Ölkə futbolu
AFFA “Bakı”nın azad agent statusu almış futbolçuları ilə bağlı rəsmi açıqlama yaydı
AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi “Bakı” Futbol Klubunun bəzi futbolçularına azad agent statusu verilməsi ilə bağlı məlumat yayıb. Futbolxeber.az həmin məlumatı təqdim edir:
Əfran İsmayılov - 30.06.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 01.07.2013-cü il tarixdə “Bakı” FK ilə 2 illik peşəkar müqavilə bağlamışdır. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Futbolçu bildirmişdir ki, 2014-cü ilin fevral ayından etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Əfran İsmayılov komitəyə müraciət edərək müqavilənin ləğv olunması və ona azad agent statusu verilməsini xahiş etmişdir. Komitə bu məsələ ilə bağlı kluba müraciət edərək futbolçunun müraciətinə münasibət bildirilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçunun əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq İsmayılov Əfran və “Bakı” FK arasında olan 01.07.2013-cü il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.
Rauf Əliyev - 30.06.2014-cü il tarixdə Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 01.01.2013-cü il tarixdə “Bakı” FK ilə 2 illik peşəkar müqavilə bağlamışdır. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Futbolçu bildirmişdir ki, 2014-cü ilin fevral ayından etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Rauf Əliyev komitəyə müraciət edərək ona azad agent statusu verilməsini xahiş etmişdir. Komitə bu məsələ ilə bağlı kluba müraciət edərək futbolçunun məktubuna münasibət bildirilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçunun əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Rauf Əliyev və “Bakı” FK arasında olan 01.01.2013-cü il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.
Namik Ələsgərov - 30.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 01.07.2012-ci il tarixdə “Bakı” FK ilə üç illik peşəkar müqavilə bağlamışdır. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Futbolçu bildirmişdir ki, 2014-cü ilin əvvəlindən etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Namik Ələsgərov komitəyə müraciət edərək müqaviləyə xitam verilərək ona azad agent statusu verilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçunun əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Namik Ələsgərov və “Bakı” FK arasında olan 01.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.
Şəhriyar Əliyev - 30.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 01.07.2012-ci il tarixdə “Bakı” FK ilə 3 illik peşəkar müqavilə bağlamışdır. Müqavilə əsasında klub ona müvafiq məbləğdə əmək haqqının verilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Futbolçu bildirmişdir ki, 2014-cü ilin əvvəlindən etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Şəhriyar Əliyev komitəyə müraciət edərək müqavilənin ləğv olunaraq ona azad agent statusu verilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci müaddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Şəhriyar Əliyev və “Bakı” FK arasında olan 01.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya “azad agent” statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.
Vadim Abdullayev - 10.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 11.02.2011-ci il tarixdə “Bakı” FK ilə qüvvədə olma müddəti 30.06.2014-cü ildə bitən 3 illik peşəkar müqavilə bağlamışdır. Futbolçu bildirmişdir ki, 2014-cü ilin əvvəlindən etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Vadim Abdullayev komitəyə müraciət edərək müqavilənin ləğv olunaraq ona “azad agent” statusu verilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Vadim Abdullayev və “Bakı” FK arasında olan 11.02.2014-cü il tarixli müqavilənin ləğv olunması və futbolçuya “azad agent” statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.
Vüqar Mustafayev - 16.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 20.07.2012-ci il tarixdə “Bakı” FK ilə peşəkar müqavilə bağlamışdır. Futbolçu bildirmişdir ki, 2014-cü ilin yanvar ayından etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Vüqar Mustafayev komitəyə müraciət edərək ona azad agent statusu verilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci müaddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanaraq Vüqar Mustafayev və “Bakı” FK arasında olan 20.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.
Elşən Rzazadə - 31.07.2014-cü il tarixdə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə müraciət etmişdir. Müraciətdə futbolçu bildirmişdir ki, 20.07.2012-ci il tarixdə “Bakı” FK ilə peşəkar müqavilə bağlamışdır. Futbolçu bildirmişdir ki, 2014-cü ilin əvvəlindən etibarən bu tarixə qədər ona klub tərəfindən heç bir ödəniş edilməmişdir. Bununla bağlı futbolçunun kluba dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, heç bir ödəniş almaq mümkün olmamışdır. Bununla əlaqədar olaraq Elşən Rzazadə komitəyə müraciət edərək ona “azad agent” statusu verilməsini xahiş etmişdir. Klub tərəfindən komitəyə təqdim olunmuş sənədlərdə futbolçuya müvafiq məbləğdə əmək haqqının ödənilməməsi məsələsi aşkar olunmuşdur. Bundan sonra komitə bu məsələyə baxaraq oyunçuların statusu və transferi haqqında əsasnamənin 12-ci maddəsi (ciddi səbəblər nəticəsində müqavilənin ləğvi) və FİFA-nın müvafiq əsasnaməsinin 14-cü maddəsinə əsaslanarq Elşən Rzazadə və “Bakı” FK arasında olan 20.07.2012-ci il tarixli müqavilənin ləğv olunması və futbolçuya azad agent statusu verilməsi ilə bağlı qərar çıxarmışdır.
Məşqlərə görə kompensasiya
Məşqlərə görə kompensasiyanın ödənilməsi məsələsi ilə bağlı məlumat üçün bildirmək istəyirik ki, AFFA-nın Oyunçuların Statusu və Transferi haqqında Əsasnaməsinin 3 saylı Əlavəsinin 2-ci maddəsi və FİFA-nın müvafiq əsasnaməsinin 4-cü əlavəsinin 2-ci maddəsinə əsasən məşqlər üçün kompensasiya aşağıdakı hallarda ödənilməlidir:
1. Oyunçu ilk dəfə peşəkar kimi qeydiyyatdan keçərsə və ya;
2. İki müxtəlif Assosiasiyanın klubları arasında futbolçunun transfer olunması baş verərsə.
AFFA-nın “Bakı” FK-ya maddi dəstəyi
AFFA “Bakı” FK-ya dəstək məqsədilə son üç ay ərzində klubun 55000 (əlli beş min) manat məbləğində kommunal xərclərini ödəmiş və klubun 2 əcnəbi futbolçusu olan Ruslan Levigaya görə 59975 (əlli doqquz min doqquz yüz yetmiş beş) və Tomash Tomovskiyə görə 78499 (yetmiş səkkiz min dörd yüz doxsan doqquz) ABŞ dolların məbləğində borcunu ödəmişdir.
affa.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
12.11.2026
11.11.2026
10.11.2026
























