Ölkə futbolu
“Qarabağ”a bir biletin pulunu qıymayan millət vəkili
“Qarabağ” futbol klubunun uğurlarına sevinən çoxdur. Desək ki, indi hamı “Qarabağ” azarkeşidir, şişirtmiş olmarıq. Əvvəllər bizim ancaq “qalatasaraylı”, “fənərbaxçalı”, yaxud “liverpul”lu, “real”lı olmaqdan başqa çarəmiz yox idi. İndi şükür Allaha, “qarabağ”lı olmaq sevincini yaşayırıq... Daha biz Ronaldunun, Messinin vurduğu qollara möhtac deyilik. Bir şəhid oğlunun vurduğu qol bizim üçün daha təsirlidir!
Aydındır ki, tələbkar dövrümüzdə futbol klubu saxlamaq, onu ölkə çempionu səviyyəsinə qaldırmaq və nəhayət, Avropanın nüfuzlu turnirində özündən deyən klublarla başabaş oyun sərgiləyən heyət formalaşdırmaq asan məsələ deyil. Bunun üçün birinci növbədə ciddi maliyyə dəstəyi lazımdır...
Mübariz heyət formalaşdırılıb, klub ölkə çempionudur və ən əsası Avroliqanın qrup mərhələsini adlamaq üzrədir... Mürəkkəb yol keçilib buna görə. Böyük zəhmət və böyük pullar sərf olunub. Amma...
***
...“Qarabağ” adi futbol klubu deyil. Niyə belə dediyimizi yəqin ki, izah etməyə ehtiyac yoxdur. Bu klub az qala diplomatiyamızın tərkib hissəsinə çevrilib və deməli, ona verilən dəstək də əldə olunmuş müvəffəqiyyətin çəkisinə uyğun olmalıdır. Amma təəssüf ki, dəstəyimiz ümumxalq “uraaaa”sından o yana keçmir... Klubun əldə etdiyi uğurların doğurduğu “Can Qarabağ!”, “Təşəkkürlər, Qarabağ!” və buna bənzər reaksiyalarla “Qarabağ” çox da uzaqlara gedə bilməz. Bunun üçün hər birimizin zərrə qədər də olsa dəstəyi lazımdır. Yüzü yüz yerdə xərcləsək də “Qarabağ”ın oyunlarına bilet almaq istəmirik. Divara dırmaşmağa, polislərlə, klubun əməkdaşları ilə davaya qalxmağa hazırıq, amma bilet almağa əlimiz gəlmir. Heç kəs düşünmək istəmir ki, verəcəyi 5-10 manat klubun hansısa probleminin həllinə sərf oluna bilər. Yox, pulsuz baxmalı və sonra da çıxıb qışqırmalıyıq ki, “Qarabağ”, sən bizim qürurumuzsan!”..
...İmkansızı da belədir, imkanlısı da. Deputatlar var ki, “Qarabağ”ın oyunlarından əvvəl klub rəsmilərinin telefonunu “bombalayırlar”. Pulsuz bilet istəyirlər – övladlarına, onların dostlarına, qohumlarına və onların tanışlarına... Özü də VİP yerlərdə oturmaq istəyirlər. Öldür, biri də əlini cibinə salıb özündən başqa 20 nəfərin pulunu ödəməz. Allah haqqı düz deyirəm, “Qarabağ”a bir biletin pulunu qıymayan millət vəkili, dövlət, millət və işğal olunmuş torpaqlar barədə danışarkən səmimi ola bilməz - yalan danışacaq! Qırmızı-qırımızı deyəcək ki, “Qarabağ”, sən bizim qürurumuzsan!”
***
“Qarabağ” sadəcə bir oyun keçirmək üçün hər dəfə Tofiq Bəhramov stadionuna 5 min manat icarə haqqı ödəyir... Kimsə 1 manat da olsun güzəştə getmir. İsti suyun pulunu da alırlar bu komandadan. Amma ertəsi gün həmin o “Tofiq Bəhramov”da qışqırırlar ki, “Qarabağ”, sən bizim qürurumuzsan!” Bir nəfər imkanlı azərbaycanlı tapılmır ki, “Qarabağ”ın heç olmasa, hamam pulunu öz boynuna götürsün... Ermənilərin belə bir komandası olsaydı, inanın, ayrıca dəstək fondu yaradardılar.
***
Sonra da deyirlər “Qarabağ” heyəti gücləndirmir, əlavə oyunçular almır. İşıqpulu, supulu, efirpulu yığanlar, stadiona “bezbilet” girənlər qoyurlar ki?.. Biri deyir, “canımsan”, biri deyir, “qanımsan”, o biri deyir, “adımsan”... Amma... amma heç kəs 1 manatından keçmək istəmir. Elə belə yerdə deyərlər, can “Qarabağ”, can, anan ölsün...
Nicat DAĞLAR, Aznews.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
12.11.2026
11.11.2026
10.11.2026
























