28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

Maksim Medvedyev: “Televizorda görməyə adət etdiyimiz futbolçularla meydanda üz-üzə gəlmək çox xoş idi”

“2 xal itirdiyimizi düşünürəm. Topa daha çox nəzarət edən tərəf biz idik”. Futbolxeber.az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri “Sent Etyen”lə oyundan sonra “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyev deyib.

O, rəqibin zəif olmadığını qeyd edib: “Sent Etyen” heç də zəif komanda deyil. Bu komandada hansı səviyyədə futbolçuların oynadığını unutmayaq. Florentin Poqba və Mustafa Bayalı götürək. Onları televizorda görməyə adət etmişdik. İndi isə onlarla meydanda üz-üzə gəlmək çox xoş idi. Düşünürəm ki, “Qarabağ” azarkeşlərdə xoş təəssürat oyatdı. Yalnız qol çatışmırdı. Fərqlənməsək də, qapımızda da qol görmədik. Bu da az əhəmiyyət kəsb etmir”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28