Ölkə futbolu
Elxan Məmmədov: “Çempionatın oyunları nə milliyə, nə də klublara görə təxirə salınmalıdır” (MÜSAHİBƏ)
AFFA-nın baş katibi Elxan Məmmədov Futbolxeber.az saytına müsahibə verib.
“NƏ ÜÇÜN REYNALDOYA GÖRƏ ÖZÜMÜZÜ FİFA-NIN QARISINDA QEYRİ-PEŞƏKAR KİMİ GÖSTƏRMƏLİYİK?"
- İlk növbədə Bakının AVRO-2020-yə ev sahibliyi etməsi barədə təəssüratlarınızı öyrənmək istərdik.
- Təbii ki, bu qərarı böyük sevinclə qarşladıq. Bu, Azərbaycan adına böyük bir uğurdu. Həmçinin Bakıya 1/4 final oyununun verilməsi də sürpriz oldu. Düzünü deyim ki, biz qrup mərhələsinin 3 oyunu və bir 1/8 final matçına ümid edirdik. Amma UEFA Bakını 1/4 finala layiq gördü. Əlbəttə, 1/4 final oyunu qrup mərhələsinin matçlarından seçilir. Bakını London, Münhen, Roma kimi şəhərlərlə bir sırada görmək çox xoşdur.
- Bir müddət əvvəl Reynaldo ilə görüşünüz oldu. Onun milliləşdirilməsi nə yerdədir?
- Mən istərdim ki, ilk növbədə azarkeşlər deyil, heç olmasa jurnalistlər FİFA-nın qaydalarını oxusunlar. Orada hər şey aydın yazılıb. Bəli, biz Reynaldo ilə görüşdük, müzakirələr apardıq, lazım olan suallarımızı verdik. Ondan atasının, anasının, nənəsinin, babasının harada, nə vaxt anadan olduğunu, hansı ölkələrdə yaşadıqlarını öyrəndik. O, da bizə bütün lazımi məlumatları verdi. Təəssüf ki, biz bu günə kimi Reynaldo ilə Azərbaycan arasında heç bir bağlantı tapa bilməmişik. O, Azərbaycanda yalnız 2 il oynayıb. FİFA-nın qaydalarına görə, vətəndaşlığını dəyişməsi üçün futbolçu minimum 5 il həmin ölkədə yaşamalıdır.
- Deməli, heç FİFA-ya müraciət də etməmisiniz?
- Biz boş-boşuna FİFA-ya müraciət edə bilmərik. Axı biz müraciətdə onun milliləşdirilməsi üçün tutarlı əsas gətirməliyik. Biz yaza bilmərik ki, xahiş edirik - Reynaldonu milliləşdirin. Bu, çox gülünc görünə bilər. Nəyə görə özümüzü qeyri-peşəkar kimi göstərməliyik? Belə asan olsaydı, Reynaldodan daha güclü futbolçuları milləşdirərdik.
- Belə çıxır ki, yaxın zamanlarda Reynaldonun milliləşdirilməsi qeyri-mümkündür?
- Xeyr. Dediyim kimi, biz hər hansı bir bağlantı tapa bilməmişik. Əgər, onun milliləşdirilməsi üçün əsas tapa bilsək, o zaman FİFA-ya müraciət edə bilərik. İndiki halda bizim FİFA-ya müraciətimiz qeyri-ciddi alınar.
“HANSISA AZARKEŞ VƏ YA MÜTƏXƏSSİS REYNALDONU MİLLİLƏŞDİRMƏYİN YOLUNU BİLİRSƏ, QOY, BUNU BİZƏ TÖVSİYYƏ ETSİN”
- Reynaldonun hətta Xorvatiya və İtaliya ilə oyunlar üçün milliyə dəvət alacağı da deyilirdi..
- Bu, absurddu. Bəli, bəziləri bunu deyirdi. Əgər, hansısa azarkeş və ya mütəxəssis Reynaldonu milliləşdirməyin yolunu bilirsə, qoy, bizə bunu tövsiyyə etsin. Onun milliləşdirilməsi üçün hüquqi cəhətdən əsas tapa bilmirik.
- Reynaldo haqda ətraflı məlumat verdiniz. Eyni sözlər Riçard Almeydaya da aiddir?
- Bəli, ona da aiddir. Hazırda biz Reynaldonun məsələsi üzərində çalışırıq. Ondan sonra Riçard Almeydanın da durumunu araşdıra bilərik.
- Foqtsla yeni müqavilə imzalananda onun vaxtının çox hissəsini Azərbaycanda keçirəcəyi deyilirdi. Amma Bolqarıstanla oyundan sonra o, Azərbaycanı tərk etdi və çempionatın da son matçlarını izləməyib. Bu, nə dərəcədə düzgündür?
- AFFA rəhbərliyi bu məsələni nəzarətdə saxlayır. İlin sonunda da hesabatda bu təqdim olunacaq. Lakin sizin məlumatınız da tam doğru deyil. Çünki Foqts Bolqarıstanla oyundan sonra Bakıya gəlib. İsveçrəyə də bizimlə birgə yollandı. O, nümayəndə heyətinin tərkibində idi. Arada isə Rusiyaya, Sankt-Peterburqa yollanaraq orada FİFA və UEFA-nın ölkə yığmalarının baş məşqçilərinin korfansında iştirak etdi və Azərbaycanı təmsil etdi.
- U-21-in baş məşqçi postundan istefa verən Bernhard Lippertin məsələsi nə yerdə qaldı?
- Bu haqda qərarı AFFA İcraiyyə Komitəsi qəbul edəcək. Ona görə də mən dəqiq bir söz deyə bilmərəm.
- AVRO-2016-nın seçmə mərhələsində millimizin hədəfi qrupda üçüncü yeri tutmaqdı. Bolqarıstana məğlubiyyətdən sonra eyni hədəfə ümid etmək olar?
- Ümid hər zaman var. Komandanın qarşısına konkret məqsəd qoyulub. Bundan baş məşqçinin də, futbolçuların da xəbəri var.
- Ümumiyyətlə, millinin bolqarlarla oyunu haqda nə düşünürsünüz?
- Təbii ki, həmin oyunu udmaq lazım idi. Biz də istəyirdik ki, komandamız qələbə qazansın və seçmə mərhələyə 3 xalla başlasın. Təəssüf ki, alınmadı. Halbuki bolqarları məğlub etmək mümkün idi.
- Düşünmürsünüz ki, Özbəkistan və Rusiya ilə oyunlarda artıq həyəcan təbili çalınmışdı...
- Yox, həmin matçlar yoxlama xarakteri daşıyırdı. Özbəkistanla oyunda baş məşqçi əsasən gəncləri sınadı. Rusiya ilə oyunda da komandamız meydana optimal heyətlə çıxmamışdı.
- Berti Foqts Almaniya mətbuatına açıqlamasında AVRO-2020 zamanı Azərbaycan millisinə rəhbərlik etməyəcəyini bəyan edib...
- O, düz deyib. Həmin vaxt Foqtsun Azərbaycan millisi ilə müqaviləsi bitəcək. 6 ildən sonra millini kimin çalışdıracağını indidən proqnozlaşdırmaq qeyri-mümkündür.
“FOQTS ONA ÜNVANLANAN SUALI CAVABLANDIRDIQDAN SONRA ZALI TƏRK EDİB”
- Bolqarıstanla oyundan sonra Foqts mətbuat konfransını yarımçıq şəkildə tərk etdi. Düzdür, buna görə o, üzrxahlıq edib. Amma AFFA-nın rəhbər şəxsi kimi sizin də bu məsələyə münasibətinizi öyrənmək istərdik.
- Əsas odur ki, məsələylə bağlı məşqçi öz fikrini elan edib. Həmin fikirlər mətbuatda da gedib. Məsələyə əsas onun yanaşmasıdır. Çünki mətbuat konfransında Foqts iştirak edib. Hesab edirəm ki, hər bir mətbuat konfransı etik normaya uyğun olmalıdır. Məşqçiyə verilən suallar da düzgün hazırlanmalıdır. Xatırlayıram, bir dəfə Foqtsa sual verildi ki, Maksim Medvedevi niyə bu oyunda meydana buraxmamasınız? Halbuki sualı verən jurnalist bilmirdi ki, Maksimin aktivində 2 sarı vərəqə var və o, meydana çıxa bilməz. Suallara da hörmətlə yanaşmaq lazımdı.
- Bu olaya münasibətiniz necədir?
- Hər şey qaydasındadırsa, məşqçinin zalı tərk etməsi düzgün deyil. Amma həmin konfransın videoyazısına baxmışam. Orada Berti Foqts ona ünvanlanan sualı cavablandırdıqdan sonra zalı tərk edib. Tərcüməçi də çalışıb ki, məşqçinin fikrini tərcümə etsin, amma ona imkan verilməyib.
- AVRO-2016-nın seçmə mərhələsində millimizin məqsədi qrupda üçüncü yeri tutmaqdı. Artıq tsiklin ortasında və ya sona yaxın yığmamızın qarşıya qoyulan hədəfə çatmadığı bəlli olsa, bu halda Foqtsun vaxtından əvvəl istefaya göndərilməsi mümkündürmü?
- Əslində, mən bu suala cavab verə bilmərəm. Yaxşı olardı ki, bu sualı İcraiyyə Komitəsinin üzvlərinə ünvanlayasınız. Çünki qərarı onlar qəbul edir. Foqtsla müqavilə yenilənərkən, İcraiyyə Komitəsinin 11 üzvünün hamısı bu qərarın lehinə səs vermişdi.
- Biz sizdən fərqli olaraq, İcraiyyə Komitəsinin üzvlərini çox nadir hallarda görürük. Bu səbəbdən də suallarımızı sizə ünvanlayırıq.
- Aydındı. Amma indidən nəsə demək çətindi. Proses elədir ki, Foqtsun istefaya göndərilməsi üçün komitə üzvlərindən biri bu məsələni qaldırmalıdır. Ondan sonra biz bütün lazımı sənədləri hazırlayırıq, komitə üzvləri bir yerə toplaşır və iclas keçirilir. Qərar da orada qəbul edilir.
“RESPUBLİKA STADİONUNDA OYUN KEÇİRMƏYƏ İCAZƏ YOX İDİ”
- Bakı Olimpiya Stadionunun tikintisi nə vaxt başa çatacaq?
- Yaxşı olardı ki, bu sualı tikintini aparan şirkətə ünvanlayasız.
- Arenaya direktor nə vaxt təyin ediləcək?
- Həmin stadion bizim yox, nazirliyin tabeliçiliyindədir. Bu suala da onlar cavab verə bilər.
- Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü dəyişdirildi. İndi qazonun vəziyyəti yaxşıdır. Bəs, “Bakcell Arena”da xeyli müddətdir oyun keçirilməməsinin səbəbi nədir?
- Bu iki arena arasında fərq ondadır ki, Tofiq Bəhramov adına Respublika stadionunda oyun keçirməyə icazə yox idi. Amma “Bakcell Arena”da belə bir problem yox idi və millimiz Boqlarıstanı məhz oarada qəbul etdi. Biz nazirliklə birgə Respublika stadionunun durumunu müzakirə etdik və qərara gəldik ki, arenanı yeni qazonla təmin edək. 16 gün ərzində də məsələ yoluna qoyuldu.
- “Bakcell Arena”da nə problem var?
- İsti havalara və yüklənməyə görə oranın qazonu korlandı. Bu cür arenalarda tövsiyə olunur ki, həftədə 1 dəfə məşq və 1 dəfə oyun keçirilsin. Amma son zamanlar arenanın xidmətindən “Neftçi”, eləcə də aşağı yaş qrupları üzrə millilər istifadə edirdilər. Ona görə də problem yarandı. Ümid edirəm ki, 4 həftəyə hər şey qaydasına düşəcək.
- Hazırda həmin stadion təmirə bağlıdı?
- Yox, arena təmirə bağlı deyil. Orada qazon dəyişməyəcək. Sadəcə vaxt lazımdı ki, meydança özünə gəlsin.
- Millimiz Norveçlə ev oyununu harada keçirəcək?
- Bu barədə hələ düşünürük. İlk növbədə meydançaların vəziyyətinə baxmalıyıq. Yaxşı olardı ki, millimiz bütün meydançalardan istifadə etsin. Bunun üçün şəraitimiz də var.
“NƏ ÜÇÜN SORUŞMURSUNUZ Kİ, AVROLİQAYA GÖRƏ KLUBLARIN OYUNLARI HANSI SƏBƏBDƏN TƏXİRƏ DÜŞÜR?
- Millinin oyunlarına görə çempionatda yenidən uzunmüddətli, 3 həftəlik fasilə yaranacaq...
- Niyə 3 həftə?
- Çempionatın VII və VIII turları aralarındakı müddət 19 gün təşkil edir.
- Yox, Foqts komandanı oktyabrın 3-də bir araya yığır. Ayın 10-u və 13-də isə oyundu. Oyuna hazırlaşmaq üçün komandanın cəmi 7 gün vaxtı olur. Nəzər alın ki, 11 gün ərzində yığmamız 2 rəsmi matça çıxacaq.
- Hər halda, arada 1 tur itir. Bizdən fərqli olaraq, digər ölkələrdə oktyabrın 4-ü və 5-ində də tur oynanılacaq.
- Bu müddət axı 3 həftə deyil. Yeni deyirəm, hesablayaq. Millimiz ayın 3-ü toplaşır. 10-u İtaliya ilə, 2 gün sonra, 3 gün də yox - 2 gün sonra yığmamız xorvatlarla qarşıIaşır. Siz oyunları təxirə salınan klublar haqda niyə soruşmursunuz?
- Soruşuruq...
- Nə üçün soruşmursunuz ki, Avroliqaya görə klubların oyunları təxirə düşür?
- Sizcə, bu düzgün qərardı?
- Məncə, düzgün deyil. Bütün dünya necə oynayırsa, biz də elə oynamalıyıq.
- O zaman da klub məşqçiləri deyəcək ki, “milliyə görə oyunlar təxirə salınırsa, eyni addımı bizə görə niyə atmırsınız?”
- Yox, 1 dəqiqə. Bütün dünya necə gedirsə, biz də elə etməliyik. 3 gündən bir oynamağa öyrəşməliyik.
- Hər halda, bu məsədə sizin klublara tövsiyəniz nədir?
- Biz çalışırıq ki, klubları dəstəkləyək. Amma dəstək oluruq, çalışırıq yaxşılıq edək, əvəzində pislik görürük. Qaydalara riayət edəndə də, pis oluruq, etməyəndə də. AFFA və PFL daim oyunların təxirə salınmasına görə tənqid olunur. Klublar deyirlər ki, yorulmuşuq, gücümüz qalmayıb. Biz də məcbur olub, oyunları təxirə salırıq. Son 5-6 ildə hər şeyi görmüşük. İllərdi tənqid olunuruq. Çalışırıq ki, qəbul etdiyimiz qərarlar klublara faydalı olsun. İndi “Qarabağ”, o vaxt “Neftçi” də eyni istəklə çıxış etmişdi. Yenə deyirəm, mənim fikrim belədir ki nə milliyə, nə də klublara görə çempionatın oyunları təxirə salınmamalıdır.
- Hər halda, oktyabrın 4-ü və 5-ində də çempionatın oyunlarını keçirmək olardı...
- “Qarabağ” ayın 2-si səfərdə “İnter”lə oynayır. Bildiyim qədəri ilə onlar Bakıya ayın 3-də qayıdacaqlar. Bu halda “Qarabağ” ayın 4-ü necə meydana çıxa bilər?
- Ayın 5-i, bazar günü oynasınlar.
- Bazar günü də çətindir.
- Bir sözlə, siz oyunların təxirə salınmasını mənfi hal hesab edirsiniz?
- Şəxsi fikrim odur ki, heç bir oyun təxirə salınmamalıdır. Nə milliyə, nə də klublara görə.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- “Neftçi” yeni mövsümə hazırlığın ilk mərhələsini başa vurdu
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
- DÇ-2026: 1/16 finalın 4 cütü məlumdur
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
-
14:52
Basketbol millimiz İslandiyaya uduzub
-
14:34
AMADA və Qış İdman Növləri Federasiyası milli komanda üzvləri üçün antidopinq seminarları keçirib
-
14:00
Zaur Həşimov: “Bəzi futbolçular bizimlə cəmi 4-5 məşqə çıxıb”
-
11:48
Erməni güləşçilər dünya çempionatı üçün Bakıya gəliblər
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
Nəriman ehtiyatda qaldı, komandası qalib gəldi
-
10:31
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
-
10:17
“Sumqayıt” “Kəpəz”ə qarşı
-
10:09
Kaxaber Sxadadze: “Yeni oyunçuların yolunu gözləyirik”
-
09:45
"Neftçi" "Dinamo" ilə cavab oyununa hazırlaşır FOTOLENT
-
21:45
"Kəpəz" zambiyalı legionerlə gücləndi
-
21:23
“Şahdağ Qusar” “Sabah”ı darmadağın etdi
-
21:01
Kamilo Duran "Milan"a qol vurdu
-
20:37
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
-
20:18
“Şahdağ-Qusar” kamerunlu yarımmüdafiəçi ilə gücləndi
-
19:59
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib
-
19:00
U-18 basketbol millimizdən ilk qələbə
-
18:26
"Mançester Siti" onunla müqaviləni yenilədi
-
17:45
Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub FOTOLENT
-
17:14
Azərbaycanın 3x3 basketbol komandaları Minskə yollanıblar
-
16:32
Qazaxda velosiped üzrə Federasiya Kuboku yarışları keçirilib
-
16:03
“Qarabağ”ın oyunu avrokuboklarda TOP-5-ə düşdü
-
15:27
Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar müəyyənləşib
-
14:51
Vozinyanın yeni klubu müəyyənləşdi
-
13:48
Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar
-
12:19
Urfan Abbasov "Kəpəz"ə keçdi
-
12:00
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
-
11:25
Bakıdakı güləş üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək hakimlər açıqlanıb
-
10:52
Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib
-
10:34
Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib FOTOLENT
-
10:13
Zubir: “Əlimizdən gələni etməliyik ki, səfərdə qələbə qazanaq”
-
09:47
Cəlal Hüseynov debüt etdi, komandası uduzdu
-
00:01
Cavid Hüseynov: “Bacardığımız qədər irəli getmək istəyirik”
-
22:09
“Şahdağ Qusar” anqolalı legioner transfer etdi
-
21:58
Bakıda keçiriləcək dünya çempionatının medalları təqdim olundu
-
20:31
“Araz-Naxçıvan” qələbəni əldən verdi
-
19:15
Ceyhun Nuriyev “Araz-Naxçıvan”da
-
17:46
"Monako"nu "Nyukasl"a dəyişdi
-
17:27
Klublarımızın avrokuboklarda cavab oyunlarına hakim təyinatları açıqlanıb
-
16:53
Elxan Səmədov: “Əlimizdən gələni edəcəyik ki, bizə bəslənilən inamı doğruldaq”
-
16:32
“Neftçi” İdman Klubu yeni loqosunu təqdim edib
-
16:00
“Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
-
15:44
Umudlu Konfrans Liqasının oyununa təyinat alıb
-
15:18
"Zirə"dən ayrılıb Almaniya klubuna keçdi
-
14:59
“Qarabağ” sevgisi həm ürəkdə, həm kartda
-
14:21
“Payde”nin kapitanı: “Zirə”ni məğlub edəcəyimizi bilirdik”
-
14:05
Argentina millisindən getdi
-
13:36
Elxan Səmədov yenidən PFL-in prezidenti seçildi! FOTOLENT
-
13:17
ÇSKA - "Qarabağ" matçının biletləri satışa çıxıb
-
12:42
"Karvan-Yevlax"dan növbəti transfer
26.07.2026
25.07.2026
24.07.2026























