Ölkə futbolu
Elnur Əşrəfoğlu: “Məgər, çempionatın yayım hüququ “Neftçi”yə məxsusdur?”
“Mətbuatda “Neftçi” haqda yazılan məlumatların hamısı ilə tanışam. Amma anlamıram ki, “Xəzər Lənkəran”la oyunun yayımlanmamasına görə nə üçün “Neftçi”ni ittiham edirlər? Məgər, çempionatın yayım hüququ “Neftçi”yə məxsusdur?” Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Neftçi”də prezidentin müşaviri vəzifəsini icra edən Elnur Əşrəfoğlu deyib.
Klub rəsmisi özlərinin də oyunun yayımlanmasında maraqlı olduqlarını qeyd edib: “Ayın 13-də, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi” “Xəzər Lənkəran”ı qəbul edəcək. Oyun saat 17:30-da başlayır. Hansı kanal bu oyunu yayımlamaq istəyirsə, buyursun, yayımlasın. Biz də oyunun yayımlanmasında maraqlıyıq. Bunun üçün kanallara əlimizdən gələn köməyi də göstərməyə hazırıq. Onlar üçün hər cür şərait yaradacağıq. Bu məsələdə “Neftçi”ni ittiham etmək düzgün deyil. Məgər, biz açıqlama vermişik ki, oyunun televiziya vasitəsi ilə yayımlanmasını istəmirik? “Neftçi” hər zaman bu məsələdə haqq səsini ucaldıb. İstər ev, istərsə də səfər oyunlarımızın yayımlanmasının tərəfdarı olmuşuq. Çempionatda yayım məsələsini kim nizamlayır? “Neftçi”? Əlbəttə ki, yox. Buna cavabdeh olan şəxslər var. Qoy, onlar desinlər ki oyunu nəyə görə yayımlamırlar. Yenə deyirəm, biz matçın canlı yayımlanmasını istəyirik. Oyuna hələ bir neçə gün var. Kim istəsə, hansı kanalın könlündən keçsə, “Neftçi” - “Xəzər Lənkəran” oyununu canlı yayımlaya bilər. Bu günə kimi heç bir kanal oyunu yayımlamaq istəyi ilə bağlı bizə müraciət etməyib. Mətbuatda buna görə bizi tənqid edənləri heç cür anlamıram. Axı, burda “Neftçi”lik nə var ki?”
“Xəzər Lənkəran”ın internet saytı vasitəsi ilə oyunu yayımlamasına niyə qarşısınız” sualını Elnur Əşrəfoğlu belə cavablandırıb: “Mən bu məsələyə münasibət bildirərkən demişəm ki, oyunun internetlə deyil, televiziya ilə yayınlanmasının tərəfdayıq. Yaxşı olar ki, oyun məhz televiziya vasitəsi ilə azarkeşlərə təqdim olunsun. Biz bu məsələdə “Xəzər Lənkəran”a maneə yaratmaq fikrində deyilik. Əgər, oyunu heç bir kanal yayımlama, o zaman “Xəzər Lənkəran”la danışıqlar aparacağıq. Burada bəzi nüanslar var. Razılığa gəlsək, oyunun internetlə yayımlanmasında heç bir problem olmayacaq. Əksinə, biz əlimizdən gələn köməyi edəcəyik”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
12.11.2026
11.11.2026
10.11.2026
























