Ölkə futbolu
Coko Haciyevski: “Qarabağ”ın bu dərəcədə inkişaf etməsinə təəccüblənmədim” (Müsahibə)
Milli komandamızın, "Bakı" və "Simurq"un sabiq, Makedoniyanın "Pelister" klubunun hazırki baş məşqçisi Coko Haciyevskinin müsahibəsi
- "Pelister"in baş məşqçisi təyin olunmağınız münasibətilə sizi təbrik edirik. Eviniz üçün darıxmışdınız?
- Bəli, öz doğma ölkəndə çalışmaq həmişə yaxşıdı. Evinə, ailənə, dostlarına yaxın olursan. Artıq nəvələrim böyüyür və mən onlarla daha çox vaxt keçirmək istəyirəm.
- Neçə il idi ölkədən kənarda çalışırdınız?
- 10 il. Bu müddət ərzində Yunanıstanda, Yaponiyada, Azərbaycanda və Səudiyyə Ərəbəsitanında işləmişəm.
- Azərbaycandan gedəndən sonra futbolumuzu izləyirdinizmi?
- Həmişə izləmişəm, bundan sonra da izləyəcəyəm. Çünki bu, mənə yad ölkə deyil. Azərbaycan futbolunda demək olar ki, hər kəsi tanıyırdım.
- Yığmamızın son nəticələrindən xəbəriniz varmı?
- Əlbəttə. Mən hələ bir neçə il öncə qeyd etmişdim ki, Azərbaycan yığmasına sadəcə, baş məşqçi yox, islahatçı, reformator lazımdı. Həmin insan təkcə əsas yığma ilə yox, həm də bütün aşağı yaşı qrupları üzrə milli komandalarla, uşaq futbolu ilə maraqlanmalıdı. Sənə bu qədər pul verilirsə, hər şeyə diqqət etməlisən, daha evində oturmamalısan. Elə şərtlər altında Azərbaycan yığmasını nəinki Berti Foqts, hətta Qus Hiddink və Fabio Kapello da xilas edə bilməzdi. Elə Joze Maurinyo da.
- Robert Prosineçkini şəxsən tanıyırsız?
- Bəli. Çünki bizim çoxlu ümimi dostlarımız, tanışlarımız var. Gördüyüm yeganə mənfi cəhət təcrübə çatışmazlığıdı. O, iddialı adamdı. Hücum futbolunu sevir. Mənə elə gəlir ki, Azərbaycan yığmasına da belə bir məşçqi lazım idi. Ümid edirəm ki, Prosineçki ilə Azərbaycan yığmasında hər şey alınacaq. İstənilən halda o, Balkan ölkələrinin əfsanələrindəndi.
- Siz Azərbaycanda çalışanda Qurban Qurbanovla ilk addımlarını atan "Qarabağ" indi Avroliqanın pley-off mərhələsinə çıxmaq üçün mübarizə aparır...
- Qurban Qurbanov mənim ən yaxşı dostlarımdandı. Hələ Azərbaycanda çalışanda onunla tez-tez söhbətləşirdik. Gözəl məşqçi, açıq insandı. Onun komandasının bu dərəcədə inkişaf etməsinə təəccüblənmədim.
- Yəni, Ağdam klubundan belə inkişafı gözləyirdiniz?
- Düzünü desəm, yox. Çünki çox çətin qrupa düşmüşdülər. Fransa "Sent-Etyen"inə hər iki oyunda uduzmamaq, Ukrayna "Dnepr"inə səfərdə qalib gəlmək asan məsələ deyil. "Qarabağ"da Çudomir Çakarovla Borçe Xristov işləyir. Onları Azərbaycan futboluna vaxtilə mən aparmışdım. Daim əlaqədə oluruq. Ona görə də "Qarabağ"ın uğurları məni çox sevindirir.
- Bu komandanın qrupdan çıxmaq şanslarını necə qiymətləndirirsiz?
- Qurbana, Çudomirə, Borçeyə, bütün komandaya uğurlar arzulayıram. Ümid edirəm ki, onlar yollarına davam edəcəklər.
Mənbə: Azerisport.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
12.11.2026
11.11.2026
10.11.2026
























