2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“İdman Azərbaycan” seçimini etdi: “Qarabağ” - “İnter”, yoxsa “Neftçi” - “Bakı” oyunu canlı yayımlanacaq?

Sabah Azərbaycan Premyer Liqasının ikinci turu çərçivəsində keçiriləcək “N   eftçi” - “Bakı” və “Qarabağ” - “İnter” matçlarının əvvəldən “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı yayımlanacağı bildirilsə də, dəyişiklik baş verib. Futbolxeber.az-ın məlumatına görə, azarkeşlər bu oyunlardan yalnız birinə - “Qarabağ” - “İnter” matçına canlı olaraq tamaşa edə biləcəklər. “Neftçi” - “Bakı” matçı isə nümayiş olunmayacaq.

“İdman Azərbaycan”ın belə addım atması səbəbsiz deyil. Çünki əvvəldən paytaxt derbisinin 19:00-da, “Qarabağ” - “İnter” matçınnı 21:00-da start götürməsi planlaşdırılsa da, sonradan ikinci oyunun vaxtı 18:00-a dəyişdirildi.

Beləliklə, sabah futbolsevərlər televiziya vasitəsi ilə yalnız “Qarabağ” - “İnter” matçına canlı olaraq tamaşa edə biləcəklər. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq görüş 18:00-da start götürəcək. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28