24 Avqust 2026, Bazar ertəsi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Neftçalada yubiley qolu

Azərbaycan kubokunda 2800-cü qol vurulub. Futbolxeber.az-ın məlumatına görə, yubiley qolu 1/8 final mərhələsinin “Neftçala” - AZAL qarşılaşmasına təsadüf edib. Meydan sahiblərinin  futbolçusu Məhəmməd Alıyev tarixi qolun müəllifi olub. Neftçalada keçirilən görüşün 9-cu dəqiqəsində hesabı açan futbolçu cari mövsümdə 1/8 finalın ilk, kubok tarixinin 2800-cü qolunun müəllifi olub.

Cari mövsümün startınadək 2797 qol vurulmuşdu. 1/16 final mərhələsinin iki görüşündə cəmi 2 qol vurulduğundan bu rəqəm 2799-a çatmışdı. 1/8 finalda rəqib qapısına yol tapan ilk oyunçu isə yubiley topunun müəllifi olub.

Qeyd edək ki, 1992-ci ildə start götürən kubok yarışlarında indiyədək baş tutan 928 oyunda 2823 qol vurulub. Orta məhsuldarlıq 3,04-ə bərabərdir.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31