26 Oktyabr 2025, Bazar günü
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”
"Avrokuboklar rekorduma təəccübləndim”
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi” azarkeşlərə səsləndi: təxribata uymayın

Bu gün Avroliqanın play-off mərhələsinin cavab oyunu çərçivəsində “Partizan”a qarşı keçiriləcək oyundan əvvəl “Neftçi” azarkeşlərə səslənib. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytında yer alan xəbərdə deyilir:

- Azarkeşlərdən xahiş edirik ki, baş verə biləcək hər hansı təxribata uymasınlar. Xatırladırıq ki, UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçirilmiş “Neftçi” - “Çixura” (Gürcüstan) matçında qonaq komandanın azarkeşləri tərəfindən törədilən təxribat xarakterli halların qarşısı iki dost ölkənin və iki klubun birgə əməyi və səyi nəticəsində alınmışdır.

UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində Serbiyada təşkil olunmuş “Partizan” - “Neftçi” oyunundan sonra da baş verənlər növbəti təxribatın yaşanmasına zəmin yarada bilər. Bir daha azarkeşlərin diqqətinə çatdırırq ki, bugünkü matçda təxribata uymasınlar və komandamızı sona qədər dəstəkləsinlər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31