30 May 2025, Cümə
Millimiz İngiltərəyə qalib gəldi
Mustafazadə final oyunu haqda
“Difai” I Liqadakı yerini qorudu
Konate rəsmən “Zirə”də

Ölkə futbolu

Lippert: “İstefamın 2 səbəbi var”

"Artıq AFFA rəhbərliyi ilə bu haqda danışmışam. U-21 millisindəki vəzifəmi başa vururam. Ya seçmə mərhələ başa çatdıqdan sonra, ya da ilin sonunda vəzifəmdən ayrılacağam”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Bernhard Lippert deyib.

Alman məşqçi istefasının səbəbini belə izah edib: “Bunun iki səbəbi var. Birinci səbəb odur ki, xeyli müddətdir komandaya rəhbərlik edirəm. Elə oyunçular var ki, hələ U-17-də də mənimlə birgə çalışıblar. Bu gün Azərbaycan yaxşı məşqçilər var. Onların da yolunu açmaq lazımdı. İkinci səbəb isə işlərimin çoxluğudur. Bildiyiniz kimi, texniki direktoru kimi də çalışıram. İşlərim həddindən artıq çoxdur. Başqa layihələrim var ki, onları reallaşdırmaq üçün vaxt lazımdı. Eləcə də PRO kateqoriyalı məşqçi kurslarına nəzarət edirəm. Həmçinin 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatına ev sahibliyi edəcəyik. Bütün bunlar sizə asan görünməsin”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31