2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Kaxaber Tsxadadze 200-ü keçdi, 250-yə yaxınlaşdı

Azərbaycan Premyer Liqasının XI turunun “Sumqayıt”la qarşılaşması “İnter”in baş məşqçisi Kaxaber Tsxadadzenin Azərbaycan karyerasında 250-ci matç olacaq. Furtbolxeber.az-ın məlumatına görə, ölkəmizdə əvvəl “Standard” sonra “İnter”i çalışdıran gürcüstanlı mütəxəssis bu iki komandanı üst-üstə 249 matça çıxarıb. Bu qarşılaşmalarda 127 qələbəyə sevinən baş məşqçi 68 heç-heçə görüb və 59 məğlubiyyətə üzülüb. Onun yetirmələri 334 qol vurub, 199-nu buraxıb. 2009-cu ilin yayından “İnter”də çalışan Sxadadzenin bu matçlarından 219-u indiki postunda baş tutub. Bakılılar onun rəhbərliyi altında 111 qələbə qazanıb, 62 heç-heçə edib və 46 dəfə uduzub. Bu oyunların top fərqi 301-166-dır. 2008-ci ildə “Standard”da qazanılan nəticələr isə 30 oyunda 11 qələbə, 6 heç-heçə və 13 məğlubiyyətdən ibarətdir. Burada Sxadadze 33 vurulan və eyni sayda buraxılan qola şahidlik edib.

Qeyd edək ki, gürcüstanlı mütəxəssis X turun “Qarabağ”la görüşündə 200-cü Premyer Liqa matçının iştirakçısı oldu. Bunların 174-ü “İnter”, 26-sı “Standard”ın baş məşqçisi kimi baş tutub. Çempionatda 97 qələbə, 54 heç-heçə və 49 məğlubiyyətin həyəcanını yaşayan Sxadadzenin yetirmələri 252 qol vurub, 159-nu buraxıb. Onun Azərbaycanda iş başında olduğu digər 49 oyundan 27-si ölkə kuboku, 6-sı Birlik kuboku, 16-sı avrokubok matçıdır.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28