Ölkə futbolu
Arif Əsədov: “Yüksək yerlər uğrunda mübarizəmizi davam etdiririk” (Müsahibə)
“Neftçi” PFK-nın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Arif müəllim, ilk olaraq hazırlıqla bağlı məlumat verərdiniz.
- Noyabrın 6-dan etibarən “Simurq”la oyunun hazırlığına start vermişik. İki həftəlik hazırlıq planımızı iki hissəyə bölmüşük. Birinci həftə əsasən fiziki hazırlıqlara üstünlük vermişik. İkinci həftə isə “Simurq” klubu ilə oyuna köklənəcəyik. O vaxta kimi milli komandalara çağırılmış futbolçularımız da qayıdacaqlar və tam heyətlə hazırlığımızı davam etdirəcəyik.
- Hazırlıqda komandanın bütün üzvlərinin olmaması problem yaratmır ki?
- Hər bir məşqçi istəyər ki, bütün kollektiv bir yerdə olsun. Bununla belə sevindirici haldır ki, “Neftçi”nin futbolçuları mütəmadi olaraq milli komandaların düşərgəsinə çağırılır. Təsadüfi deyil ki, ümumlikdə 9 futbolçumuz əsas və gənclərdən ibarət milli komandalara dəvət alıb. Biz çalışırıq ki, belə futbolçuların sayı daha artıq olsun. Əsas heyətin futbolçularının yoxluğundan istifadə edib əvəzedici komandadan futbolçuları hazırlığa cəlb etmişik. Bu onlar üçün yaranmış bir şansdır. Ötən ay da biz əvəzedici komandadan futbolçular dəvət etmişdik. Bu dəfə də onların sayı artıb. Rahil Məmmədov, Cavid Muxtarzadə, Orxan Qurbanlı, Aqşin Qurbanlı kimi gənc oyunçular bu gün bizimlə birlikdə məşq edir.
- Yoxlama oyunlarında bu futbolçulara şans verməyi düşünürsünüzmü?
- Təbii ki, onları çağırmışıqsa deməli şans da verməliyik. “Bakı” ilə keçirdiyimiz ilk yoxlama matçında da onlara şans vermişdik. Bu dəfə də gənclərin xidmətindən yararlanacağıq. Məqsədimiz odur ki, bu futbolçular təcrübə qazansınlar və əsas komandada möhkəmlənə bilsinlər. Əvəzedici komandanın məşqçiləri ilə mütəmadi əlaqə saxlayırıq və onlar bizi futbolçularla bağlı məlumatlandırırlar.
- Bu oyunçuları “Neftçi”nin Premyer Liqa oyunlarında görə biləcəyikmi?
- “Neftçi” gənc futbolçuları yetişdirməklə yanaşı, Premyer Liqada da çempionluğa oynayan bir komandadır. Biz onlara şans verməklə yanaşı, yüksək yerlər uğrunda mübarizəmizi də davam etdiririk. Çalışmalıyıq ki, gənc futbolçuları həddən artıq yükləməyək. Gördüyünüz kimi, Emil Balayev artıq start heyətində möhkəmlənib. Gələcəkdə digər futbolçular da ona qoşulacaq.
- Fasilə bitdikdən sonra “Neftçi” sıx qrafiklə 4 ağır oyun kerçirəcək və bu oyunların 3-ü səfər qarşılaşmasıdır.
- Doğurdan da qrafik sıx olacaq. Amma fasilədən öncə də biz bəzi oyunlarda əsas heyətin futbolçularına istirahət verdik və şərait yaratdıq ki, qüvvələr bərabər bölünsün. Yəni əvəzləmələrin köməyi ilə bu oyunlarda maksimum nəticə əldə etməyə çalışacağıq. Əsas məqsədimiz odur ki, iki bərabər səviyyəli heyət yaradaq ki, belə vəziyyətdə problem yaranmasın.
- Son turlara qədər “Neftçi”nin müdafiə futbolu oynadığı deyilirdi. Amma son iki turda “Neftçi” 7 qol vurmaqla hücumdakı gücünü də göstərdi.
- Sağlam tənqidi normal qarşılayırıq. “Neftçi”də hücum potensialı olan güclü futbolçular var. Sadəcə xəttlərarası əlaqə yaratmaq lazım idi. Çalışırıq ki, komanda hücuma keçəndə müdafiədə boşluqlar yaranmasın. Gəldiyimiz ilk günlərdə müdafiədəki çatışmazlıqları aradan qaldırmağa çalışırdıq. Komanda 1 top fərqi ilə qalib gəldiyi oyunlarda da çoxlu qol imkanları yaradır, sadəcə bəzən bu fürsətlərin hamısını reallaşdırmaq mümkün olmur.
- Milli komandalarımıza çağırılan futbolçular arasında ilk dəfədir ki, Mirhüseyn Seyidovun da adı var. Mirhüseyn əvəzedici komandadan başlayaraq, sizin rəhbərliyiniz altında oynayıb. İndiki gənclər arasında əsas milliyə dəvət ala biləcək futbolçular görürsünüzmü?
- “Neftçi”yə gəldiyim ilk gün Mirhüseyn Seyidovla söhbətim oldu və ona bildirdim ki, öz üzərində bir qədər də çalışsa əsas milliyə dəvət ala bilər. Mirhüseynin böyük potensialı var. Düşünürəm ki, o bundan da yaxşı oynamaq gücündədir. Ondan başqa yaxın gələcəkdə Ruslan Qurbanov, Samir Məsimov, Emin Mehtiyev də əsas yığmaya çağırıla bilərlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























