21 Sentyabr 2026, Bazar ertəsi
"Sumqayıt" qələbəni əldən verdi
Kurban Berdiyevdən qələbə şərhi
"Traktor"un qapıçısı "Sumqayıt"da
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

“Bakı”da 8-ci legioner məşqçi

Azərbaycan Premyer Liqasının II turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, ilk oyununu keçirən “Bakı”nı “Neftçi” ilə matça türkiyəli İbrahim Uzunca çıxarıb. Ötən tur “Qəbələ” ilə debüt edən Dorinel Muntyanudan sonra bakılıların çalışdırıcısı Premyer Liqa tarixinə 50-ci əcnəbi mütəxəssis kimi düşüb. Bu “50-lik”dən bəziləri baş məşqçi əvəzi kimi bir neçə oyunluq iş başında olub.

Uzunca paytaxtın eyniadlı təmsilçisinin tarixində 8-ci legioner baş məşqçi olub. Onadək makedoniyalı Qyoko Hacıyevski, türkiyəlilər Bülənt Korkmaz, Cüneyt Biçər, latviyalı Aleksandr Starkov, serbiyalılar Bojidar Bandoviç və Milinko Pantiç, almaniyalı Vinfred Şafer “Bakı”da çalışıb.


pfl.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30