir, bir başqaları da sərbəst şəkildə klubdan gedir. Elə etməliyik ki, klublar futbolçu yetişdirməkdə maraqlı olsunlar. Müəyyən kompensasiyalarla bunu etmək mümkündür.
Yayım məsələsini də müzakirə etdik. Burada bir neçə variant var. Bir ehtimal odur ki, bütün yayım işlərini biz həll edirik və hazır siqnalı kanala satırıq. Çünki oyunu yayıma hazırlamaq da xərcdir. Ola bilər ki, bir şirkətlə razılıq əldə olunsun və yayıma qədər olan bütün proseduru onlar həyata keçirsinlər. Bölgələrdən Premyer Liqada 3 komanda mübarizə aparır. Lənkəran, Qəbələ və Zaqatala stadionlarında telekomunikasiya ilə bağlı heç bir problem yoxdur. İstənilən cür çəkiliş etmək olar.
İclasda həmçinin hakimlik məsələsi də müzakirə edildi. Çempionatın qış fasiləsinə kimi olan müddətinə nəzər yetirdik. Təəssüf ki, hakimlik yaralı yerlərimizdən biridir. Bu gün Azərbaycanda hər birimiz AVRO-2020-yə hazırlaşırıq. Çox istərdik ki, orada azərbaycanlı hakimlər də olsun. Vaxtı ilə Azərbaycanın Tofiq Bəhramov kimi hakimi olub. İndi də elə perspektivli ədalət qoruyucuları var. Diqqət yetirdik və gördük ki, geridə qalan turlarda hakimliklə bağlı dəfələrlə xoşagəlməz hallar olub. Bir komanda deyə bilməz ki, hakimlər bizi daha çox sıxıb. Elə oyun olub ki, hər iki tərəf referidən narazı qalıb. Hakimlər Komitəsinə tövsiyələrimiz və təkliflərimiz var. İstəyirik ki, gələcəkdə belə hallar baş verməsin.
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun vəzifəsindən getməsi mümkündür?
- Hər şey ola bilər. Hakimlər Komitəsi öz işinə son 6 aydakı kimi qeyri-ciddi yanaşsa, biz daha ciddi şəkildə bu məsələni qaldıracağıq. Söhbət komitə sədrinin vəzifəsindən getməyində deyil. Hər şey yüksək səviyyədə təşkil olunmalıdı. Təyinat mexanizmi və ya digər məsələlər. İşi elə qurmalıyıq ki, hər kəs səhvi özündə axtarsın. Bəzən klub nümayəndələri və ya məşqçilər öz üzərlərindən məsuliyyəti atmaq üçün hər şeydə hakimi günahlandırırlar.
- Dediz ki, vəziyyət dəyişməsə, daha ciddi şəkildə hakimlik məsələsini qaldıracaqsınız. Yəni, İcraiyyə Komitəsinə müraciət edəcəksiniz?
- Normalda Hakimlər Komitəsinin sədrini konfrans seçir. Biz ilk növbədə İcraiyyə Komitəsində məsələ qaldıracağıq. Komitə üzvləri də başda hörmətli Rövnəq müəllim (AFFA prezidenti Rövnəq Abdullayev nəzərdə tutulur-red.) olmaqla qərarlarını verəcəklər. Amma bu, sonranın işidir. Biz ilk növbədə ümid edirik ki, mövsümün qarşısındakı hissəsində hakimliklə bağlı xoşagəlməz hallar olmayacaq.
- Topazla razılıq əldə olunsa və şirkət klublara müəyyən məbləğ ödəsə, bu, əlavə söz-söhbətlərə səbəb olmayacaq ki?
- Razılıq əldə olunsa, ayrı-ayrı klublara pul ödənilməyəcək. Vəsait əvvəlcə AFFA-nın hesabına yatırılacaq. Topaz klubların adından mərcdə istifadə edirsə, buna görə pul ödənilməlidir. Dünya praktikasında, Rusiya və Türkiyədə də bu variantdan istifadə edilir.
- Amma istənilən halda söz-söhbələt ola bilər. Onsuz da Topazın Premyer Liqaya sponsorluq etməsi birmənalı qarşılanmır. Hansısa oyunda sensasiya qeydə alınanda bəziləri bunda Topazın “barmağ”ının olduğunu zənn edirlər...
- Açıq deyim, Azərbaycan çempionatı ilə bağlı Topazda olan “stavka”lar “Neftçi” - “Xəzər Lənkəran” oyununa təsir edəcək dərədəcə deyil. Futbolçuların səviyyəsi, onların dəyəri daha yüksəkdir. Heç hansısa hakim də risq etməz. Onsuz da referilər daim nəzarət altındadırlar.
- Bütün klublar sizin Topazla bağlı olan ideyanızı dəstəkləyir?
- Hansı klub öz gəlirindən imtina edər ki? Klubun qazancı nədəndir? Oyundan, yayımdan, bilet satışından, atributlardan və s.
- Bu gün azərbaycanlı futbolçuların legioner həyatı yaşamasına mane olan səbəblərdən biri də ölkə daxilində kifayət qədər pul qazanmalarıdır. Klublar Komitəsi ölkə daxilində futbolçuların transfer qiymətinə hansısa bir hədd qoya bilər?
- Bugünki iclasdan öncə mən Məşqçilər Komitəsinin üzvləri ilə də görüşdüm. Vaqif Sadıqovun da, Ağasəlim Mircavadovun da, Şahin Diniyevin də bu haqda öz fikirləri var. Məşqçilər Komitəsi ilə gələcəkdə də sıx əməkdaşlıq edəcəyik. Çünki bəzi məsələlərdə onların da fikirləri öyrənilməlidir. Biz klub rəsmisi olaraq hansısa qərarı qəbul edə bilərik. Amma ola bilər ki, bu qərar məşqçilərin peşələri nöqteyi-nəzərdən yaxşı olmasın. Onlara aid olan məsələlərdə mütləq məşqçilərin fikirləri öyrənilməlidir. O ki qaldı, qiymətlərə limit qoyulmasına, biz hər iki iclada bu məsələni müzakirə etmişik. Amma bu o demək deyil ki, sabah, ya da birisigün bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Heç bir klub futbolçuya artıq vəsait ödəmək istəməz. Lakin proseduru da düzgün qurmaq lazımdı. Bu gün biz futbolçu transferi üçün maksimum hədd olaraq 100 min qoysaq, o zaman bəziləri futbolçu ilə 3 müqavilə imzalayacaq: biri AFFA, biri FİFA, biri də Klublar Komitəsi üçün...
(ardı var)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- II turun hakim təyinatları açıqlandı
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
18:38
"Gəncə"dən iki yeni transfer
-
17:43
“Qarabağ”ın sabiq futbolçusu I Liqa klubunda
-
17:29
"Beşiktaş"da yeni hücumçu
-
16:54
Millimizin üzvü klubu ilə müqavilə müddətini uzadıb
-
16:12
Avropa birinciliyində 15 medal qazanan atletlər Vətənə qayıdıblar
-
16:00
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
-
15:41
Prezident İlham Əliyev “Sabah” klubuna 5 milyon manat ayırdı
-
14:26
"Fənərbaxça"nın qapıçısı "Barselona"da
-
13:57
"Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
-
13:05
Azərbaycan stolüstü tennisçiləri "Euro Mini Champs" turnirində iştirak edəcəklər
-
12:38
"Qarabağ" - "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq
-
11:23
Azərbaycan "Böyük Dəbilqə"də 14 cüdoçu ilə təmsil olunacaq
-
10:49
Mbappenin het-triki "Real"a qələbə qazandırdı VİDEO
-
10:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Fənərbaxça" 18 ildən sonra ÇL-in əsas mərhələsində VİDEO
-
09:30
"Qarabağ" "Tvente" ilə cavab oyuna çıxır
-
18:43
“Bütün diqqətimiz “Qarabağ”a qarşı oyundadır”
-
18:29
“Tvente”nin baş məşqçisi: “Sabah bizim son şansımızdır”
-
17:56
Sona Ağayeva Cənubi Koreyada dünya çempionatında mübarizə aparacaq
-
17:12
“Şəfa”ya texniki məğlubiyyət verildi
-
16:35
Perin “Yuventus”dan getdi
-
16:04
Vaqif Cavadov Bakıda "Tvente"ni ziyarət edib
-
15:41
“Mançester Siti”dən növbəti transfer
-
15:27
AFFA "Neftçi" və "İmişli"ni cərimələdi
-
14:58
"İmişli" 1 ay əvvəl transfer etdiyi futbolçu ilə yolları ayırdı
-
14:00
Qurban Qurbanov: “Təhlükə bizim hesabda öndə olmağımızdır”
-
13:13
“Sabah” artıq 20 milyon avrodan çox qazanıb
-
12:39
"Neftçi" Kurçi ilə yollarını ayırdı
-
12:26
Kişi boksçulardan ibarət millimiz Gürcüstanda təlim-məşq toplanışı keçəcək
-
11:42
"Karvan-Yevlax"dan növbəti transfer
-
11:05
Prezident İlham Əliyev "Sabah"ı təbrik etdi
-
10:54
Millimizin sabiq baş məşqçisi işsiz qaldı
-
10:31
Azərbaycan UEFA reytinqində Sloveniyanı geridə qoydu
-
10:17
"Gəncə" amerikalı basketbolçunu heyətinə cəlb edib
-
10:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
23:21
“Sabah” ÇL-in Liqa mərhələsində!
-
20:57
“Turan Tovuz” azarkeşlərindən Rəhim Həsənova etiraz: #baximvariniza FOTOLENT
-
20:22
"Sabah" - "Hapoel": Heyətlər açıqlandı
-
19:38
I Liqada 2 turun oyun cədvəli açıqlandı
-
18:16
Yeniyetmə stolüstü tennisçilər Şəkidə təlim-məşq toplanışında
-
17:54
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
17:21
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq millilərimizin heyəti
-
16:43
Azərbaycanın iki ağırlıqqaldıranı Avropa birinciliyində 5-ci və 6-cı yeri tutub
-
16:30
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
-
16:15
Valentin Buliçev Bakıda məşqçilərlə növbəti görüş keçirib
-
15:59
Badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
-
15:27
"Xankəndi" də legioner transfer etdi
-
15:02
"Qarabağ"dan zədəlilərlə bağlı açıqlama: "Əməliyyat olunacaq"
-
14:48
Üzgüçülük Federasiyası beynəlxalq eksperti əməkdaşlığa cəlb edib
-
14:36
Cüdo millimiz Vətənə iki medalla qayıdıb
27.08.2026
26.08.2026
25.08.2026
























