19 Mart 2026, Cümə axşamı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları

Ölkə futbolu

“Qarabağ”ın çempionluq kubokunu Ağdama aparacağı tarix açıqlandı

“Qarabağ” 2013-2014 mövsümü sonunda ölkə çempionu oldu. Futbolxeber.az-ın Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ” məlum səbəblərdən dolayı çempionluq kubokunu Bakıda aldı. Amma klubun vitse-prezidenti Tahir Gözel verdiyi açıqlamada bildirmişdi ki, kuboku görmək Ağdam camaatının haqqıdı və ən uyğun zamanda kubok Ağdama aparılıb insanlara təqdim ediləcək. Avrokubokların sıx qrafiki ilə əlaqədar olaraq kubokun Ağdama aparılması yubanırdı. Artıq ölkə çempionunun Ağdama gedəcəyi tarix müəyyənləşib. “Qarabağ” klubu başda Tahir Gözel olmaqla çempionat və avrokuboklara milli oyunlar səbəbindən veriləcək fasilə zamanı Ağdama yollanacaq. “Qarabağ”ın Ağdama səfəri sentyabrın 1-7 arasında baş tutacaq. 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31