Ölkə futbolu
Unudulmaz “Şəmkirli Saşa”nın sürücüsü: “Qoca” onu öldürmək istəsəydi, yenə də atəş açardı”
Şahbaz Süleymanov - bu ad və soyad çoxlarına tanış gəlməyə bilər. “Şəmkirli Saşa”nı isə hamı tanıyır. “Şəmkir”in 2 dəfə ölkə çempionluğunu qazanmasında, Şəmkirdə futbolun dirçəlməsində bu insanın böyük əməyi olub. Şahbaz müəllim Şəmkirin ən hörmətli adamlarından biri idi. Hamı onu kasıba əl tutan, əliaçıq, sadə bir insan kimi tanıyıb. Sağlığında onunla bir dəfə də olsun ünsiyyətdə olmamışam. Heç rastlaşmamışam da. Amma haqqında eşitdiyim yaxşı sözlərə, gördüyü işlərə görə ona həmişə simpatiyam olub. Şahbaz Süleymanov həmin “Saşa”dır.
Şahbaz Süleymanov ötən il iyulun 1-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi. Mətbuatda onun ölümü ilə bağlı yalnız sıradan xəbərlər yer aldı. 1-2 mətbu orqan istisna təşkil etdi. Vəfatının ildönumundə isə... Yenə bir neçə saytı çıxmaq şərtilə heç kim onu xatırlamadı. Doğrudan da unutqanıq. Şahbaz müəllim belə laqeydliyə layiq deyildi. İldönümündə onun haqqında nəsə hazırlamaq istəyirdim. Doğrudur, bir qədər gecikdim. Səbəb isə onu yaxından tanıyın birisi ilə söhbətə ehtiyacımın olması idi. Şahbaz müəllimin sürücüsü Vaqif Miskinov köməyimə çatdı. Vaqif dayı söhbətə onunla tanışlıqdan başladı:
“QAPISINA GƏLƏN ADAMI ƏLİBOŞ YOLA SALMAZDI”
- 1979-cu ildə hərbi xidmətə yollandım və qayıtdıqdan sonra milis orqanlarına işə düzəldim. İlk dəfə “Saşa” ilə tanışlığım da o vaxta təsadüf edib. Doğrudur, Şahbaz müəllimlə şəxsən görüşməmişəm, amma onun adı işimə yarayıb. Milis Akademiyasında kurs keçirdim. Akademiyanın rəhbəri məni qovmaq istyirdi. Nə edcəyimi bilmirdim, çıxılmaz vəziyyətdə qalmışdım. Məsləhət gördülər ki, “Saşa”nın adından istifadə edim. Onun haqqında çox eşitmişdim. Bilirdim ki, rayonun ən hörmətli adamlarından biridir. Amma nə qohumluğum, nə də tanışlığım var idi. Risk etmək qərarına gəldim. Akademiyanın rəhbərinin yanına gələrək ona “Saşa”dan salam gətirdiyimi dedim. Soruşdu ki, “Saşa”nın nəyisən? Dedim ki, xalası oğluyam, “Saşa” Moskvadadı, zəng eləmişdi. Dedi ki, mənim adımı ver, qayıdanda özü sizi görəcək. Neyləyim, başqa yolum var idi? İnandırım ki, o vaxt “Saşa”nın heç əsl adını bilmirdim.
- Şahbaz müəllimlə ilk görüşünüz necə olub?
- 1988-ci ildə. Polisdə işlədiyim vaxtlar Şahbaz müəllimin bacısı oğlu Dilqəm müəllimlə bir yerdə idim. Sürücü işləyirdim və bir dəfə onunla “Saşa”gilə getdik. Onlarda bir adət var – müdir haradadırsa, sürücü də yanında olmalıdı. Yemək yeyəndə belə. Evə dəvət elədilər, süfrə açdılar. Öz-özümə düşündüm ki, mən hara, bunlar hara? Onlar böyük və hörmətli, eyni zamanda varlı nəsil, mən isə kasıb, az adamın tanıdığı sıravi birisi idim. Evdən çıxanda maşını mağazanın qarşısında saxlatdırıb mənə kostyum, ayaqqabı aldı.
- Bəlkə əyin-başın nimdaş olub?
- Deyə bilmərəm. Sonradan tədricən Dilqəm müəllimlə tez-tez onlara gedirdik. 1993-cü ildə işdən çıxdıqdan sonra da Dilqəm müəllimdən ayrılmadım, yenə də onun sürücüsü idim. Təbii ki, tez-tez dayısıgilə yolumuz düşürdü. Həmin vaxtlar Şahbaz müəllim Konyak Zavodunun direktoru idi və bir neçə dəfə Moskvaya konyak aparmışdım. Tədricən ailəyə yaxın birisi oldum, etibarlarını qazandım, ailənin demək olar ki, bir üzvünə çevrildim. Uzaq səfərlərə adətən 2 maşınla gedirdik. Maşının birini mən, o birisini isə digər sürücü Cəfər sürürdü. Bakıda əsasən hər yerə mənimlə gedirdi. Aramızda müdir-işçi münasibəti yox, yoldaşlıq var idi. Çox səmimi və zarafatçıl insan idi.
- Zarafatınız nədən ibarət olurdu?
- Desəm güləcəksiniz. Çimdik götürməkdən ləzzət alırdı. Deyirdi ki, nə istəyirsən eləyərəm, amma, bircə dəfə çimdik götürüm. Mənimlə zarafatı tuturdu (gülür).
- Sirr deyilsə, ilk maaşınız nə qədər olub?
- İlk dəfə 300 manat maaş verib. Amma yeyib-içməyimdən tutmuş, konturuma kimi hamısını Şahbaz müəllim həll edirdi. Arada görürdün ki, kefinin yaxşı vaxtında əlavə pul da verirdi. Verən əli var idi. Heç vaxt onunla maaş söhbəti eləməmişəm, nə veribsə, qane olmuşam.
- Bayaq dedin ki, Şahbaz müəllim Konyak Zavodunun direktoru idi. Zavodun işçilərinə də münasibət sənə olduğu kimi idi?
- Əliaçıq və ürəyiyumşaq insan idi. Qapısına gələn adamı əliboş yola salmazdı. İşçilərə gəlincə, zavoda rəhbər keçəndə işçilər günorta onun hesabına pulsuz nahar edirdilər. 300 nəfərə yaxın işçini saxlamaq adama asan gəlməsin. Bayramlarda onlara ərzaq paylayırdı. Konyak da öz yerində. Kim istəyərdi satardı, kim istəyərdi özü içərdi. İmkanı yaxşı olan vaxtları nə qədər bacarırdısa, kasıbın əlindən tuturdu. Dəfələrlə uşaq və qocalar evinə yardım göstərib. Kasıbın biri elə mən. İşçilərdən kimin “duxu” çatardı ki, səhər “Saşa”nın evinə tox gələ. Gərək səhər yeməyində onun yanında olaydın. Başının dəstəsi ilə oturmağı xoşlayırdı. Təklikdən zəhləsi gedirdi. Zavoddan başqa ticarətlə də məşğul olurdu. Özü də ticarəti çox yaxşı bilirdi.
- Vaqif dayı, neçə övladınız var?
- 4 qızım, 1 oğlum.
- Oğlunuz yəqin ki, sonbeşikdir. Qızlarınızın toyunda müdiriniz iştirak etmişdimi?
- Yox, gələ bilməmişdi. Ayağı kəsilmişdi deyə, iştirak etmədi. Amma hədiyyəsini göndərmişdi. Ayağı kəsiləndən sonra məclislərə nadir hallarda gedirdi. Onun üçün rahat deyildi.
“QOCA” “SAŞA”NI ÖLDÜRMƏK İSTƏSƏYDİ...”
- Şahbaz müəllimin “Şəmkir”i himayəsinə götürdüyü vaxtı necə xatırlayırsınız?
- “Saşa” futbol xəstəsi idi. Futbolla nəfəs alırdı. Dünya çempionatlarının final mərhələsinin oyunlarına baxmaq üçün Amerikaya (ABŞ) belə getmişdi. “Şəmkir”i himayəsinə götürəndə Rusiyada idim. Eşitdim ki, bəs, futbol komandasına sponsorluq edəcək. Şəmkirə gələndə kişinin əməlli-başlı iş gördüyünün şahidi oldum. Onun gəlişindən sonra “Şəmkir” “dirilməyə” başladı. Necə ki Azərbaycanı hər yerdə Heydər Əliyevin tanıdıb, Şəmkiri də futbol klubunun sayəsində Saşa tanıtdı. Yoxsa, ona kimi Şəmkir kimin yadına düşürdü.
- Deyəsən, futbola o qədər də marağın olmayıb...
- Yox. Oyunlar olanda “Saşa”nı stadiona düşürüb maşında mürgüləyirdim.
- Heç futbolçuların arasında dostluq etdiyiniz kimsə var idi?
- Hamısı ilə münasibətim yaxşıydı. Mahmud Qurbanov, Mehman Yunusov, gürcü Badri... Hamısı yadımdadı. Stadiona getməyə həvəsim olmadığı üçün onlarla tez-tez “Saşa”nın evində görüşürdüm. Komanda hər dəfə udandan sonra rayon az qala dağılırdı. Futbolçular da yığışıb süfrə arxasında əyləşirdilər, yaxşı yeyib-içmək olurdu. Sonra da “Saşa” onları öz kabinetinə dəvət edirdi.
- Yəqin, qələbəyə görə “premiya” verirdi. Bilməmiş olmazsınız, məbləğ nə qədər idi?
- Vallah bilmirəm. Mən o işlərə nə qarışırdım, nə də maraqlanırdım. Əliaçıq adam olduğundan futbolçuların ondan narazı qaldığını hiss etməmişəm.
- Bəs, komanda məğlub olanda necə?
- Gözünə görsənməyəydin. “Şəmkir” “Barri Taun”la oynayanda Altay Əliyev radioda oyunun reportajını aparırdı. “Saşa” ayağına görə Uelsə getməmişdi. Maşında oturub gözümüzü və qulağımızı radioya dikmişdik. Onda “Saşa”nın nə qədər əsəb keçirdiyinin şahidi oldum. Hər dəfə qol epizodu olanda az qalırdı ürəyi dayansın.
- Şahbaz müəllim bir ara “Şəmkir”dən ayrıldı. Səbəb nə idi - Aslan Aslanovla münasibətləri düz gəlmədi, yoxsa, pulu qurtarmışdı?
- Bildiyimə görə, maliyyə vəziyyəti əvvəlki kimi deyildi. Düzdür, sonradan yenə komandanı “Saşa”ya tapşırdılar. Amma bu “Şəmkir” əvvəlki “Şəmkir” deyildi. Hər şeyi pul həll edir. Pul qurtardı, futbol da qurtardı. Çalışırdım ki, onun işlərinə qarışmayım. Başqaları ilə söhbət eləyəndə maşından düşüb kənarda gözləyirdim. Söhbətləri qurtaranda çağırırdı.
- “Qoca” (Namiq Məmmədov) ilə söhbətdə də orada idiniz?
- Hə. Həmişə olduğu kimi kənarda dayanıb söhbətlərinin qurtarmasını gözləyirdim. Birdən atəş səsi gəldi. Maşına tərəf qaçdım. Düşünürdüm ki, “Saşa”nı vurdular. Amma çatanda gördüm ki, güllə yan keçib. Söhbət elədiyi adamın əlində tapança var idi. Güllə təsadüfən açılmışdı. Bundan sonra bir qədər də söhbət eləyib ayrıldılar.
- Amma mətbuatda hadisəni başqa cür yazmışdılar.
- Vallah, gördüyümü dedim. Əgər “Qoca” “Saşa”nı öldürmək istəsəydi, yenə də atəş aça bilərdi. Ona heç kim mane olmurdu.
“OTAĞA GİRƏNDƏ “SAŞA”NI SÜST VƏZİYYƏTDƏ GÖRDÜM”
- Şahbaz müəllim uzun müddət şəkər xəstəliyindən əziyyət çəkib. Ayağı amputasiya olunanda yəqin ki, yanında idiniz.
- Şəkər onda çoxdan var idi. Amma müalicə olunurdu deyə, normada saxlaya bilirdi. Son illər ayağında yara əmələ gəlmişdi. Həmin yara sağalmadı və dizindən aşağı kəsdilər. Kök idi deyə, gəzməkdə çətinlik çəkirdi. Böyrəklərində problem yaranandan sonra vəziyyəti bir qədər də çətinləşdi. Müalicə alırdı, lazımi effekt verməsi üçün arıqlaması lazım idi. O da çətin məsələydi. Yenə də sağ olsun həkimləri. Onların sayəsində neçə il hərəkətsiz olsa belə, yaşadı. İnsan nə qədər ürəyi üstə yatar? Ayağının dizdən aşağı olmamasına görə evdə - çarpayıda yata bilmirdi. Bütün günü maşında olurdu. Maşında gecələmək ona daha rahat idi. Son vaxtlar o biri ayağında da həmin yaradan əmələ gəlmişdi. Ağırlıq düşməsin deyə, gəzmirdi. Qorxurdu ki, yara sağalmaz, o biri ayağını da kəsərlər.
- Ayağının olmaması Şahbaz müəllimin xarakterində hər hansı dəyişikliklərə səbəb olmuşdu?
- Yox. Yenə əvvəlki “Saşa” idi. Dializ aparatına qoşulanda 4 saata yaxın uzanıqlı vəziyyətdə qalmalı idi. Mən mütləq yanında olmalıydım. Hərdən məni yuxudan oyatdırıb yanına çağırtdırırdı. Başını qatmaq üçün kart oynayırdıq. Mən udanda pul verirdi, o udanda isə çimdik götürürdü. Elə də pis ağrıdırdı. Düzü, nə mənə pul udmaq, nə də ona çimdik götürmək lazım deyildi. Sadəcə, vaxtın keçməsini gözləyirdik. Xəstə olduğunu heç hiss etdirməzdi.
- Çimdiklərdən ötrü darıxmamısan ki?
- Elə darıxmışam. Heyf. Rəhmətə getdiyi gün heç vaxt yadımdan çıxmaz. Qızım gözündən əməliyyat olunmuşdu. Bir yerdə gedib onu xəstəxanadan çıxardıq, Sahil qəsəbəsindəki evə apardıq. Qızlarımla xeyli söhbət elədi, nəvələrimlə oynadı. Ölümündən sonra bunları yoldaşım mənə danışıb. Elə bil ölümünü əvvəlcədən hiss edib. Yoldaşıma deyib ki, Vaqifə yaxşı bax, mənim əziyyətimi çox çəkib. Nə isə, axşam dializ aparatına qoşulmalıydı. Tapşırdı ki, əriştəli aş hazırlasınlar. Üstündə də qızarmış cücə. Saat 8-in yarısı aparatdan açdılar. Sonra ürəyinə görə iynə vurulmalıydı. Bu vaxt mənə zəng gəldi və bayıra çıxdım. Çıxmağımla evdəkilərin qışqırması bir oldu. Otağa girəndə “Saşa”nı süst vəziyyətdə gördüm. Hərdən evdəkiləri qorxutmaq üçün özünü belə vəziyyətə salırdı. Ona görə elə bildim ki, yenə də zarafat eləyir. Amma bu dəfə zarafatdan keçmişdi. Təcili yardım gələnə kimi ölümünə inanmadım. Həkim gələndən sonra... (kövrəlir). Yaşım az deyil. Amma bu günə kimi “Saşa”nın yas məclisi kimi məclislə rastlaşmamışam. Adam əlindən tərpənmək olmurdu. Elə öz nəsilləri xeyli adam edirdi. Hər yerdən eşidən-bilən Şəmkirə gəlmişdi. Qırxına kimi yası yola verməyə bacardığım qədər kömək elədim. Ondan sonra hallallığımı alıb çörəkpulu qazanmağa başladım. İndi taksi sürürəm. Şükür Allaha, dolanışıq var. Sağlığında mənə “06” vermişdi. Sonradan onu satıb “Opel” aldı. Deyirdi ki, “Opel”i də “Mersedes”lə dəyişəcək. Birdən ölüb-eləsə, taksi kimi sürüb ailəni dolandırarsan. Mən Şəmkirdə yaşayıram, “Saşa”gilin evi isə Moruldadır (Şəmkirdə kənd) O tərəfə müştəri düşəndə qayıdanbaşı evlərinə gedirəm, otağında oturub şəkli ilə söhbətləşirəm, ürəyimi boşaldıram. Bu, mənə bir qədər təsəlli verir. Tez-tez qəbrini də ziyarət edirəm. “Saşa” mənə əziz insan olub. Neçə il onun çörəyini yemişəm. Bundan sonra ikinci elə bir insanla çətin ki, bir də rastlaşım. Allah ona rəhmət eləsin!
“Het-trik news”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Təmkin Xəlilzadə: “Hazırkı Premyer Liqada çoxundan yaxşı oynayaram”
- “Aznur”un kapitanı: “Hədəfimiz final yox, çempionluqdur”
-
19:00
"Səbail" "Qəbələ"yə qarşı (YENİLƏNİR)
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib
-
15:51
II Liqada hakim təyinatları
-
15:38
Azərbaycan üzgüçüləri Rusiyada 9 medal qazanıblar
-
15:17
Millimizin yeni rəqibi açıqlandı
-
14:49
“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
14:22
Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib
-
14:05
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
-
13:53
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
-
13:36
Azərbaycanı Avropa çempionatlarında 22 samboçu təmsil edəcək
-
13:14
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"
-
11:59
Region Liqasında yarımfinal mərhələsinin təqvimi müəyyənləşib
-
11:31
Azərbaycanlı futbolçunun komandasında qalmaqal: "5 aydır köhnəlmiş çörək yeyirik"
-
11:15
"Neftçi"nin təkrarlanan antirekordu
-
11:03
"Sumqayıt" rekordunu təkrarlayıb
-
10:52
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
-
10:36
"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb
-
10:24
"Yarımfinal daha sərt keçəcək"
-
10:11
"Qalatasaray" "Sivasspor"u darmadağın etdi VİDEO
-
09:59
“Vurduğum qoldan zövq aldım”
-
09:47
Coşqun Diniyev “Erzurumspor” üzərində qələbəyə sevindi
-
09:30
"Milan" - "Cenoa" matçında 6 qol VİDEO
-
23:25
Renat ehtiyatda qaldı komandası büdrədi
-
23:08
“Qəbələ”nin 3 futbolçusu “Səbail”ə qarşı oynamayacaq
-
22:44
Şeydayevin komandası darmadağın oldu
-
22:13
Elmar Baxşıyev: “Sabah” bəxt sayəsində qalib gəldi”
-
20:57
“Zirə” ikinci pilləyə yüksəldi, “Araz-Naxçıvan” uduzdu
-
19:39
Ayxan Abbasov: "Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"
-
19:26
Rəşad Sadıqov: "Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır"
-
19:11
Musa Qurbanlının komandası qalib gəldi
-
13:00
Rahilin komandası aşağı liqaya düşdü
-
11:51
Qara dəniz derbisini "Samsunspor" qazandı VİDEO
-
11:42
"Latsio" üçün son dəqiqə şoku VİDEO
-
11:33
"Jirona" "Barselona"nı diz çökdürdü VİDEO
-
11:24
"Real"a çempionluq gətirən qələbə VİDEO
-
11:15
Azərbaycan cüdoçuları Göygoldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
-
11:08
"Bavariya" uduzdu VİDEO
-
10:56
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq
-
10:29
Şahruddinin inamlı oyunu qələbə gətirdi VİDEO
-
10:17
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb
-
10:00
"İnter" 29 oyundan sonra uduzdu VİDEO
-
22:41
Qurban Qurbanov: "Neftçi"yə qarşı hamı istəkli oynayır"