Ölkə futbolu
Rəşad Sadiqov: “Neftçi”ni bilmirəm, amma biz hücum futbolu oynayacağıq”
“Xəzər Lənkəran”ın üzvü Rəşad Sadiqov Futbolxeber.az saytına müsahibə verib.
- Son turda “İnter” üzərində qazanılan qələbədən sonra komandada əhval-ruhiyyə necədir?
- Əhval-ruhiyyəmiz yaxşıdır. Onsuz ilk 3 turdakı uğursuz nəticələrə baxmayaraq, əhvalımız pozulmamışdı. Çempionat hələ təzə başlayır. Həm rəhbərlik, həm də məşqçilər korpusu bizə inanırlar. Uğursuz oyunlardan sonra da komandaya inandıqlarını bildirmişdilər. Həmişə rəhbərlik bizə dəstək olur. Təbii ki, 3 turdan sonra 1 xal toplamağımız yaxşı hal deyildi. “İnter”lə oyunda da bu uğursuzluğa son qoyduq.
- Milliyə görə çempionatda yaranan fasilə “Xəzər Lənkəran”ın ziyanına işləyə bilər?
- Fasilə bütün komandalara aiddir. Yəni, şərtlər hamı üçün eynidir. Əlbəttə, uzun müddətli fasilələr yaxşı deyil. Amma bütün bunlar milli komanda naminədir, heç nə edə bilmərik. Biz də istərdik ki, bu çempionatda bu qədər fasilə yaranmasın. Çünki bu müddətdə oyun ritmindən düşür. Xüsusən də biz “İnter”lə oyunda çox yaxşı oyun sərgilədik. Komandanın növbəti oyunlar üçün də həmin tempi saxlaması lazımdı.
- “İnter”lə oyunu xatırlatdın. Həmin qarşılaşmada başladığınız tempi sona kimi davam etdirə bilmədiniz. Bu, nədən irəli gəlirdi?
- Həmin oyunda bizim üçün ilk dəqiqələrdə qol vurmaq önəmli idi. Buna da nail olduq. Hesabda önə keçdikdən sonra istər-istəməz bir az arxaya çəkildik. Çünki “İnter” də güclü rəqibdir. Liderdilər. Onları məğlub etmək asan deyildi. Odur ki, hesabı açdıqdan sonra əsasən əks-hücumlara bel balayırdıq. Meydança amilinin də bundan rolu var idi. Bəzən normal ötürmə vermək olmurdu.
- Artıq “Xəzər Lənkəran” tam uyğunlaşa bilmisənmi?
- Uyğunlaşmışam. Heç bir çətinliyim yoxdu. Sağ olsunlar, rəhbərlik də, məşqçilər də, futbolçular da, azarkeşlər də məni mehriban qarşıladılar. Yad kimi davrnamadılar. Sanki neçə illərdi Lənkəranda oynayıram. Mən də əlimdən gələni edirəm ki, onların etimadını doğruldum.
- “Xəzər Lənkəran”ın qarşısına ciddi hədəflər qoyulub. Hazırki heyət qarşıya qoyulan məqsədə çatmağa kifayət edəcək?
- Indiki vəziyyətdə yetərlidir. Komandada hər yerə 2 futbolçu var. Düzdür, ilk 2-3 oyunu pis keçirdik. Pis deyəndə, bunu nəticə baxımından nəzərdə tuturam. AZAL-a qarşı yaxşı oynadıq. “Sumqayıt”la qarşılaşmada da 10 nəfər qalmağımıza baxmayaraq, ikinci hissədə xeyli qol epizodu qaçırdıq. “Simurq”nan gözləniləndən zəif çıxış etdik. Komandaya inam böyükdü. Məqsədimiz çempionluqdu. İnanıram ki, həm çempionatda, həm də kubokda sözümüzü deyəcəyik.
- Qarşıdan “Neftçi” ilə oyun gəlir. Bu qarşılaşma barədə nə düşünürsən?
- Bizim üçün mühüm oyundu. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Onsuz da rəqibin kimliyindən asılı olmayaraq, biz hər oyunda meydana yalnız qələbə üçün çıxırıq. “Neftçi” ilə oyun da istisna deyil.
- Bəlkə də bir qədər şablon sual olacaq, amma yenə də soruşmalıyam. “Xəzər Lənkəran” formasında sabiq komandana qarşı oynayacaqsan. Hansısa xüsusi hisslər keçirirsən?
- Yox, xüsusi heç nə hiss eməlirəm. “Neftçi”də yaxşı günlərim olub. Amma bu, futboldu. Bu gün burdasan, sabah başqa yerdə. Digər komandalarla oyuna necə hazırlaşıramsa, bu matça da elə. Meydanda da bütün gücümü qoyacağam ki, “Xəzər Lənkəran” qələbə qazansın. Hər klubda oynayadan belə olmuşam.
- “Xəzər Lənkəran” - “Neftçi” qarşıdurması həqiqətən də “Böyük oyun” adına layiqdir?
- Onu deyə bilərəm ki, biz futbolçular əlimizdən gələni edəcəyik ki, “Böyük oyun”a layiq qarşılaşma olsun.
- “Xəzər Lənkəran” əzəli rəqibini səfərdə məğlub edə biləcək?
- Kim güclüdürsə, o da qalib gəlsin. Amma bizim də məqsədimiz yalnız 3 xaldır. Rəhbərliyimiz də, məşqçilərimiz də çox istəklidirlər. Bizim kimi onlar da çətin səfər oyununda 3 xal qazanmağımızı istəyirlər. Çempionluq uğrunda oynayırıqsa, hər matçdan 3 xalla ayrılmağı hədəfləməliyik.
- “Neftçi”də baş məşqçi dəyişikliyi oldu. Düşünmürsən ki, bu məqam əlehinizə işləyə bilər?
- Bunu indi dəqiq demək olmaz. Amma aydın məsələdir ki, təzə məşqçi gələndə futbolçular özlərini göstərməyə çalışırlar. Buna görə rəqib əlindən gələni edəcək. Ciddi problem görmürəm bunda. Hərə öz oyununu oynayacaq. Əminəm ki, maraqlı qarşılaşma olacaq.
- Bəziləri düşünür ki, Arif Əsədovun gəlişindən sonra “Neftçi” müdafiə futbolu oynayacaq...
- Hər məşqçinin öz fəlsəfi var. Bu, bir az da futbolçulardan asılıdır. O vaxt Arif Əsədovun əlinin altında başqa futbolçular var idi, bu gün başqaları. Amma mən inanmıram ki, “Neftçi” müdafiə futbolu oynasın. Çünki Flavinyo, Vobay, Kanales kimi futbolçuları olan komandanın müdafiə futbolu oynaması mümkün deyil. İstəsələr də, alınmaz. Bizə qarşı hansı taktika ilə oynayacaqlarını bilmirəm, amma biz “Neftçi”yə qarşı hücum futbolu oynayacağıq.
- Bu gün milli komandamız Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla qarşılaşacaq. Çempionatda inamlı oynasan da, millidən kənarda qaldın. Bu barədə nə deyə bilərsən?
- Nə deyim? Bunun səbəbini bilmirəm. Heç maraqlanmamışam da. Yəni, kimdənsə soruşmamışam ki, Foqts məni niyə milliyə çağırmayıb. Baş məşqçinin qərarıdır, mən də buna hörmətlə yanaşıram.
- Bəs, özün üçün bu qərar gözlənilməz oldu?
- Hə, bir az gözlənilməz oldu. Çünki çempinatda bütün oyunlarda oynamışam. Yenə də səbr eləyib, vaxtımı gözləyirəm. İnanıram ki, tezliklə yenidən milliyə dəvət alacam. Bunun üçün əlimdən gələni edəcəyəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
12.11.2026
11.11.2026
10.11.2026
























