4 Iyun 2025, Çərşənbə
"Sumqayıt" 3 futbolçusu ilə vidalaşdı
“Neftçi” qızıl medallara qovuşdu
Lionel Messi millimizi təbrik edib
Quliyevdən çempionluq şərhi

Ölkə futbolu

“İnter”: Səfərdə 250-ci qol

Mikel Alvaronun Azərbaycan Premyer Liqasının XIV turunun “Bakı” ilə oyununda (1:0) vurduğu qol “İnter” üçün əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, 2004-cü ilədək “Xəzər Universiteti”, son 10 ildə “İnter” adı altında çıxış edən paytaxt təmsilçisi ölkə çempionatlarında 250-ci səfər qolunu vurub. Bakılılar buna 201-ci oyunda nail olub. Rəqib meydanlarında 88 qələbə, 45 heç-heçə və 68 məğlubiyyəti olan “İnter” 250 qol vurubsa, 218-ni buraxıb.

Bakılılar 1999/2000 və 2000/01 mövsümlərinin hərəsində 9 dəfə rəqib meydanlarda qol vurubsa, növbəti çempionatlarda bu rəqəm daha yüksək olub: 2001/02 – 12, 2003/04 – 12, 2004/05 – 18, 2005/06 – 15, 2006/07  - 23, 2007/08 – 26, 2008/09 – 27, 2009/10 – 19, 2010/11 – 14, 2011/12 – 14, 2012/13 – 16, 2013/14 – 34, 2014/15 – 2.

“İnter” Azərbaycan çempionatlarında səfərdə 250 və daha çox qol vuran 6-cı komandadır. “Neftçi” 461, “Qarabağ”  362, “Kəpəz” 291, “Turan” 280, “Bakı” 272 səfər qoluna sevinib.

Qeyd edək ki, “Araz-Naxçıvan”la oyunun nəticəsi ləğv olunduqdan sonra hesabında səfərə qələbəsi olmayan “İnter” mövsümdə ilk dəfə rəqib meydanında 3 xal qazanıb.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30