12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

“Bakı”nın baş məşqçisi: “Bu oyun heç-heçə bitməliydi”

“Komandada bir sıra problemlər var idi. Bu səbəbdən də çempionata qatılıb-qatılmayacağımız məlum deyildi. Şükürlər olsun ki, çempionatda oynayırıq. Bunun üçün başda Hafiz Məmmədov olmaqla, bütün klub rəhbərliyinə təşəkkür edirəm”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi” ilə oyundan sonra “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.

Türkiyəli mütəxəssis məqsədlərinin ölkə futbolu adına oyunçua qazandırmaq olduğunu qeyd edib: “Akademiyada artıq 6 ildi işləyirik. Ölkə futbolu adına xeyli oyunçu qazandırmışıq. Əsas hədəfimiz də budur. Bugünkü oyunda vuruşduqlarına görə komandama tşəkkür edirəm. Qol vurmaq üçün şanslarımız da oldu. Heç nədən qol buraxdıq. Məncə, oyun heç-heçə bitməliydi. Təlim-məşq topkanışında olmamışıq. Qısa zamanda bütün problemləri həll etmək çətindir. 1-2 həftəyə qədər komanda daha yaxşı vəziyyətə gələcək”. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30