12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Ukrayna TV: “Qarabağ”ın qolundan sonra stadion dağıla bilərdi”

Ukrayna Televiziyası Avroliqanın qrup mərhələsində 4-cü turda baş tutan “Qarabağ” - “Dnepr” görüşü barədə reportaj yayımlayıb. Futbolxeber.az-ın Sportpress.az-a istinadən verdiyi məlumata görə, ukraynalı həmkarlarımız “Qarabağ” klubunun təşkilatçılığı barədə xoş sözlər deyib.

Azarkeşlərin klubun bayrağıyla stadionda maraqlı görüntülər yaratdığını qeyd edən Ukrayna TV Leroy Corcun bərabərlik qolunu belə təsvir edib: “Qarabağ”ın Bakıda sevildiyini bildirimizdən anşlaq bizi təəccübləndirmədi. “Dnepr”dən Kaliniç hesabı açandan sonra azarkeşlər komandalarını dəstəkləməyi dayandırmadı. Meydan sahiblərindən Leroy Corc gözəl zərbəylə bərabərlik yaratdı. Bu qoldan sonra sanki stadion dağıla bilərdi. 32 min azarkeşin səsi və alqışları arenadan kənarda da eşidildi”.

Qeyd edək ki, qrup mərhələsinin 4-cü turunda “Qarabağ” Bakıda “Dnepr”ə 1-2 hesabıyla uduzub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30