6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Ölkə futbolu

Nildo: siyahıda 88-ci, qol vurmuş 6-cı braziliyalı

Premyer Liqanın 6-cı turu çərçivəsində “İnter” “Bakı”nı 7:0 hesabı ilə məğlub edib. Futbolxeber.az-ın məlumatına görə, bu qarşılaşmada braziliyalı hücumçu Junior Nildo iki qolla fərqlənib. Bununla da forvard “İnter”in heyətində yerli çempionatda fərqlənə bilmiş sayca 88-ci oyunçu olub. 

Qeyd edək ki, Nildo çempionat oyunlarında qol vurmuş sayca 6-cı braziliyalı kimi yadda qalıb. “İnter”in heyətində çıxış etmiş braziliyalılar arasında ən yaxşı göstəriciyə aktivlərində 6 qol olan Danildo Assioli və Leonardo Roşadır, 3 dəfə Mario Serjio Souza və 1 dəfə də Adriano da Silva fərqlənə biliblər.

Əlavə edək ki, Junior Nildo “İnter”də çıxış edən sayca 12-ci braziliyalıdır. Adları yuxarıda sadalanan oyunçulardan başqa komandada bu futbolçular da oynayıblar: Felipe Maşado, Kleyton, Tales Şüts, Robertinyo, Raymundi Vilson, Joao Paulo və Flavio Bek Junior.


inter.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30