Ölkə futbolu
Aqil Məmmədov: “Onlar “İnter”lə oyunda öz mövqelərini itirdilər”
“Sumqayıt” klubunun baş məşqçisi Aqil Məmmədov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Futbolxeber.az-ın məlumatına görə, A. Məmmədov müsahibə zamanı bir sıra maraqlı məqamlara toxunub.
- Azərbaycan milli komandasının oyunları ilə əlaqədar olaraq, Premyer Liqada yaranmış fasilədən necə istifadə edəcəksiniz?
- “Araz Naxçıvan”la görüşdən sonra futbolçuları istirahətə buraxmışdım. Dörd günlük fasilədən sonra sabah toplaşırıq. 6 futbolçumuz U-21 yığmasının heyətindədir. Buna baxmayaraq, 1 yoxlama oyunu keçirməyə qərar verdik. İnşallah, şənbə günü saat 18:00-da “İnter”lə üz-üzə gələcəyik. Bu oyun “Bakı” klubunun təlim-məşq bazasında reallaşacaq. Oyunun məhz bu arenada keçirilməsi bizim üçün sərfəlidir. Çünki Premyer Liqanın V turunda məhz “Bakı” ilə bu meydançada oynayacağıq.
- “İnter”lə oyunda qeydə alınan 1:5 hesablı məğlubiyyətdən sonra heyətdə bir çox dəyişiklik etdiniz. “Araz Naxçıvan” üzərində dəyişik heyətlə qələbə qazanmağınız ikinci heyətin daha uğurlu olmasına işarədir?
- Bəli, ikinci heyəti daha uğurlu saymaq olar. İdman prinsiplərində belə bir qanunauyğunluq var ki, uduzan heyətdə mütləq islahatlar aparılmalıdır. Mən “İnter”lə oyunda meydançaya çıxan 4 futbolçunu “Araz Naxçıvan”la matçda ehtiyatda saxlamışdım. Onlar əsas heyətdəki yerlərini məhz “İnter”lə oyunda itirdilər. Amma sözsüz ki, onlar da bizim oyunçularımızdır. Həmin futbolçular öz yerlərini qaytarmaq üçün mütləq mübarizə aparmalı və 2 qat güclə çalışmalıdırlar. Kim güclüdürsə, o da meydançaya çıxacaq.
- “Sumqayıt” hazırda turnir cədvəlinin lideridir. “Sumqayıt”ın liderliyi uzunmüddətli ola bilərmi?
- Deməzdim ki, biz rəqiblərimizi böyük fərqlə üstələmişik. Bəzən idman xoşbəxtliyi bizim tərəfimizdə olub. Biz qələbələri futbolçuların sona qədər döyüşməsi, mübarizədən qopmaması nəticəsində qazanmışıq. Əvvəl də demişəm, yenə də deyirəm: Bizim hədəfimiz çempionluq deyil. Məqsədimiz yaxşı oyun sərgiləmək, qələbələr qazanmaqdır. Kimin çempion olacağı, kimin digər medalları qazanacağını isə çempionatın sonunda görəcəyik.
- Ötən mövsüm əsas oyunçularınızdan sayılan Pərdis Fərcad Azadın zədəsinin sağalması üçün nə qədər zamana ehtiyac var?
- Pərdisin zədəsi ciddidir. Mən istərdim ki, Pərdis tez qayıtsın. Amma hesab edirəm ki, onun qayıdışı ən yaxşı halda, yanvar ayında reallaşa bilər.
- Sumqayıtda həmişə futbol ab-havası olub. Adətən, Sumqayıt stadionuna gələn azarkeşlərin də orta yaş həddi yüksəkdir. Yəni Sumqayıt camaatı artıq “Sumqayıt”ı doğma komanda kimi qəbul edir. Bu barədə düşüncələriniz necədir?
- Bəli, camaatın, xalqın komandası olmaq çətin işdir. Gərək azarkeş rəğbəti qazanasan. Bəli, Sumqayıtda gəlmə komandalar çıxış ediblər. Yəqin ki, həmin vaxt hər hansı bir soyuqluq olub. İndiki məqamda isə vəziyyət fərqlidir. Azarkeşlər bizə hər zaman dəstək olublar və bizi heç vaxt darda qoymayıblar.
- Növbəti turda rəqibiniz “Bakı”dır. Bu komanda ilə bağlı hansı fikirdəsiniz?
- Mən bir məsələni vurğulayım ki, “Bakı” heç də zəif komanda deyil. Məğlub olduqları oyunlarda da yaxşı futbol sərgiləyiblər. Döyüşməyi bacaran komandaya qarşı oynayacağıq. Bu baxımdan işimiz heç də asan olmayacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
12.11.2026
11.11.2026
10.11.2026
























