2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi”nin Serbiya proqramı bəllidi

Avroliqanın play-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Partizan”ın qonağı olacaq “Neftçi” sabah vətəni tərk edəcək. Bu haqda Futbolxeber.az saytına “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi qeyd edib ki, “Neftçi” avqustun 18-də vətəni tərk edəcək. Komanda üzvləri əvvəlcə Bakıdan İstanbula, oradan da Belqrada uçacaqlar. Avqustun 19-da “Neftçi” Belqradda ilk məşqinə çıxacaq. Komandanın hazırlıq prosesi “Partizan”ın əzəli rəqibi olan “Srvena Zvezda”nın meydançasında baş tutacaq.

Oyundan 1 gün əvvəl isə “Neftçi” matçın keçiriləcəyi arenada məşq edəcək. Eləcə də avqustun 20-də “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin də mətbuat konfransı keçiriləcək.

 








Ad: rasim;   E-mail: ---

18.08.2014 12:21

uxurlar neftci
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28