12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Mirbağır İsayev: “Bizə yaradılan şəraitin qarşılığını verməli idik”

“Avropa çempionatının ilkin seçmə mərhələsi ilə bağlı xoş təəssüratlarımı, müsbət emosiyalarımı qeyd etmək istərdim. Əgər komandamız Avropa çempionatının elit-raunduna vəsiqə qazanıbsa, ilk növbədə, Allahıma şükür edirəm”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Mirbağır İsayev deyib.

İsayev yaradılan şəraitə görə AFFA rəhbərliyinə minnətdarlıq edib: “Komandanın formalaşmasına, eləcə də ilboyu mütəmadi təlim-məşq toplanışlarının təşkilinə şərait yaratdığına görə, AFFA-nın prezidenti Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova təşəkkürümü bildirirəm. Hər işin başlanğıcında əsas məsələ inamdır. Bizə yaradılan şəraitin qarşılığını verməli idik. Şükürlər olsun ki, biz Avropa çempionatının ilkin seçmə mərhələsindən üzüağ çıxdıq. Bu da ilk növbədə futbolçularda xarakterin olması sayəsində baş verdi. Uşaqlar meydanın hər qarışı uğrunda mübarizə apardılar”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30