Ölkə futbolu
Tahir Gözəl: "Qarabağ" artıq Avropa səviyyəsində futbol oynayan komandadır"

“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl dünən keçirilmiş "Qarabağ" - "Xəzər Lənkəran" matçının fasiləsində bir qrup jurnalistə müsahibə verib. Söhbətdə klubun direktoru Əmrah Çelikəl də iştirak edib.
- Tahir bəy, həm Ukraynada "Dnepr", həm də bugünkü "Xəzər Lənkəran" matçı barədə fikirlərinizi bilmək istərdik.
- "Dnepr" çox güclü komanda idi. Bunu oyunlarından da gördüz. Amma şükür, əlimizə imkan düşdü və dəyərləndirdik. Bir də vurduğumuz qolun keyfiyyəti də mənə çox ləzzət elədi. Amma tam sevinmək üçün hələ çox tezdi. Rəqibin oyunu öz meydanında deyil, Kiyevdə keçirməsi də əlavə üstünlük qazandırmışdı bizə. Stadionda o qədər azarkeşimiz var idi ki, tribunalardan ancaq "Qarabağ" və "Azərbaycan" şüarları eşidilirdi. Bu da gözəl hadisə idi mənim üçün və qələbəmizdə də payı oldu. İnşallah, ayın 6-da "Dnepr"lə Bakıda oyunumuz var. Bütün Azərbaycanı o oyunda bir ürək olmağa çağırıram. Güman edirəm ki, burdakı matçda da 3 xal ala bilsək, növbəti mərhələ haqda yavaş-yavaş düşünə bilərik.
Bugünkü oyuna gəlincə, Qurban hoca komandanın əsas heyət üzvlərinə istirahət verib, meydana gəncləri buraxıb. Doğrudur, riskli addımdır, çünki rəqib də sıradan komanda deyil, "Xəzər Lənkəran"dır, baş məşqçisi Oğuz hoca sayğı duyulacaq çalışdırıcıdır. Ancaq növbəti oyunlara daha yaxşı hazır olmaq üçün Qurban hoca düzgün strategiya seçib, bu addımını alqışlayıram. Bayaq biz öz aramızda danışanda da dedim ki, "Qarabağ" bu gün meydana fərqli taktika ilə çıxdı və rəqibi çaşdıran da bu oldu. Hələ ki, taktika özünü doğruldub, ilk hissəni 3:0 öndə bitirmişik. Ancaq futbolda 90 dəqiqə bitmədən nəticə haqda danışmaq tezdir. Tarixdə çox oyunlar olub ki, bir anda nəticə dəyişib. İnşallah, ümidimiz var ki, bu oyunda qələbə qazanacağıq.
- Komandanın Avroliqada bu mərhələyədək gələ biləcəyinə inanırdızmı?
- Bilirsiz, futbol da həyat kimidi, onun da bir qeyri-müəyyənliyi var. Ancaq biz həmişə özümüzə inanırdıq. Hətta xatırlayırsızsa, ötən il sizinlə bir görüşdə demişdim ki, artıq özümüzü kiçik görməməliyik. "Qarabağ" artıq Avropa səviyyəsində futbol oynayan komandadır. Doğrudur, çatışmayan cəhətlərimiz var, biz hələ özümüzü maksimumda görmürük. Ancaq bu çatışmazlıqlar Qurban hocadan asılı deyil. İnşallah, infrastruktur layihələrimiz yekunlaşdıqdan sonra problemlərin böyük qismini həll etmiş olacağıq. Ancaq yenə deyirəm, biz artıq Avropa səviyyəli klubuq, bu səviyyəyə də təsadüf nəticəsində yox, öz əməyimizlə, alın tərimizlə gəlmişik.
- İnfrastrukturdan söz düşmüşkən, klubun ofisinə gedib-gələndə də görürük, bu yaxınlarda Əmrah bəy də feysbuk profilindən yeni inşa edilən stadionun fotolarını paylaşmışdı. Yeni arena haqda məlumatlar almaq istərdik; inşaat işləri nə vaxt tamamlanacaq, azarkeş tutumu nə qədər olacaq, neçə meydançası olacaq və s.
(bu yerdə Tahir bəy Əmrah Çelikələ yaxın 2-3 həftə ərzində mətbuat nümayəndələri ilə inşaat ərazisini gəzmək, jurnalistlərə tikinti ilə bağlı yerində məlumat vermək istədiyini deyir və ümumi razılıqdan sonra hazırkı vəziyyətlə bağlı Çelikəl məlumat verir)
Ə.Ç. - Artıq futbolçuların məskunlaşması üçün nəzərdə tutulan bina tam hazırıdır. Stadionun inşaatının yanvarda tamamlanması planlaşdırılır. Ancaq biz qazonu xaricdən gərimək istəmirik. Çünki xaricdən gətiriləcək otun ömrü 2 aydır. Biz isə istəyirik ki, ot burda yetişdirilsin. Əsas stadionun ot örtüyünün altında isitmə sistemi də qurulacaq. Əsas meydançanın yanında iki məşq meydançamız da olacaq. Hər üç meydançanın örtüyü təbii otdan olacaq deyə, gələn ilin aprelindən artıq meydançalarımızın istismara veriləcəyini düşünürük. Azarkeş tutumu 5500-ə yaxın olacaq.
- Komanda Avropa Liqasında növbəti mərhələyə yüksələrsə, heyətə 1-2 daha səviyyəli futbolçunun transfer olunması planlaşdırılırmı?
- Biz həmişə Qurban hocaya inanmışıq, yenə də inanırıq. Qurban hoca ehtiyac duyarsa, transfer edilər.
- Belə görünür ki, siz hələ uzun müddət Qurban Qurbanovla işləmək istəyirsiz və milli komandadan təklif gələrsə, onunla yolları ayırmaq istəməyəcəksiz.
- Burda incə məqam var. Biz məşqçi kimi Qurban Qurbanovun bugünkü uğurları bir günün işi deyil, altı illik zəhmətin, səbrin nəticəsidir. Bizim Qurban hocayla dostluq, qardaşlıq kimi mənəvi bağlarımız var. Rəhbər kimi demirəm, Tahir Gözəl kimi deyirəm, inşallah, Qurban hoca ikinci Aleks Fergüsson olar. Ancaq Qurban hoca müstəqil insandır, seçim hər zaman onun ixtiyarındadır. Bir məsələ də var, baş məşqçi hər zaman futbolçularını nəzarətdə saxlamalıdı: nə yeyirlər, nə içirlər, rejimə necə riayət edirlər və s. Bu baxımdan, Qurban hoca həm millidə, həm də "Qarabağ"da işləyə bilərmi - bunu bilmirəm. Bugünkü "Qarabağ" onun əsəridir. Bizdə bir məsəl var: o, nə eylərsə, gözəl eylər. Mən də deyirəm ki, Qurban hoca ağıllı, məntiqli insandır, ən gözəl variantı seçəcək.
- Çoxları Qurban Qurbanovun yığmaya getməsini ona görə istəmir ki, bu halda "Qarabağ"ı itirə bilərik.
- Əlbəttə, mənim şəxsi istəyim "Qarabağ"da qalmasıdı. Ancaq ona duyduğum hörmətə görə deyirəm ki, seçimi özü etsin və tam müstəqil qərarla "Qarabağ"da qalsın.
- Tahir bəy, "Qarabağ"ın Avropa Liqasında uğurlu çıxışından sonra komandanın futbolçularının xarici klıubların maraq dairəsinə düşəcəyi şübhəsizdi. Futbolçu ixracı üçün menecment sistemi qurmaq, bu işlə məşğul olan xarici şirkətlərlə əməkdaşlıq yaratmaq kimi planlar ətrafında söhbətləriniz olubmu klub daxilində?
- Əmrah bəy, bu barədə fikriniz nədir?
Ə.Ç. - İndiyədək klubumuza futbolçularımızla bağlı çox müraciətlər olub və danışıqlarımızın uğurlu alındığı vaxtlar da çox olub. Buna bir neçə il əvvəl Vaqif Cavadovun "Tvente"yə transferini misal çəkə bilərəm. "Qarabağ" çox mehriban ailədi. Tahir Gözəl və ümumiyyətlə, Gözəl ailəsi işlərimizi asanlaşdırmaq üçün nə lazımdırsa edir. Məsələn, o vaxt Tahir bəy bütün işlərini bir kənara qoyub Vaqifin transfer danışıqları üçün Hollandiyaya getmişdi. Biz bütün futbolçularımıza öz övladlarımız kimi yanaşırıq. Həm də təkcə əsas komandanın oyunçularına deyil, bütün yaş qrupundan olan futbolçularımıza. Tahir bəy tez-tez uşaq komandalarımızda oynayan futbolçularımızla, onların valideynlərilə görüşlər keçirir. O ki qaldı transfer işini aparmaq üçün əlaqələrə, onsuz da bir çox skaut klubumuzla mütəmadi əlaqədədir. Bir şeyi də deyim ki, əsas komandanın bütün üzvləri ilə 3 illik müqaviləmiz var və anlaşmanı hər il yeniləyirik.
- Çumbinyo ilə bağlı bu yaxınlarda mətbuatda yayılan məlumatla bağlı mövqeyinizi bilmək istərdik. İddia olunur ki, "Qarabağ" ona biznes-klass deyil, ekonom-klass təyyarə bileti aldığı üçün "azərbaycanlıların mentaliteti budur" - deyib.
- Açığı, bunu ilk dəfədi sizdən eşidirəm. Ancaq belə bir söz deyəcəyinə inanmıram.
- Tahir bəy, illərdi Azərbaycan futbolundasız, bir klub rəhbəri, həm də Azərbaycan futbolunun azarkeşi kimi sizin də fikrinizi bilmək maraqlı olar: milli komandamıza əcnəbi, yoxsa yerli baş məşqçi təyin edilməlidi?
- AFFA-nın güclü vitse-prezidentləri istəyirlər ki, xaricdən gətirsinlər. Mən sizə bir şey deyim, bu məsələyə iki aspektdən yanaşmaq lazımdı: biz bu anlaşmanı qısamüddətli düşünürük, yoxsa uzunmüddətli? Qısa müddət üçün düşünürüksə, xaricdən gətirmək olar. Ki, özü ilə yeni düşüncə, fəlsəfə gətirsin, öyrənək. Ancaq məni daha çox maraqlandıran məsələ həmin əcnəbinin yanında azərbaycanlı məşqçilərin yetişməsidi. AFFA indidən bu barədə düşünməlidir. Bir məşqçinin əsas xüsusiyyəti odur ki, özünü komanda ilə bir görsün, özünü yuxarıda tutmasın, "bizdə belədir, sizdə belə" söhbətləri etməsin, "biz" və "siz" söhbətləri etməyən adam olmalıdı, uşaqların gözünün içinə baxmalıdı, onların ilham qaynağı olmalıdı, futbolçu ona baxanda böyük qardaşını, atasını görməlidi. Məşqçinin liderlik xüsusiyyəti olmalıdı. Məncə, yığmanın əvvəlki baş məşqçisində bir az da bu çatışmırdı: soyuq idi, özünü yuxarıdan aparırdı. Xaricdən məşqçi gəlsin, ancaq buraya ömrünü qoysun. Yoxsa bir ayda 3-5 gün qalıb, öz ölkəsinə gedəcəksə... Belə olmaz. Kim gəlir-gəlsin, Azərbaycan millisinin uğur qazanması onun ən birinci məqsədi olmalıdı. Digər tərəfdən, AFFA Aslan Kərimov kimi gənc azərbaycanlı məşqçilərə diqqət yetirməlidi.
"Qarabağ" - "Xəzər Lənkəran" matçının ikinci hissəsi başladığından, söhbəti yekunlaşdırmalı oluruq və Tahir bəy sonda "Dnepr"lə oyunöncəsi mətbuata səslənir:
- Hamınızı təbrik edirəm, Azərbaycan xalqını təbrik edirəm. "Dnepr"lə noyabrın 6-da keçiriləcək oyunda bu stadion azarkeşlərlə dolmalıdır və bu məsələdə mediamızın üzərinə böyük iş düşür. İnanın, "Qarabağ"ın qrup mərhələsinə yüksəlməsi, qələbə qazanması çox böyük işdir. Bütün dünya bundan danışır, Azərbaycanın "Qarabağ" klubundan danışır. Biz artıq dünyanın nəzərində "Qarabağ"ı almışıq. "Qarabağ" Azərbaycan adı ilə tanınır. Ona görə də xahiş edirəm, canla-başla çalışaq ki, bu stadionu azarkeşlərlə dolduraq.
Mənbə: Korner.az

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Dünya çempionatı: Millimizin 1/4 final oyununun vaxtı məlumdur
- Berezutski kuboku qazanmasa, xələfi bu azərbaycanlı məşqçi olacaq - EKSKLÜZİV
- “Neftçi”nin yeni transferi artıq Bakıdadır - EKSKLÜZİV
- “Mingəçevir”in hücumçusu: “Komandada söz-söhbətlər olsaydı, bu nəticələri qazana bilməzdik”
- “Sabah”ın cahilliyi
- Azər Bağırov “Kəpəz”dən getdi
- “Kəpəz”in baş məşqçisi postuna namizədlərdən biri odur - EKSKLÜZİV
- “Kəpəz”in yeni rəhbərliyi fəaliyyətə başladı - EKSKLÜZİV
- Orxan Məmmədov: “Tarixi qələbə qazandıq”
- “Neftçi” qapıçısı ilə yollarını ayırdı
- “Şamaxı” - “Araz-Naxçıvan” oyununu “CBC Sport” yox, bu kanal yayımlayacaq - EKSKLÜZİV
- Bakıda “Dünya neft və qaz kuboku 2025” start götürdü
- Bizim Altay Əliyev
- AFFA-dan həqiqi bölgə klublarına zərbə
- Elvir Boliç: “Bakıda insanların məni tanımasına təəccübləndim”
-
18:43
Emin Mahmudovun qolu ayın ən yaxşısı seçildi
-
17:18
Milli Paralimpiya Komitəsi və Azərbaycan Karate Federasiyası arasında memorandum imzalanıb
-
16:54
Əliyar Ağayev Rusiya millisinin oyununu idarə edəcək
-
16:39
Atletika üzrə Yay Azərbaycan çempionatı keçiriləcək
-
16:27
Azərbaycan Niderlandda 5 boksçu ilə təmsil olunacaq
-
16:15
Basketbol millilərimizin rəqibləri müəyyənləşib
-
16:00
Elxan Səmədov: “Həyatımın ən gözəl anlarından birini yaşayıram”
-
15:42
PFL-in kubok sevinci FOTOLENT
-
15:16
Ölkə kubokunun qalibi bilindi
-
14:43
Vaqner Lavın yeni klubu bilindi
-
14:28
Azərbaycan Voleybol Federasiyasının rəsmisinə təyinat
-
13:59
Futbolun İnkişaf Fondu son 3 illə bağlı maliyyə hesabatını açıqlayıb
-
13:32
Millimizin yekun heyəti açıqlanıb
-
13:17
Azərbaycanı "Grand Swiss" turnirində təmsil edəcək şahmatçılar məlum olub
-
13:00
Riad Rəfiyev Harvard Biznes Məktəbinin proqramına qəbul olunub
-
12:45
Levandovski "Qarabağ"ın qapıçısından danışdı
-
12:21
“Neftçi” yeni transferini açıqladı VİDEO
-
11:56
"Çelsi"dən 30 milyonluq transfer
-
11:34
Ronaldonun qolu Portuqaliya millisinə qələbə qazandırdı VİDEO
-
11:08
“Sumqayıt”ın üzvləri Ətraf Mühitin Mühafizəsi günü ilə əlaqədar aksiyada
-
10:43
Qadın cüdoçularımız Avstriyada beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər
-
10:29
Azərbaycan millisi İsveçə yollanıb
-
10:17
İnzagi rəsmən “Əl-Hilal”da
-
09:52
U-21 millimiz Belarusla bacarmadı VİDEO
-
09:30
Vüsal İsgəndərli “Boluspor”da ayrıldı
-
18:35
Azərbaycan millilərinin Avropa çempionatı üçün heyəti
-
18:04
Amit Quluzadənin cəzası qüvvədə saxlanılıb
-
17:48
Sabiq "Mingəçevir"linin şikayəti təmin edilməyib
-
17:26
Reynders "Mançester Siti" yolunda
-
17:13
"Fənərbaxça" daha bir legionerlə vidalaşdı
-
16:41
“Şamaxı”ın hazırlıq planı açıqlandı
-
16:09
Azərbaycanın boks millisi Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək
-
15:37
Əhmədzadə “Zirə”dən getdi
-
14:52
"Liverpul"dan yeni transfer
-
14:15
“İnter”in baş məşqçi vəzifəsinə iki namizəd
-
13:44
Prezident Minifutbol Federasiyası ilə bağlı Sərəncam imzaladı
-
13:28
"Araz-Naxçıvan"dan ayrılan ilk futbolçu bilindi
-
12:25
“Neftçi” iki legionerlə yolları ayırdı
-
11:59
Latviya - Azərbaycan oyunu ona tapşırıldı
-
11:31
Milli Olimpiya Komitəsində kütləvi qanvermə aksiyası təşkil olunacaq
-
10:47
"Turan Tovuz" bəyanat yaydı: Rəhbərlikdən Berdıyevə tam dəstək
-
10:26
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
-
10:00
Azərbaycan hakimləri Avropa çempionatı matçlarına təyinat alıblar
-
19:13
Argenfinalı müdafiəçi “Neftçi”nin hədəfində?
-
18:32
Rövlan Muradov “Sumqayıt”dan gedişini şərh etdi
-
17:46
"Zirə"nin 3 legionerinə dəvət
-
17:08
"Sumqayıt" 3 futbolçusu ilə vidalaşdı
-
16:51
“Qarabağ” BMT-nin “İqlim Fəaliyyəti üçün İdman” təşəbbüsünün rəsmi tərəfdaşı olub
-
16:25
Azərbaycanın iki boksçusu antidopinq qaydalarını pozduğu üçün cəzalanıb
-
14:14
"Zirə"nin hücumçusu Gürcüstan millisinə dəvət aldı