18 Aprel 2026, Şənbə
"Zirə"nin futbolçusu mükafatlandırıldı
Kurban Berdiyevdən qələbə şərhi
Hidayət Heydərov finalda uduzdu
"Qarabağ" azarkeşlərə müraciət etdi

Ölkə futbolu

Cavid İmamverdiyev oynadı, komandası 10 nəfərlə qalib gəldi

Türkiyə birinci liqasında 8-ci turun oyunları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, Cavid İmamverdiyevin çıxış etdiyi “Elazığspor” öz meydanında “Adana Demirspor”la qarşılaşıb. Oyuna ehtiyat oyunçular skamyasından başlayan həmyerlimiz, 60-cı dəqiqədə meydana daxil olub.

Matça gəldikdə isə Cavidin komandası 21-ci dəqiqədə hesabı açsa da, 7 dəqiqə sonra qapısında qol görüb. Qoldan dərhal sonra “Elazığspor” daha bir zərbə alıb. Belə ki, komanda azlıqda qalıb. Bununla belə, 10 nəfərlər qalan “Elazığspor” qələbə qolunu vura bilib. 2:1 hesablı qələbə sayəsində xallarının sayını 12-yə yüksəldən İmamverdiyevin komandası turnir cədvəlində altıncı pilləyə yüksəlib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30