21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Avrokuboklarda Bakıda debüt edən referi Azərbaycan - İsraiı oyununda

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, keçiriləcək Azərbaycan - İsrail matçının baş hakimi müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, görüşü latviyalı Andris Treimanis idarə edəcək.

Yaşının az olmasına (29) baxmayaraq, Treimanis artıq 3 ildən artıqdır ki FİFA referisidir. O, buna kimi 2 dəfə Azərbaycan millisinin oyunlarını idarə edib. Söhbət U-17 yığmasından gedir. 2011-ci ildə Avropa çempionatının seçmə mərhələsində Treimanisin idarə etdiyi ilk oyunda millimiz Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib. Həmin matçda latviyalı hakim 2 futbolçumuzu sarı vərəqəylə cəzalandırıb. Treimanisin idarə etdiyi ikinci matçda isə millimiz Ukraynayla qolsuz bərabərə qalıb. Bu dəfə latviyalının qəzəbinə 1 futbolçumuz tuş gəlib. Həmin vaxt U-17-nin heyətində çıxış edənlərdən yalnız Namiq Ələsgərov İsraillə oyuna dəvət alıb.

Treimanis buna kimi 1 dəfə Bakıya gəlib. O, 2011-ci ilin yayında Avroliqanın I təsnifat mərhələsi çərçivəsində baş tutan AZAL - “Minsk” (1:1) görüşünün baş hakimi olub. Bu, Treimanisin karyerasında avrokuboklarda idarə etdiyi ilk oyun idi. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30