31 Iyul 2025, Cümə axşamı
“Qarabağ”ın rəqibi müəyyənləşdi
"Qarabağ" ÇL-in üçüncü mərhələsində
“Neftçi”də lüksemburqlu hücumçu
Abdullazadə daha iki il “Sumqayıt”da

Ölkə futbolu

Yaşar Seyidov: “Yəqin ki, Şəhriyarla Namiq “Bakı”ya qarşı səhv etdiklərini anlayıblar”

“Şəhriyar Əliyevlə Namiq Ələsgərovun bu gün “Bakı”ya qarşı oynamamalarının səbəbini bilmirəm. Klublar arasında hər hansı razılıqdan söhbət gedə bilməz”. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, bu sözləri “Bakı”nın icraçı direktoru Yaşar Seyidov deyib.

Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Bakı” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Komandaların heyətləri açıqlanarkən bir maraqlı məqam diqqəti çəkir. Belə ki, bir müddət əvvəl “Bakı”nı “Qarabağ”a dəyişən Namiq Ələsgərov və Şəhriyar Əliyevin adı oyunun protokolunda yoxdur.

Yaşar Seyidov bu barədə ehtimalının olduğunu qeyd edib: “Yəqin ki, hər iki futbolçu “Bakı”ya qarşı səhv etdiklərini anlayıblar. Bu səbəbdən də bizə qarşı oynamamaq qərarına gəliblər. Təbii ki, bu, mənim ehtimalımdır. Dəqiq səbəb haqda məlumatsızam”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31