20 Mart 2026, Cümə
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları

Ölkə futbolu

Arif İsayev yenə fərqləndi

 

Türkiyə PTT birinci liqasında 33-cü turun oyunları keçirilib. Futbolxeber.az-ın məlumatına görə, həmyerlilərimiz Rail Məlikov və Arif İsayevin çıxış etdiyi "Dənizlispor" səfərdə "Ankaragücü"nün qonağı olub. Həmyerlilərimizdən Rail Məlikov meydana start heyətində çıxıb və matçı əvəzolunmadan keçirib. Arif İsayev isə 64-cü dəqiqədə Onur Alkanın əvəzinə meydana daxil olub. Bununla belə, 27 dəqiqə sonra İsayev fərqlənməyə imkan tapıb. Ümumilikdə isə matç "Dənizlispor"un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Maraqlıdır ki, bu oyunda hakim 5 qırmızı göstərib. Matçın baş hakimi Abdullah Yılmaz "Ankaragücü"nün 4, "Dənizlispor"un isə 1 futbolçusunu meydandan qovub. Bununla da xallarının sayını 40-a çatdıran həmyerlilərimizin komandası 13-cü qərarlaşıb və birinci liqadakı yerini qoruyub. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31