Ölkə futbolu
“Əgər mərhələ adlamasaydıq, istefa verəcəkdim” (Müsahibə)
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mirbağır İsayev affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Avropa çempionatının ilkin seçmə mərhələsi ilə bağlı təəssüratlarınız necədir?
- Komandamızın Avropa çempionatının elit-raunduna vəsiqə qazanmasına görə, ilk növbədə, Allaha şükr edirəm. Komandanın formalaşmasına, eləcə də mütəmadi təlim-məşq toplanışlarının təşkilinə şərait yaratdığına görə AFFA-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Ötən ilin bu vaxtlarında işə başlayarkən AFFA-nın Texniki direktoru Bernhard Lippert sual verdi ki, U-17 elit-raunda yüksələ biləcəkmi? Cavab verdim ki, 95 faiz. Baş katiblə də bu haqda söhbətimiz oldu. Hər işin başlanğıcında ən vacib məsələ inamdır. Bizə yaradılan şəraitin qarşılığını verməli idik. Şükürlər olsun ki, Avropa çempionatının ilkin seçmə mərhələsindən üzüağ çıxdıq. Bu da ilk növbədə futbolçularda xarakterin olması sayəsində baş verdi. Uşaqlar meydanın hər qarışı uğrunda mübarizə apardılar.
- Keçirdiyiniz hər 3 oyunu şərh edə bilərsinizmi?
- İlk oyunda Belçika yığmasına böyük hesabla məğlub olduq. Atletik baxımdan çox güclü idilər. Futbolçularının əksəriyyəti İngiltərə, Almaniya, Hollandiya çempionatında çıxış edirlər. Bizim komandanın üzvlərinin isə əksəriyyəti aşağıyaşlı futbolçular arasında təşkil edilən liqalarımızda oynayırlar. Həmin uşaqlar xarakter nümayiş etdirdilər. İlk böyükhesablı məğlubiyyətdən sonra toparlanmağı bacardılar. İsveçrə ilə matçın gedişində hesabda geri düşsək də, 2 qol vurub qələbə qazandıq. Son oyunda Bosniya və Herseqovina yığması ilə qarşılaşdıq. Oyundan əvvəl hər iki komandanın xalı, vurulan və buraxılan topları, sarı vərələrinin sayı kimi bir çox göstəricilərdə bərabərlik vardı. Uşaqları psixoloji cəhətdən yaxşı hazırlamaq vacib idi. Hesabda yenə geri düşsək də, komanda xarakter nümayiş etdirdi və fasiləyə qədər bərabərliyi təmin etdi. Sonda isə penalti seriyası təyin olundu. Düzdür, ikinci zərbədən sonra üstünlük tərəfimizdə idi. Çünki rəqib bir penaltidən yararlana bilməmişdi. Ancaq penalti seriyası lotereyadır. Əsas odur ki, U-17 növbəti mərhələyə yüksəldi. Bu, futbolçularımızın əziyyətinin bəhrəsidir. 6 il idi bu nəticəni gözləyirdik.
- Futbolçular təxminən 10 ay sizin rəhbərliyinin altında toplanışlarda oldular, yoxlama matçlarına çıxdılar. Rəsmi görüşlərdə onlardan istədiyinizi oyunu, mübarizliyi ala bildinizmi?
- Turnirə böyük itkilərlə getmişdik, 7-8 futbolçumuz yox idi. Zədə və digər səbəblərdən Ziya Əzizov, Emin Əliyev, Murtuz Abakarov, Səid İbadov, David Dadaşov, Ziya Mirzəyev bizə qoşula bilmədilər. Bu qədər futbolçunun yoxluğu böyük itki idi. Ancaq sevindirici haldır ki, seçim imkanımız vardı. Bunu da təbii ki, məşqçilər korpusu yaratmışdı. Çünki məşqçi çempionat oyunlarını izləyir və elə yoxlama oyunları təşkil edir ki, futbolçuları tam yoxlaya bilsin. Seçmə mərhələdə heç-heçə etdiyimiz Bosniya və Herseqovina yığmasına başqa bir turnirdə 0:5 hesabı ilə uduzmuşduq. Ancaq həmin oyunda biz Hacıağa Hacıyevi qazandıq və bu gün o, komandanın kapitanıdır. Əziyyətinin, zəhmətinin hesabına buna nail oldu. Hazırda bizdə U-17-nin A və B olmaqla 2 heyəti var.
- Maraqlıdır ki, İsveçrə yığması ilə matçdan sonra niyə məhz qapıçının adını çəkdiniz?
- Çünki o, tapıntı idi. Bakıdakı və Xorvatiyadakı son toplanışlarda bütün qapıçıları yoxladıq. Bəziləri zədən səbəbindən komandaya qoşula bilmədilər.
- Heyətdə yer alanların əksəriyyəti AFFA-nın təşkil elədiyi liqalarda çıxış edən futbolçulardır. Sizcə, bu seçim həmin liqalardakı futbolçuları stimullaşdıracaqmı?
- Yalnız Kazım Birkan Türkiyədə, Ruslan Bediyev isə Gürcüstanda çıxış edir. Qalanları öz klublarımızda oynayırlar. Bu onu göstərir ki, material var, sadəcə, işləmək lazımdır. Nizam-intizam ön planda olmalıdır. Seçmə mərhələyə qədər 10 ayda ərzindəki oyunların nəticələrinə gəldikdə vacib deyildi. Çünki seçim aparırdıq. Əsas rəsmi oyunlardır. Qaldı ki stimula, bunu klublarda yaratmaq lazımdır. Bir faktı da deyim, 2 futbolçumuzu xarici klublar istəyirdilər. Sadəcə, onların xarici dil bilməməsi bu keçidin baş tutmasına mane oldu. Çünki ünsiyyət qurmaq üçün bu vacibdir.
- Elit-raunda hazırlıqla bağlı planınız hazırdırmı?
- Bir məsələni vurğulayım ki, əgər mərhələ adlamasaydıq, istefa verəcəkdim. Planlarla bağlı isə hələ danışmaq tezdir. Çünki müqaviləm başa çatıb. Təklif olsa, danışacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























