3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

"Simurq" "Neftçi" ilə oyuna ciddi itkilərlə çıxacaq

Bu gün Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Simurq” öz meydanında “Neftçi”ni qəbul edəcək. Futbolxeber.az-ın məlumatına görə, indiyədək “Neftçi” ilə Zaqataladakı görüşlərdə qələbəyə həsrət qalan Georgi Çixradzenin yetirmələri paytaxt təmsilçisilə oyuna ciddi itkilərlə çıxacaq. Uzun müddətdir zədədən əziyyət çəkən Banas Adam fasilə müddətində komandayla birgə məşqlərə başlasa da, bu matçda forma geyinə bilməyəcək. Murad Səttarlıya da qarşılaşmada şans verilməyəcək. Həmçinin Vüqar Mustafayev zədə səbəbindən “Neftçi” ilə oyunda komandasına kömək edə bilməyəcək. “Xəzər Lənkəran”la görüşdə sarı vərəqə limitini dolduran Rəşad Eyyubovda cəzalı duruma düşdüyündən bu matçı buraxmalı olacaq.


simurqpfk.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31