9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Ölkə futbolu

“Desək ki, Foqtsun gedişi ilə hər şey yaxşı olacaq, yalan olar”

“Qısa zaman ərzində millidə köklü dəyişikliklər etmək qeyri-mümkündür. İndi desək ki Foqts getdi, hər şey yaxşı olacaq, yalan olar”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri millimizin sabiq üzvü, “Xəzər Lənkəran”ın qapıçısı Cahangir Həsənzadə deyib.

Sabah milli komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq. Həsənzadə qarşılaşma haqda bunları deyib: “Foqtsun gedişindən sonra milli Mahmud Qurbanova tapşırılıb. Hazırda komandamız yaxşı vəziyyətdə deyil. Tsiklə ardıcəıl 3 yenilgi ilə başlamışıq. Bu dəfə komanda öz meydanında oynayır. Doğma meydanda artıq 1 oyunda uduzmuşuq. Ona görə də bu dəfə mütləq xal qazanmaq lazımdı. Amma futbolda qabaqcadan nəticə haqda danışmaq olmur. Sadəcə meydana çıxıb, fədakarlıq göstərmək lazımdır. İnanıram ki, millimiz bu dəfə azarkeşlərini sevindirəcək”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31