12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Arif Əsədov: “Ən yaxşı oyunlardan birini keçirdik”

“Komandam çempionat ərzində ən yaxşı oyunlarından birini keçirdi. Oyuna ilk dəqiqələrdən yaxşı kökləndik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

Əsədov hücumu daha yaxşılaşdırmalı olduqlarını qeyd edib: “Topu özümüzdə daha çox saxlamalı idik. Eyni zamanda, itirdiyimiz topu da tez əldə etmək üçün çalışmalıydıq. Komanda öz oyununu tapmaqdadır. Kanalesə mütəmadi olaraq, şans verirdim. Bu gün iki qol vurdu. Yəqin ki, bu gün vurulan qollar ona gələcək matçlarda da kömək edəcək. Hücumu daha da yaxşılaşdırmalıyıq. Gənc qapıçı Emil Balayevə güvənirik. O da etimadı doğruldur. Elşən Abdullayevin də oyununu qeyd etməliyəm. Turnir cədvəlində irəli getdikcə biz gənclərə daha çox şans verəcəyik. Həmin vaxt gənclər daha sərbəst oynayırlar. Elşən oyuna yaxşı qoşuldu. Amma oyunun gedişində zədə aldı. Elşənin tez bir zamanda bərpa olunacağını düşünürəm”. 


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30