2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Mais Mənsimovdan futbolçulara xəbərdarlıq: “Bu, çox bərbad nəticədir”

Bu gün “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov komanda üzvləri ilə görüşüb. Bu haqda Futbolxeber.az saytına “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

H.Cəbrayıloğlu qeyd edib ki, görüş zamanı klub preziedenti Mais Mənsimov futbolçulara hazırkı durumdan narazı olduğunu bildirib. Onların hər bir istəklərini yerinə yetirdiklərini qeyd edən M.Mənsimov qarşılığında istədikləri nəticəni alam bilmədiklərini söyləyib. Komanda üzvlərinə sonuncu dəfə xəbərdarlıq edən Mais Mənsimov fikrini belə tamamlayıb: “Mütləq dönüş yaratmalısınız. Bizim sizdən istəyimiz odur ki, “Xəzər Lənkəran”ın adına layiq çıxış edin. Cari mövsümün əvvəlində komanda heyətini xeyli gücləndirdi. Amma 3 turdan sonra cəmi 1 xal toplamısız ki, bu, çox bərbad nəticədir. Biz gələcəkdə də komandanın uğuru üçün əlimizdən gələni edəcəyik. Yetər ki, siz üzərinizə düşəni edin”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28