3 Avqust 2026, Bazar ertəsi
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı

Ölkə futbolu

PFL ayın ən yaxşılarını mükafatandırdı

 

Mart ayında Topaz Premyer Liqasının ən yaxşı oyunçusu və ən yaxşı qolun müəllifi “Four Seasons” mehmanxanasında keçirilən tədbirdə mükafatlandırılıb. Futbolxeber.az-ın məlumatına görə, KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə görə, Topaz Premyer Liqasında mart ayının ən yaxşı oyunçusu “Bakı” FK-nın oyunçusu Marius Pena seçilib. Rumıniyalı hücumçuya PFL-in prezidenti Ramin Musayev tərəfindən hədiyyə və AzəridmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov tərəfindən 1 500 azn pul mükafatı verilib.
 
www.pfl.az saytında keçirilən sorğuya əsasən isə AZAL klubunun gənc futbolçusu Cavid Tağıyevin ötən ay “Qəbələ”nin qapısına vurduğu qol ən yaxşı qol seçilib. Cavid Tağıyevə PFL-in prezidenti Ramin Musayev tərəfindən hədiyyə və AzəridmanServis MMC-nin baş direktoru Azər Məhərrəmov tərəfindən 1 000 azn pul mükafatı verilib.
 
Tədbirdə, həmçinin, Topaz Premyer Liqasında mart ayında keçirilən oyunların nəticəsini düzgün təxmin etmiş jurnalistin mükafatlandırılması da keçirilib. Nominasiyanın qalibi 18 oyundan 11-nin nəticəsini düzgün təxmin etmiş www.mundial.az saytının nümayəndəsi Elvin Rüstəmov olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31