12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

Milanov millimiz üzərində qələbədən danışdı: “Bolqarıstan üçün oynayırdıq"

"Biz meydanda 100 faiz gücümüzü qoyduq və sonadək mübarizə apardıq. Çünki Bolqarıstan üçün oynayırdıq". Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Bolqarıstan yığmasının futbolçusu Georgi Milanov Avro-2016-nın seçmə mərhələsinin millimizlə oyunundan sonra deyib.

Ölkəsinin mətbuatına danışan təcrübəli futbolçu digər komandaların Bakıda problem yaşayacağını iddia edib: "Bu oyun bizim üçün çox vacib idi. Seçmə mərhələyə qələbə ilə başlamaq hər zaman önəmlidir. Düşünürəm ki, İtaliya, Xorvatiya və Norveç yığmaları Bakıda problemlə üzləşəcəklər. Ümid edirəm ki, Xorvatiya ilə ev oyunumuzda bütün stadion azarkeşlə dolacaq. Daha da irəliləmək lazımdır".

Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu 1:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30