3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

"Rəvan" "Sumqayıt" üçün başladı

 

"Rəvan” Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində aprelin 27-də "Turan”ı minimal hesabla üstələyəndən sonra baş məşqçi Ramil Əliyevin istəyi ilə futbolçulara 1 günlük istirahət verilmişdi. Futbolxeber.az-ın məlumatına görə, bazar günü dincələn futbolçular bu gündən məşqləri bərpa etdi.
 
Komanda artıq "Sumqayıt”la mayın 4-də baş tutacaq növbəti oyuna hazırlaşır. Ənənəvi olaraq oyundan sonrakı ilk məşq bərpaedici xarakter daşıdı. Yüngül zədəsi olanlar meydanın kənarında sadə qaçışla kifayətləndisə, digərlərini də məşqçilər yormadı. İsinmə hərəkətlərindən sonra toplu çalışmalara başlayan oyunçularda yüksək əhval-ruhiyyə hiss olunurdu. Elə bunun nəticəsidir ki, məşqin sonuna doğru çalışmalarla yanaşı, zarafatlar da özünə yer tapdı.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31