3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Zalsburq”un baş məşqçisi bu gün də “Qarabağ” azarkeşlərinin möhtəşəm olduğunu deyir”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azərbaycanlı azarkeşlərdən danışıb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssisi ölkə çempionatında bəzən az azarkeş sayından məyus olduğunu gizlətməyib: “Avroliqadakı oyunlarımıza çoxlu azarkeş gəlir. Bu onu göstərir ki, ölkədə futbolu sevirlər. Azarbaycanda azarkeş var. Bir hadisəni danışım. Avroliqada səfərdə “Visla”nı 1:0 hesabı ilə məğlub etmişdik. Cavab oyununda stadiona xeyli futbolsevər toplaşmışdı. Öz meydanımızda da 3:2 hesabı ilə qalib gəlib, play-offa yüksəldik. Həmin görüşdən 3 gün sonra isə ölkə çempionatında “Neftçi” ilə qarşılaşırdıq. Həmin vaxt üçün ölkənin 2 ən güclü komandası üz-üzə gəlirdi. Düşündük ki, stadiona heç olmasa 10 min azarkeş gələr. Amma matç cəmi 150 azarkeş “Qarabağ”dan, bir o qədər də “Neftçi”dən gəldi. Bu isə istər-istəməz komandada ruh düşkünlüyü yaradır. Avroliqada vəziyyət tam fərqlidir. “Zalsburq”la oyundakı kimi dəstək heç vaxt görməmişəm. Əminliklə həmin gün Avstriya çempionu üzərində qazandığımız qələbənin 50 faizini azarkeşlərin adına yazıram. Rəqibin baş məşqçisi bu gün də “Qarabağ” azarkeşlərinin möhtəşəm olduğunu deyir”(ANS) .

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31