30 May 2025, Cümə
Finalın hakimləri müəyyənləşdi
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu

Ölkə futbolu

“Qarabağ” 200-ə çatdı

Azərbaycan kubokunun 1/8 final mərhələsinin MOİK-lə oyunu “Qarabağ” üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, qarşılaşmanın 6-cı dəqiqəsinə hesabı açan İnnosent Emeqara Ağdam təmsilçisinin kubokda 200-cü qolunu vurub. Bu matçadək keçirdiyi 117 qarşılaşmada 199 qol vuran əyalət klubu 1/8 finalda bu rəqəmi 203-ə çatdırıb. “Qarabağ”ın orta məhsuldarlığı 1,72-yə bərabərdir. Ağdamlılar kubokda 200 və daha çox qol vuran 2-ci komanda olub. Yalnız “Neftçi” daha çox - 219 dəfə fərqlənib.

Qeyd edək ki, “Qarabağ”ın kubokdakı ilk qolunu 1993-cü il martın 17-də “Gənclik”lə (Şəki) qarşılaşmada Kənan Kərimov vurub.

MOİK-lə qarşılaşma həm də “Qarabağ”ın kubokda 70-ci qələbəsi olub. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan Ağdam klubu 2-ci göstəriciyə malikdir.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31