24 Yanvar 2026, Şənbə
"Qarabağ" "Kəpəz"ə məğlub oldu
Millimizin üzvü Bundesliqa klubunda
Sadıqov: “Vəziyyət pisə doğru gedir”
"Sumqayıt"da ukraynalı müdafiəçi

Ölkə futbolu

AVRO-2020-nin 4 oyunu Bakıda!

Bu gün UEFA AVRO-2020-nin oyunlarını qəbul edəcək 13 şəhərin adını açıqlayıb. Futbolxeber.az-ın məlumatına görə, mərasim İsveçrənin Cenevrə şəhərində baş tutub. Bakı da daxil olmaqla qitənin 19 müxtəlif şəhəri 6 il sonra baş tutacaq AVRO-2020-nin oyunlarını qəbul etməyə namizəd idi. Paytaxtımızın rəqibləri London (İngiltərə), Qlazqo (Şotlandiya), Dublin (İrlandiya), Kardiff (Uels), Sankt-Peterburq (Rusiya), Stokholm (İsveç), Minsk (Belarus), Kopenhagen (Danimarka), Münhen (Almaniya), Roma (İtaliya), Brüssel (Belçika), Bilbao (İspaniya), Amsterdam (Hollandiya), Budapeşt (Macarıstan), Buxarest (Rumıniya), Skopye (Makedoniya), Sofiya (Bolqarıstan) və Yerusəlim (İsrail) idi.

Yekunda UEFA Bakının lehinə qərar qəbul edib. Belə ki, paytaxtımıza qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.

Qeyd edək ki, AFFA-nı mərasimdə qurumun prezidenti Rövnəq Abdullayev, vitse-prezident  Elşad Nəsirov, baş katib Elxan Məmmədov, futbol veteranı, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, futbol veteranı, 1988-ci il Olimpiya çempionu İqor Ponomaryov, AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin sədri, Milli Məclisin deputatı Muxtar Babayev, milli komandamızın baş məşqçisi Berti Foqts və başqaları təmsil edib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31