30 Avqust 2025, Şənbə
Sergen Yalçın yenidən “Beşiktaş”da
Kurban Berdıyevdən qələbə şərhi
İliç: "Qələbə seriyamız bitsə də..."
Santuş millinin heyətini açıqladı

Ölkə futbolu

Berti Foqts: “Oyundan razı qala bilmərəm”

“Oyundan razı qala bilmərəm. Komandada yorğunluq hiss olunurdu”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Özbəkistanla oyundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts deyib.

Alman mütəxəssis futbolçularını tənqid etməyəcəyini bildirib: “Rusiya ilə də yoxlama matçımız var. Bu futbolçuları hələ mətbuatda tənqid etməyəcəyəm. Onların özlərinə səhvlərini başa salmağa çalışacağam. Nazarov bizimlər birgə cəmi 3 məşq keçmişdi. Bununla belə, ona 90 dəqiqə şans verdim. Çünki nəyə qadir olduğunu görmək istəyirdim”.

Foqts millinin start heyətindən yalnız 4 futbolçunun Azərbaycan himnini oxumasına belə münasibət bildirib: “Mən də Almaniya millisində çıxış edəndə himni oxumurdum. Belə çıxır ki, mən pis adamam? Gəlin, vətənpərvərliyimizi, Azərbaycanı sevdiyimizi himnlə göstərməyək”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31